Paşinyan Amerikanı tənqid etdi: “Niyə reaksiya vermədilər?”

Paşinyan Amerikanı tənqid etdi: “Niyə reaksiya vermədilər?”

 

ABŞ Ermənistanda baş verən "məxməri inqilab”a reaksiya vermədi.

Sozcu.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı bəyan edib. 

Qərbpərəst Paşinyanın Vaşinqtonun ünvanına tənqidlər səsləndirməsinə səbəb isə, deputatların təzyiqi ilə üzləşməsi olub. Belə ki, "Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Babacanyan yeni hakimiyyət dövründə Ermənistanın KTMT-də uğursuzluğa düçar olduğunu, Moskva-İrəvan münasibətlərində etimadın zəiflədiyini deyib. 

O, həmçinin Paşinyana irad tutub ki, Rusiyanın təlimatı ilə Suriyaya humanitar missiya göndərməkələ Ermənistan hökuməti təkvektorlu Rusiyapərəst xarici siyasət yürüdür və bu fonda İrəvan-Vaşinqton münasibətləri nəinki inkişaf etmir, əksinə, Amulsar mədənindəki problemlə əlaqədar bu münasibətlərin iqtisadi əsasları təhlükə altındadır. Çünki amerikan kapitalı ilə işləyən Amulsar qızıl mədənin istismarı dayandırılıb və "Lydian International Limited” şirkəti hökuməti xəbərdar edib ki, Ermənistanı beynəlxalq məhkəməyə verəcək. 

Babacanyanın sözlərinə görə, Paşinyanın xarici siyasətdə yol verdiyi səhvlərə və qeyri-müəyyənliyə görə Ermənistan həm Rusiya, həm də ABŞ-ın yardımından məhrum ola bilər. 

Deputatın bu iradlarına cavabında isə Paşinyan gözlənilmədən ABŞ rəhbərliyini tənqid atəşinə tutub. 

"ABŞ Ermənistandakı inqilaba, demək olar ki, heç bir reaksiya göstərmədi. Məsələn, mən amerikalı nümayəndələrə dedim ki, onlar praktiki olaraq sıfır reaksiya verdilər. Niyə? Ölkəmizin suverenliyi bizim üçün vacibdir deyəndə "A”məntəqəsindən (Rusiya) asılılığın "B” məntəqəsindən (ABŞ) asılılıqla əvəzlənməsini nəzərdə tutmuruq. Biz bu məsələyə olduqca ciddi yanaşırıq”, – deyə Paşinyan vurğulayıb. 

Erməni ekspertlər isə baş nazirin bu çıxışını məsxərəyə qoyublar. Onların fikrincə, Paşinyan qaş düzəltmək istəyərkən göz çıxarıb: "Görünür, baş nazir Qərbdən umduğu maliyyə dəstəyini hələ də ala bilməyib. Bu isə anlaşılandır. Çünki Vaşinqton Nikoldan Moskvaya qarşı konkret addımlar atmasını tələb edir. Amma çıxışında Ermənistanın suverenliyindən danışan Paşinyan isə konkret olaraq, ölkəmizin Rusiyadan asılı olduğunu etiraf etdi”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}