Rusiyanın bu silahları ABŞ-ı QORXUYA SALDI: bütün donanma bir anda...

Rusiyanın bu silahları ABŞ-ı QORXUYA SALDI: bütün donanma bir anda...

 

ABŞ və Çin "dördölçülü” silahlara sahib olub.

Sozcu.info xəbər verir ki, bu haqda amerikalı istefada olan general-mayor Hovard Tompson "The Hill” üçün qələmə aldığı məqaləsində yazıb.

Zabitin sözlərinə görə, Birləşmiş Ştatlar, həmçinin müdafiə sahəsində inkişafa ehtiyac duyur. ABŞ ordusunun Şimal komandanlığının sabiq komandanı Aerokosmik Tədqiqatlar üçün Mitçel İnstitutunun tədqiqatına istinad edərək göstərir ki, hibersonik silah müharibənin müasir şərtlərində rəqibin qərarların qəbul olunması imkanlarını məhdudlaşdırır və bütün Yer kürəsi üzrə böyük sürətlə hədəfləri vurmağa imkan verir.

Tompson qeyd edir ki, Rusiya və Çin artıq belə silahların hazırlaması ilə məşğul olur. Müəllif nümunə olaraq Rusiyanın "Avanqard” hipersəsli kompleksinin bu yaxınlardakı sınaqlarını göstərib. General qeyd edir ki, Çinin silahların belə səviyyəsinə nail olmaq cəhdləri kifayət qədər təcavüzkar xarakter daşıyır. ABŞ müdafiə nazirinin müavini Mayk Qriffinin məlumatına görə, Pekin son il ərzində Vaşinqtonun son 10 ildə keçirdiyindən daha çox sınaq keçirib.

2018-ci ilin dekabrında ABŞ-ın Hesablama Palatası bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çinin hipersonik silahına qarşı durmaq imkanlarına malik deyil.

Rusiyanın müdafiə nazirinin müavini Yuri Borisovun sözlərinə görə, Rusiyanın "Xəncər” kompleksinin hipersonik raketləri düşmənin təyyarədaşıyanlarını, kreyserlərini, freqatlarını və esmineslərini vura bilər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}