ABŞ Venesuelaya qoşun yeridir? - Boltonun dəftərçəsində qeyd göründü

ABŞ Venesuelaya qoşun yeridir? - Boltonun dəftərçəsində qeyd göründü

 

Bu gün yanvarın 29-da ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun mətbuat konfransı zamanı jurnalistlər onun əlində tutduğu dəftərçəsində aşağıdakı qeydləri görüblər: "Əfqanıstan-söhbətə hazırdır, Kolumbiyaya 5000 əsgər”.

Jurnalistlər bu qeydin nə demək olduğu barədə baş sındırmağa başlayıblar və belə ehtimal yaranıb ki, Boltonun dəftərçəsindəki qeyd ABŞ-ın Venesuelaya qoşun yeritmək planlarından xəbər verə bilər. (Kolumbiya Venesuela ilə sərhəddir). Belə ki, bundan əvvəl milli təhlükəsizlik müşaviri ABŞ-ın müxalifət lideri və prezident səlahiyyətlərini üzərinə götürmüş, amma hələlik diktator Maduronu hakimiyyətdən uzaqlaşdıra bilməyən parlament spikeri Xuan Quaydonu dəstəkləmək üçün Venesuelaya qoşun yeridə biləcəyini bildirmişdi. "Prezident Tramp aydın şəkildə bildirib ki, biz istənilən addıma hazırıq”-Bolton bildirib.

 

Jurnalistlər Boltonun dəftrçəsindəki qeyd barədə Kolumbiya XİN-ə də sual veriblər. Oradan deyiblər ki, Boltonun qeydinin nə demək olduğunu bilmirlər. "Belə qeydin əhəmiyyəti və nə demək olduğu bizə məlum deyil. Kolumbiya Karakasla bağlı məsələdə "Lima Qrupu” ölkələrinin (Latın Amerikası ölkələri) mövqeyini dəstəkləyir və Vaşinqtonla əməkdaşlıq etməyə hazırdır.

Kolumbiya Müdafiə Nazirliyində isə deyiblər ki, Amerika əsgərlərinə baz verməyi planlaşdırmırlar./virtualaz.org/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}