Kaliforniyada güclü zəlzələ: Qaz kəməri partladı -Trampdan açıqlama

Kaliforniyada güclü zəlzələ: Qaz kəməri partladı -Trampdan açıqlama

 

"Kaliforniyada hazırki vəziyyət nəzarətimizdədir”.

 
 

Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.

"Zəlzələ barədə tam məlumat verildi. Vəziyyət nəzarətimizdədir”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

***

00:00

ABŞ-ın Kaliforniya ştatında 6,6 bal gücündə zəlzələ baş verib.

Sozcu.info  xəbər verir ki, yeraltı təkanlar yerlı vaxtla saat 17:33 Rickrest şəhərindən 18 kilometr şimal-şərqdə, ocağı isə 8,7 kilometr dərinlikdə yerləşib.

Şəhər meri Peqqi Briden bildirib ki, zəlzələ bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində iri qaz kəmərində sızma baş verib və nəticədə 5 müxtəlif nöqtədə yanğın qeydə alınıb.

Bundan əlavə, şəhərin bəzi yaşayış binaları da elektrik enerjisindən məhrum olub.

Merin sözlərinə görə, zəlzələ zamanı ölənlərin olması barədə məlumat daxil olmayıb. Zərərçəkənlərin sayı dəqiqləşdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}