İRANDA SƏFALƏT DURMADAN ARTIR

İRANDA SƏFALƏT DURMADAN ARTIR

 

Qonşu ölkədə molla duası ilə daşqınların qarşısı necə alınır?

Tehran rejiminin ölkə daxilində və YaxınŞərqdə apardığı yalnış siyasətlərin nəticəsi kimi ağır iqtisadi, sosial və maliyyə böhranları ilə üz-üzə qalıb. Beynəlxalq miqyasda İrana tətbiq olunan embarqonun da təsiri böyükdür. Digər yandan isə klasssik mənada ifadə olunan "yuxarılar əvvəlki kimi idarə edə, aşağılar da əvvəlki kimi yaşamaq istəmirlər” dilemması ölkənin başlıca fəlakətinə çevrilibdir. Son bir ildə gündəlik tələbat, texniki avadanlıqların, məişət cihazlarının, bir sözlə bütün malların qiymətləri orta hesdabla bir neçə dəfə artıb. İnsanların sosial problemləri isə daha da dərinləşib.

Xarici banklar İrandan niyə qaçıb gedirlər?

Yaponiya, Cənubi Koreya, Rusiya, Türkiyə, Küveyt, Bəhreyn, Misir və digər ölkələrin İrandakı bank sektorunun nümayəndəlikləri ofislərini qapadaraq, geri dönmək məcburiyyətində qalıblar. Faktiki olaraq, heç bir xarici bank İranda yatırım qoymaq, bu ölkənin maliyyə sektorunda işləmək fikrində deyil. Son bir ildə 1 dollar 3 min tüməndən 13-13.5 min tümənə qədər artıb. Bununla yanaşı, yerli özəl banklar bir-birinin ardından bağlanıb. Əhalinin ümid yeri dövlət bankı olsa da, bu məsələdə çoxsaylı problemlərlə üzləşiblər. Başlıca səbəb dövlət bankının hakimiyyətə yaxın olan şirkətlərlə işləməklə bağlı apardığı siyasətdir. Yəni dövlət bankı əhaliyə etibar etmir. Bu da öz növbəsində orta və kiçik sahibkarlığın tamamilə çökməsi deməkdir.

Beş çeşiddə dollar siyasəti

Bu gün İranda dolların məzənnəsi beş çeşiddə cövlan edir. Buna görə də əhalinin sərbəst şəkildə ticarətlə məşğul olması, kiçik və orta sahibkarlığın daha ağır şərtlərlə üz-üzə qalması problemləri yaranıb.
1. Dərmanların alışında dövlət güzəşt edərək 1 dolları 4200 tüməndən hesablayır,
2. Dövlət bankından kredit götürərək xarici ölkələrdə yerli malların satışını təşkil edənlər üçün 1 dollar 8.500 tüməndən hesablayır və bunun qarşılığında ölkəyə dollar axınına nail olunur,
3. 13.00-13.13.400 min tümənlə daxili bazarın tənzimlənməsi üçün yaradılan imkanlar,
4. Dövlət bankı sıravi vətəndaşlara kredit və ya digər xidmətlər üçün 1 dolları 13 400 tüməndən hesablayır.
5. Dövlət qulluğunda çalışanlar üçün 1 dollar 8.500 tüməndən hesablanılır.

Beləliklə əhali arasında sosial-iqtisadi narazılıqlar artmaqdadır. Belə bir proses ölkə daxilində ikimərtəbəli süzgəclə inkişaf etməsinə səbəb olub. Bazar qiymətlərini isə tənzimləmək qeyri mümkün hala gəlib. Bir sözlə qiymətlərə nəzarətdə anarxiya addım-addım ölkəni ağuşuna almaqdadır.

Bahalaşan ərzaq məhsulları

Son bir ildə əhalinin gündəlik tələbatını təşkil edən ərzaq məhsullarının qiymətləri bir neçə də artıbdır. Faktiki olaraq, əhalinin yoxsul təbəqələri aclıq fəlakətini gündəlik həyatında yaşamaq məcburiyyətində qalıblar.
a) 1 kq. soğan son bir ildə 3 min tüməndən 13 min tümənə qədər artıb,
b) 1 kq. alma 3-4 min tüməndən 13-15 min tümənə kimi artıb,
c) 1 kq. kartof 3-4 min tüməndən 14-15 min tümən səviyyəsinə qalxıb,
d) 1 kq. püstənin qiyməti 65 min tümənədən 250 min tümən səviyyəsinə qalxıb,
e) Elektrik mallarının qiymətləri bir il ərzində 10 dəfə artıb,
ə) Müxtəlif növlərdə olan dəzgahların qiymətləri 12 dəfə artıb,
f) Ayfon telefonlarının qiymətləri 1.3 dəfə artıbdır,
g) 1 kq. çörək 500 tüməndən 2000 tümənə qədər artıbdır.

Sürətli bahalaşmanın tüğyan etdiyi bu ölkədə özəl və dövlət sektorunda çalışanların maaşları isə artmayıbr. Ötən ayın ortalarında əhalinin kütləvi narazılığını nəzərə alan hökumət aprel ayının sonlarından etibarən maaşların 20 faiz artacağını bildirib.

Evlilər və subaylar problemi

İran son iqtisadi böhrandan yayınmaq üçün dövlət və özəl sektor yeni kələk tapıbdır. Bu, evli vətəndaşları mümkün qədər işdən uzaqlaşdırmaqdır. Halbuki 40 il öncə iqtidara gələn molla rejiminin bəyanatlarından biri də ailəli vətəndaşlara subay insanlardan fərqli daha çox maaşın verilməsi vədləri olmuşdu. İndi isə bu vədlərin "zibil çöpü”nə çevrildiyi dövran yaşanılır. Evli vətəndaşları təqib edən dövlət məmurları və sahibkarlar onlara iş verməkdən imtina edirlər. Böyük şəhərlərdə əhalinin çoxu ağır şərtlər altında kirayələrdə yaşayırlar. Belə bir sosial bərabərsizliyə qarşı etiraz edənləri dərhal "təxribatçı” damğası ilə şərləyib həbs edirlər. Orta və kiçik sahibkarlara bağlı fabrik-zavodların bağlanmaq təhlükəsi günün adi olaylarından biri hesab olunur. Bütün bunlar ölkə hakimiyyətində, nə də parlamentində müzakirə olunmur. KİV-də bu barədə danışmaq yasaqlanıb. Əksər mütəxəssislər sosial-iqtisadi və maliyyə problemlərinin səbəbkarı kimi üstüörtülü şəkildə olsa da "molla rejimi”nin ünvanını işarə edirlər.

Vətəndaş xaricə gedirsə...

İranda vətəndaşların cibini soymaq üçün hər gün yeni qanun çıxır. Ən son qanunlardan biri də vətəndaş xaricə turist kimi səhayətə, ya da hansısa işgüzar səfərə çıxırsa, bir sıra rüsumları ödəmək məcburiyyətindədir:
1. Ölkədən çıxış üçün adambaşına 220 min tümən ödənilməlidir. Əgər vətəndaş 2-ci dəfə xaricə gedirsə bu zaman 350 min ödəmək zorunda qalır. 4-cü dəfə çıxış olanda bu rəqəm adambaşına 450 min tümən təşkil edir.
2. Şəxsi minik avtomoili ilə xarici ölkələrin birində istirahət etmək və ya gəzməyə getmək istəyənlərdən 1-ci dəfə 250 min tümən rüsum alınır. 4-cü dəfə gedişdə bu rəqəm 650 min tümənə başa gəlir. Əgər vətəndaş ailəsi ilə birlikdə gəzməyə gedirsə, hər şəxsdən müəyyən edilmiş rüsum tutulur. Beləliklə bir ailənin xaricə gəzməyə getməsi üçün orta hesabla 1.6 milyon tümən rüsum tutulur. Son bir ildə İran vətəndaşlarının Azərbaycana turist qismində gəlişini əngəlləyən faktorları rəsmi Bakının apardığı siyasətdə deyil, elə Tehran hökumətinin ortaya qoyduğu qaydalarda aramaq gərəkdir. Tehran hökumətinin tətbiq etdiyi rüsum siyasəti təkcə Kərbala ziyarətinə gedənlərə tətbiq olunmur.

Sahibkarın başına gətirilən oyunlar

İran hökumətinin xarici iqtisadi və maliyyə əlaqələrində yeni şərtlər irəli sürülüb. Belə ki, istənilən vətəndaş xarici dövlətlərlə ticarət əlaqələrini məcburi şəkildə dövlət bankı vasitəsilə əməliyatlar aparmalıdır. Bu zaman ölkədə 13.00-13.4 min tümənə aldığı malı xaricdə sata bilirsə, dövlət bankı bu əməliyyatı 8 və ya 8.5 min tümənlə hesalayır. Qiymətlərin belə bir üsulla tənzimlənməsində əsas siyasət ondan ibarətdir ki, ancaq və ancaq hakimiyyətdə yüksək nüfuza malik olan mollaların nəzarətindəki şirkətlər xarici ticarət dövriyyəsində iştirak edə bilərlər. Şünki, yüksək rütbəli mollalar bütün güzəştlərə sahibdir. Sıravi vətəndaşlar, hətta orta dərəcəli insanlar bu hüquqlardan məhrumdurlar.
Xarici iqtisadi əlaqələrdə "İran İslam İnqilabının Keşikçiləri Korpusu”nun, yəni "SEPAH” ın nəzarətindən kənarda bir nəfər də olsun iştirak edə bilməz. İran yeganə ölkədir ki, daxili və xarici ticarət və maliyyə sektoru hərbi idarə tərəfindən nəzarətdə saxlanılır.

Təqaüd taktikasının yeni forması

1978-1988-ci illərdə İran-İraq müharibəsi yaşanılıbdır. Rəsmi statistikaya görə hər iki tərəfdən orta hesabla 3 milyon insan ölüb və yüzminlərlə vətəndaş ömürlük əlil qalıb. Bu gün Tehran hökumətinin qərarı ilə Səddam Hüseyn rejiminin əsgəri kimi savaşda ölən vətəndaşların ailələrinə təqaüdlərin verilməsinə başlanılıb. Bu siyasət "Emdade Xomeyni” Humanitar Yardım Fondunun vasitəsilə həyata keçirilir. Fələstində əlində daş və ya silah İsrailə qarşı döyüşdə ölənlərin ailəsinə İran tərəfindən aylıq təqaüd verilir. Hətta Suriya, İraq, Livan və Fələstində İrana bağlı "hezbollah”çı terror təşkilatının üzvü olan və döyüşlərdə ölənlər üçün ayrıca qəbristanlıq inşa olunur və oranı gecə lampaları ilə süsləməyi də unutmur.

Molla duası ilə daşqınların qarşısı necə alınır?

Ötən həftə İranın Türkmənsəhra vilayətində güclü sel daşqınları oldu. Bunun ardınca Xuzistan, Bəlucstan, Loristan və digər bölgələrdə də yaz yağmurlarının nəticəsi kimi çox güclü daşqınlar oldu. Onminlərlə insanlar yurd-yuvalarından didərgin düşdülər. Ötən gün "İran Qızıl Aypara Cəmiyyəti”nin rəhbərliyi Qum şəhərində nüfuzlu mollaların sel daşqınlarının qarşısının alınması üçün dualar oxumasını istəmişdir. Daha sonra dualarla bağlı ölkə TV kanallarında geniş reportajlar verilmişdir. Yəni dua oxumaqla istənilən təbii fəlakətin qarşısını ala biləcək tək güc Qum şəhərindəki nüfuzlu mollalardır. Daha sonra isə, ölkənin bütün məscidlərində əhali arasında genişmiqyaslı təbliğatlar aparıldı. Molla hakimiyyəti beləcə sel daşqınları ucbatından minbir zülm çəkən əhalini dua ilə aldatmaq taktikasını sərgiləyir.

Xaricə daşınan torpaq alveri

Son aylarda İranda ən yaxşı gəlirli sahə "torpaq alveri”dir. Belə ki, ölkənin münbit meşə zolaqlarından torpaqlar 30 ton yük daşıyan TİR-lərlə Birləşmiş Ərəb Əmirlikəri, Küveyt, Bəhreyn, Oman, Sudan və digər ölkələrdəki zənginlərə satılır. Biznesin bu yeni növü də İran mollalarının xüsusi nəzarətindədir. Ölkədə baş qaldıran narazılığın qarşısını almaq üçün verilən rəsmi açıqlama belədir: "İranın cənub bölgələrində, xüsusilə Buşəhr məntəqəsində münbit torpaqlara ehtiyac var”. Halbuki, torpaqlar gəmilər vasitəsilə Yaxın Şərq ölkələrindəki zənginlərə satılır.
Bir sözlə iqtisadi və maliyyə böhranları ilə üz-üzə qalmış qonşu İranda problemlərin nə zaman çözüləcəyi məsələsi adi üfüqdə belə görünmür. Çünki, iqtisadi və sosial böhranla bağlı heç bir zəruri addımlar atılmır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}