Azərbaycan hərbi təyyarənin qəzasından sonra təlim uçuşlarını dayandırdı

Azərbaycan hərbi təyyarənin qəzasından sonra təlim uçuşlarını dayandırdı

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə Azərbaycan Ordusunun bütün aviasiya texnikalarının təlim uçuşları dayandırılıb.

Sozcu.info xəbər verir ki, bu barədə ordu.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib.

"MiQ-29-un qəzaya uğramasının səbəbləri dəqiqləşdirilməyincə, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya texnikalarının bütün uçuşları müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda döyüş növbətçiliyi planlı şəkildə yerinə yetirilir”- deyə V. Dargahlı bildirib.

Xatırladaq ki, 24 iyul saat 22:00 radələrində təlim uçuşu həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi Xəzər dənizi üzərində qəzaya uğrayıb. Müdafiə Nazirliyi pilotun axtarışı və xilas edilməsi üçün təcili addımlar atır. Müdafiə nazirinin göstərişi ilə qəzanın səbəbləri ilə əlaqədar araşdırma aparan komissiya yaradılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}