"Bizim qabağımızda duruş gətirə bilməz” - Prezidentdən xəbərdarlıq

"Bizim qabağımızda duruş gətirə bilməz” - Prezidentdən xəbərdarlıqTürkiyə Hərbi-Hava Qüvvələrinin Suriya ilə sərhəddə vurduğu Rusiya bombardmançısının ikinci pilotunun xilas edildiyinə dair məlumat yayılıb."Əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi”.

Bunu prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində deyib: "Bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi”.

Azərbaycanın öz yolu ilə gedəcəyini qeyd edən dövlət başçısı bildirib ki, heç bir ölkə qondarma "Dağlıq Qarabağ qurumu”nu tanımır, tanımayacaq. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik. "Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}