Rusiyanın “şəxsi ordusu”na AĞIR ZƏRBƏ

Rusiyanın “şəxsi ordusu”na AĞIR ZƏRBƏ

 

Suriyada kriminal polisin keçmiş binasında partlayış baş verib.

Sozcu.info  xəbər verir ki, bu haqda şəxsi mənbəyinə istinadən "Novaya Gazeta” nəşri bildirib.

Buna Dəməşq-Deyr-ez-Zor yolunda yerləşirdi. Mənbə bildirib ki, hadisə noyabrın 4-də baş verib. Bunada Suriya könüllüləri və Rusiyanın "hərbi məsləhətçiləriylə” komplektləşdirilmiş Suriyanın hökumət ordusunun 5-ci korpusunun (SAA) bölmələrindən biri yerləşirdi.

Partlayış nəticəsində 11 nəfər həlak olub. Nəşrin həmsöhbətinin sözlərinə görə, onlardan 6 nəfəri "Vaqner” şəxsi hərbi şirkətin muzdlularıdır.

Qeyd edək ki, "Vaqner” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Rusiyanın "məxfi ordusu” arlandırılan hərbi şirkət çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, "Vaqner” 2014-də Donbasda, sonradan isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. KİV-lər rusiyalı muzdluların Suriyada döyüşlərdə iştirakına dair dəfələrlə sübutlarla çıxış edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}