“United World”: Türkiyə uyğur məsələsində Çinlə razılaşıb – avrasiyaçılıq nəzəriyyəsi, NATO və türk-islam yollarının ayrıcında qalmış Türkiyə

“United World”: Türkiyə uyğur məsələsində Çinlə razılaşıb – avrasiyaçılıq nəzəriyyəsi, NATO və türk-islam yollarının ayrıcında qalmış Türkiyə

 

iqtisadiyyat sahələri barəsində analitik yazılar dərc edən "United World” adlı beynəlxalq xəbər portalı Türkiyənin düşərgəsini dəyişdirdiyini və Sintszyan-Uyğur Muxtar Rayonu məsələsində Çinlə razılaşdığını iddia edib. "Vətən” partiyasının lideri Doğu Perinçekin bu uzlaşmadakı rolunu vurğulayan xəbər portalı terror qruplarının müxtəlif üsullarını da nəzərə çatdırır (Doğu Perinçek rus ideoloq Aleksandr Duqinin avrasiyaçılıq nəzəriyyəsinə yaxın şəxslərdən hesab olunur. Bax:https://tr.wikipedia.org/wiki/Avrasyacılık).

22 iyulda dərc edilən məqalədə Türkiyənin Sintszyan-Uyğur Muxtar Rayonu məsələsinə dair mövqeyində dəyişiklikdən bəhs edib. Məqalədə ABŞ və Qərbin bölgədəki qeyri-sabitliyi artırmaq üçün canfəşanlıq elədiyi və yalanlar yaydığı, Türkiyənin artıq bu təbliğatın bir parçası olmadığı, bunun da "geosiyasi xəritədəki böyük miqyaslı dəyişikliklərin və yeni əməkdaşlıq qütblərinin” məhsulu olduğu yazılıb. "United World” nəşrinin yazdığına görə, ABŞ-ın Çinlə ticarət müharibəsini alovlandırması ilə bərabər, bu məsələni qəsdən yenidən qaldırmağa çalışırlar.

"Vətən” partiyasının rolu

Məqalədə Türkiyənin məsələdəki rolunu diqqətə çatdırılır, partiyanın lideri Doğu Perinçekin illərlə iqtidarı Çinə qarşı siyasətdən çəkindirməyə çalışdığı və Çinlə əməkdaşlığa dəvət elədiyi qeyd edilir. Yazıda Perinçekin Urumçidəki bir çıxışından sitat gətirilir.

Ərdoğanın Çinə səfəri ilə hökumətin də bu mövqeyi tutmasının göründüyü, S-400 sistemlərinin alınmasının da Türkiyənin Çin və Rusiyanın başçılıq elədiyi düşərgəyə yaxınlaşmasının isbatı olduğu yazılır.

Qeyd edək ki, dünya mətbuatında son dövrdə Çində türk-müsəlman uyğurlara qarşı soyqırımı siyasətinin getdikcə şiddətləndiyi barəsində xəbərlər dərc olunur.

https://hurriyyet.org/xeber/22_olke_uygur_turklerine_zulm_etdiyi_ucun_ini_qinadi_-_trk_v_islam_dnyasi_is_susdu

https://hurriyyet.org/xeber/in_hokumeti_uygur_turklerinin_dinini_ve_milliyyetini_silmek_isteyir_-_rsmi_hesabat



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}