Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı - SU-30SM QIRICI POLKU DA ORADA YERLƏŞDİRİLİR...

Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı - SU-30SM QIRICI POLKU DA ORADA YERLƏŞDİRİLİR...

 

Rusiyanın Xəzər donanmasının bazasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülməsi prosesi başlayıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, dekabrın əvvəllərində donanmanın 21 gəmisi Mahaçqala yaxınlığındakı yeni bazaya gedib. Bununla da donanmanın gəmilərinin və şəxsi heyətinin yeni bazaya köçürülməsinin final mərhələsi başlayıb.

Xatırladaq ki, Rusiya Xəzər donanmasının Kaspiyskə köçürülməsini daha yaxşı əməliyyat imkanları və coğrafi üstünlüklərin olması ilə izah edib. Donanmanın köçürülməsi barədə ideya 2011-ci ildə meydana çıxsa da Rusiya Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ildə bu haqda elan edib.

Hərbçilər hesab edir ki, donanmanın gəmilərinin Həştərxandan dənizə çıxması çox vaxt aparır, Xəzərin bu hissəsində suyun dərinliyi azdır, habelə alimlərin proqnozlarına görə dənizin şimal hissəsində suyun səviyyəsi daha da azalacaq. Nəticədə iri gəmilərin Həştərxan rayonunda üzməsi mümkün olmaya bilər.

Kaspiyskdə donanma üçün yeni bazanın tikilməsi sürətlə həyata keçirilib, bu işlərə 4 milyard dollar xərclənib. Dekabrın əvvəllərində elan edilib ki, Mahaçqala yaxınlığında donanmanın bazası üçün zəruri infrastruktur hazırdır.

Xəzər donanması ilə yanaşı Rusiya Cənub hərbi dairəsinin Su-30SM qırıcıları ilə təchiz edilmiş aviapolku da Rostov vilayətindən Kaspiyskə köçürülür. Köçürmə prosesi tezliklə başlayacaq. Beləliklə, Rusiya Dağıstan sahillərində güclü donanma ilə yanaşı aviapolka da malik olacaq.

Rusiyanın Xəzər donanması öz gücünə görə hətta Baltik donanmasını geridə qoyur. Rusiyanın Xəzərdə bu cür armada cəmləşdirməsi regionundakı geosiyasi proseslər və Moskvanın bu regiona nə dərəcədə böyük əhəmiyyət verdiyini göstərir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}