Rusiyada 2002-ci ildə üç azərbaycanlının öldürülməsi ilə bağlı cinayətin üstü açılıb.

Sozcu.info virtualaz.org-a istinadən istinadən bildirir ki, qətli törədən şəxs Penzdə ələ keçib. Belə ki, saxlanılan şəxsin o zaman "problemlərin güc vasitəsilə” həlli ilə məşğul olduğu məlum olub. O, üzərində tapança gəzdirirmiş.

Məlumata görə, 2002-ci il iyunun 2-də o, üç azərbaycanlının yaşadığı evə gəlib. Onlar mübahisə ediblər. Qatil mübahisənin hansı səbəbdən baş verdiyini xatırlamadığını deyib. Ancaq mübahisədən sonra azərbaycanlılar onu şəhərdən qovublar. Bundan xoşu gəlməyən 33 yaşlı Leninqrad sakini onlardan qisas almaq istəyib.

Onlarla yenidən görüşüb və üzərində gətirdiyi silahdan yeddi dəfə atəş açıb. Azərbaycanlılardan biri hadisə yerində, digər ikisi xəstəxanada ölüb.

Hadisədən sonra sənədlərini dəyişən şəxs Rusiyanın regionlarını və dünya ölkələrini gəzməyə başlayıb.