TÜRKİYƏ SON NÖQTƏNİ QOYDU - “Daha müzakirə edilə bilməz”

TÜRKİYƏ SON NÖQTƏNİ QOYDU - “Daha müzakirə edilə bilməz”

 

Sozcu.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ xarici işlər naziri Mayk Pompeo ilə keçirdiyi görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında S-400 müqaviləsi ilə bağlı belə deyib: "Mövcud müqavilə artıq bağlanıb, onu ləğv eləmək mümkün deyil. Lakin hava hücumundan müdafiə avadanlıqlarına yenə ehtiyacımız var və onları müttəfiqlərimizdən almağa üstünlük veririk”.

Çavuşoğlu bundan əvvəl də açıqlamalarının birində söyləmişdi: "Biz S-400 sistemlərini aldıq. Nöqtə. Bundan sonra müzakirənin yeri yoxdur. Təcili ehtiyacımız olduğu üçün aldıq. Aldığımız zaman da xüsusilə NATO-ya və müttəfiqlərimizə qarşı təhdid yaranmaması üçün lazımi həssaslığı göstərdik. Müttəfiqlərimiz bizə satsa idi, onlardan alardıq. Satmaq bir yana qalsın, bildiyiniz kimi, bir vaxt sərhədimizdəki artilleriyaları belə çəkib apardılar. Biz isə hava sahəmizi qorumaq məcburiyyətindəyik. Özümüzü, millətimizi və torpağımızı qorumaq bizim əsl vəzifəmizdir”.

Türkiyə ilə Rusiya arasında S-400 hava hücumundan müdafiə sistemlərinin satışı barəsində müqavilə 2017-ci ilin dekabr ayında imzalanıb.

Sozcu.info 

Bakan+%C3%87avuşoğlu:+S-400+anlaşması+tamamlandı,+iptal+edeme%C4%B1iz




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}