Qabonda qiyamçılar həbs edildi - ÇEVRİLİŞ BAŞ TUTMADI - YENİLƏNİB

Qabonda qiyamçılar həbs edildi - ÇEVRİLİŞ BAŞ TUTMADI - YENİLƏNİB

 

Qabonda dövlət radiosunu ələ keçirərək dövlət çevrilişinə cəhd edən hərbçilər həbs olunublar.

RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü, kommunikasiya naziri Guy Bertran Maponqu bildirib.

Onun sözlərinə görə, yaxın iki-üç saat ərzində ölkədə vəziyyət sabitləşdiriləcək.

***

Qabonda ordu idarəetməni nəzarətə aldığını bəyan edib.

 Qabon dövlət televiziyasında hərbçilər tərəfindən elan olunub.

Qeyd olunur ki, səhər saatlarında televiziya binasına daxil olan hərbçilər hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə "Milli bərpa şurası"nın yaradılacağını bəyan edib.

Xatırladaq ki, Qabon prezidenti Əli Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həmin müddətdən onun səhhətində problemlərin davam etdiyi deyilirdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}