Dünya mediası ŞOK KEÇİRİR: ABŞ bu ölkədən də hərbçilərini çıxarır

Dünya mediası ŞOK KEÇİRİR: ABŞ bu ölkədən də hərbçilərini çıxarır

 

Sozcu.info  xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Suriyanın ardından Əfqanıstandan da 7 min nəfərdən artıq hərbçisini çıxaracağı iddia edilir. Amerika mediasının adının açıqlanmasını istəməyən mənbələrə istinadən verdiyi məlumata görə, D.Tramp Əfqanıstandakı Amerika hərbçilərinin təqribən yarısını geri qaytaracaq.

Bu qərarın ABŞ hərbçilərini Suriyadan tamamilə çıxarmaq qərarından sonra verildiyi diqqəti cəlb edib. Mənbələr Trampın Yaxın Şərqdəki döyüş meydanlarında mühüm strateji dəyişikliklər apardığını diqqətə çatdırıblar.

7 mindən artıq hərbçinin gələn həftə ABŞ-a dönəcəyi bildirilir.

Hazırda ABŞ-ın Əfqanıstanda 14 min nəfərdən artıq hərbçisi vardır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}