Rövşən Canıyev ölüb, ya hələ sağdır?

 

Ötən gecə İstanbulda güllələnən məşhur kriminal avtoritet "Rövşən Lənkəranski”nin hazırda yaşayıb-yaşamadığına dair ziddiyətli məlumatlar gəlir.

 

Virtualaz.org xəbər verir ki, "Rövşən Lənkəranski”nin yerləşdirildii Şişli Etfal xəstəxanasının qəbul şöbəsindən "İnterfaks”a onun hələ ölmədiyini, ağır yaralı halda xəstəxananın reanimasiya şöbəsində olduğunu deyiblər. "Rosbalt” isə öz mənbələrinə istinadən "Rövşən Lənkəranski”nin öldüyünü bildirir.

Xatırladaq ki, kriminal avtoritetin qohumları, o cümlədən deputat Fəzail Ağalamı onun aldığı yaralardan öldüyünü demişdilər. Bildirilirdi ki, cənazənin dəfn olunmaq üçün Azərbaycana gətirilməsi üçün hazırlıqlar gedir. 

*   *   *13:34

Ötən gecə İstanbulda güllələnən "Rövşən Lənkəranski” ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyevin cənazəsinin özəl təyyarə ilə Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi bildirilir. 

Hərçənd ki, bəzi saytlar "Rövşən Lənkəranski”nin hələ ölmədiyini, xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə olduğunu iddia edir.Qohumları isə onun artıq keçindiyini, cənazəsinin vətənə gətirilərək Lənkəranda dəfn olunacağını bildiriblər.

Azərbaycan Daxil İşlər Nazirliyi isə "Rövşən Lənkəranski”nin Türkiyədə öldürülməsini şərh etmir. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla belə Ehsan Zahidov onda Rövşən Canıyevin öldürülməsinə dair rəsmi məlumatın olmadığını deyib.

 

DİN rəsmisi Azərbaycanda heç bir "vor zakon”un olmadığını da əlavə edib:"Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir "vor zakon” tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevin öldürülməsinə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə qoy onlar özləri araşdırsınlar”.

Rövşən Canıyevin dəfnində "vor zakon”ların mümkün iştirakına gəldiksə isə Ehsan Zahidov bu variantı istisna edib. Bildirib ki, bütün qanunazidd hərəkətlərin qarşısı alınacaq. "Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur və ölkəyə gələn şəxslərin kimlikləri, onların məqsədləri dəqiqləşdirilir”-DİN rəsmisi bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}