Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikov Nur-Sultanın “Astana balet” teatrında Məhəbbət əfsanəsi" baletinin premyerası ilə yad olunub

Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikov Nur-Sultanın “Astana balet” teatrında Məhəbbət əfsanəsi" baletinin premyerası ilə yad olunub

Qazaxstanın paytaxtı Nur-Sultan şəhərindəki "Astana balet" Teatrında görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət", "İstiqlal" və "Heydər Əliyev" ordenli, SSRİ xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletinin premyerası keçirilib. Azərbaycanın Qazaxstandakı səfirliyindən verilən məlumata  görə üçgün davam edən premera tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanmışdı. Xatırlatmaq lazımdır ki,  "Məhəbbət əfsanəsi" baletinin  ilk premyerası 23 mart 1961-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Opera və Balet Teatrının səhnəsində baş tutub və həmin vaxtdan bu tamaşa dünyanın ən böyük səhnələrində tamaşaya qoyulur. Bu gün XX əsrin klassikasına çevrilmiş Balet nadir və mürəkkəb Xoreoqrafiya sayəsində öz aktuallığını itirmir. Baletin quruluşçu rejissoru və xoreoqrafı  SSRİ Xalq Artisti Yuri Qriqoroviç, səhnə tərtibatçısı SSRİ xalq rəssamı Simon Virsaladzedir.  Səfirlik onuda qeyd etdi ki, Nur-Sultanda baş tutmuş  premyeraya kostyumlar və dekorasiyalar rəssam Dmitri Çerbadjinin rəhbərliyi altında Rusiya və Qazaxıstan ustalarının birgə səyləri ilə yaradılmışdır. Paytaxtın "Astana-balet” teatrında "Məhəbbət əfsanəsi” baletinin premerasının baş tutmasında Yuri Qriqoroviçın assistentləri Ruslan Proninin və Oksana Cvetnitskayanın böyük xidmətləri olmuşdur. Onu da qeyd etmək lazımdır ki, tamaşanı Arman Urazqaliyevin dirijorluğu ilə Dövlət akademik simfonik orkestri müşayiət etmişdir,

 

 

   A.Məmmədli,

"Yeni Sözcü”qəzeti

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}