Qarabağ erməniləri arasında mübarizə silahlı müstəviyə keçdi - Samvel Babayanın tərəfdarları atəşə tutuldu

Qarabağ erməniləri arasında mübarizə silahlı müstəviyə keçdi - Samvel Babayanın tərəfdarları atəşə tutuldu

 

Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayanın tərəfdarlarının yolu kəsilib və onlara tərəf atəş açılıb.

Sozcu.info xəbər verir ki, bu barədə Samvel Babayanın ofisindən informasiya yayılıb.

"29 may tarixində, təxminən 03:30 radələrində Sevan-Martuni yolunda Samvel Babayanın tərəfdarları qarabağlılara məlum olan dəstə tərəfindən təqib edilib. Onlar yolu kəsərək atəş açdılar. Videokameralar yolun bu hissəsində sözügedən dəstənin marafonunu qeydə alıb”, - bəyanatda bildirilib (armenianreport).

Bəyanatda söhbətin Qarabağ separatçılarının keçmiş "baş naziri” Araik Arutyunyanın himayədarlıq etdiyi gənclər Aleksey Balayan, Roland Aydinyan və Qriqor Mirzoyandan getdiyi qeyd olunub.

"İnsidentin Ermənistan ərazisində baş verdiyini, zərərçəkənlərin isə Ermənistan vətəndaşı olduğunu nəzərə alaraq, səlahiyyətli orqanları, xüsusən Milli Təhlükəsizlik Xidmətini bu dəstəni tapmağa və zərərsizləşdirməyə çağırırıq”, - bəyanatda yazılıb.

Qeyd edək ki, Samvel Babayan və Araik Artunyan 2020-ci ildə qondarma respublikada keçiriləcək seçkilərdə əsas namizədlərdən hesab edilirlər. Ümumilikdə sözü gedən seçkilərdə mübarizə aparacaq namizədlərdən 4-dən savayı hər biri keçmiş döyüşçü və ya hərbiçidir. Bu da hakimiyyət uğrunda gedən mübarizənin demokratik rəqabət formasında deyil, daha çox silahlı mübarizə şəraitində gedəcəyinə işarə edir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}