Bəşirin taleyini yaşayacaq avtokratlara XƏBƏRDARLIQ - Yaxın gələcəkdə Sudanı nə gözləyir?

Bəşirin taleyini yaşayacaq avtokratlara XƏBƏRDARLIQ - Yaxın gələcəkdə Sudanı nə gözləyir?

 

"The New York Times”, 11.04.2019

30 illik iqtidarından sonra o, hərbi çevrilişə devrilib. Amma sudanlılar üçün daha yaxşı liderlər və daha yaxşı həyat qrmaq çətin olacaq.

Nuba dağlarında dinc sakinlərin və ya Darfurda soyqırımı Sudan prezidenti Ömər Həsən əl-Bəşirin qəddar iqtidarına son qoymayıb. Bu, daha sadə və şəxsi qayğılarla, o cümlədən çörəyin qiyməti və daha çox azadlıq ümidi ilə baş verib.

Ərzaq qiymətlərinin artması ilə aylardır davam edən kütləvi etiraz aksiyalarının ardınca, nəhayət, ordu 30 ildir əmr verən adamı devirib. Bir vaxtların qüdrətli Bəşiri nəzarətə alınıb, hökuməti buraxılıb və Konstitusiya qüvvədən düşürülüb.

Bu, Sudanın əzabkeş və səbirli vətəndaşları üçün ümid, sui-qəsdləri həyata keçirən və ölkəni uçuruma aparan Bəşir və digər elitalar üçün haqq-hesab anı hesab olmalıdır.

Bir gənc nümayişçinin dediyi kimi, "Yeni Sudanı azadlıq, ədalət və sülhlə qurmaq üçün vaxt itirmək olmaz ".

Ancaq son illərdə, çoxsaylı digər ölkələrdə olduğu kimi, yaşlı avtoritar liderlərin sıxışdırlması – bir şey, onları daha yaxşı liderlər və demokratik idarəetmə ilə əvəz etmək – tamamilə başqa bir şey, fərqli mübarizə və qətiliklə daha çətin işdir.

Etirazların dinc xarakteri yaxşı əlamət idi, Bəşir hökumətinə artan bir təhdid halına gəldikdə belə, sülh şəraitində keçirdi. Generalların hakim koalisiyası, təhlükəsizlik şefləri və islamçı siyasətçilər arasında sərt tənzimçilər qanlı müqavimət, qarşılıq istəsə də, ordu komandanları buna maneə törədib. Bu həssas keçid anında da tərəflərə soyuqqanlılıq lazımdır.

Sudanın müdafiə naziri və Bəşirin mümkün varisi general Avad Məhəmməd Əhməd ibn Auf ikiillik keçid dövrü elan edib ki, bu da hazırda hakimiyyət devrilmiş prezidentin qurduğu və güvəndiyi sistemə nəzarət mənası verir.

General ümumi olaraq "xalqın təmsilçiliyi” vədi versə də, bu hələ etirazçıların demokratiyaya olan tələbatının təmin olunacağına zəmanət vermir. Mütəxəssislərin dediyinə görə, ehtimal ki, ordu, digər təhlükəsizlik qüvvələri və milislər hakimiyyət uğrunda amansız rəqabətə başlaycaq.

Beynəlxalq Cəza Məhkəməsi tərəfindən əleyhinə ittiham irəli sürülən ilk dünya lideri olan Bəşir, Darfurda soyqırım və bəşər əleyhinə cinayətlərə görə təqib olunub. Sudanın qanunun aliliyinə riayət etmək niyyəti sevindirici siqnal olardı.

Ancaq ən azı general Auf hakimiyyətdə olduğu müddətdə bu ehtimal kiçikdir. Sabiq diplomat və Sudan ordusunun kəşfiyyat rəhbəri kimi, o, əvvəllər Birləşmiş Ştatlar tərəfindən təxminən 300 min insanın həlak olmasında, onilliklər ərzində hökumət və üsyançılar arasında döyüş nəticəsində 2 milyondan çox insanın yerindən-yurdundan qovulmasında, Darfurda şiddət və zorakılıqda əhəmiyyətli bir rol oynamaqda günahlandırılıb.

Bəşirin səmərəsiz iqtidarından qurtulmaq, ölkəni və onun dağılmış iqtisadiyyatını daha yaxşı bir yola qoymaq üçün Sudan elitası və müxalifət qrupları Darfur və Nuba dağlarında olan döyüşləri sona çatdırmaq və yeni demokratik idarəetmə çərçivəsini inkişaf etdirmək üsulları tapmalıdırlar. 2005-ci ildə Sudanda Şimal-Cənub müharibəsini sona çatdırmağa kömək edən digər Afrika ölkələri və ABŞ-ın dəstəyi vacibdir.

Dünyada təxminən 20-yə yaxın avtoritar lider hələ də hakimiyyətdədir. Bəşirin taleyi avtokratların göründükləri kimi güclü və qürurlu olmadıqlarını xatırladır. Çörəyin qiymətindən muğayat olun!

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}