İRAN ABŞ-ı YENƏ RAKETLƏRLƏ TƏHDİD ETDİ, BÖLGƏ DÖVLƏTLƏRİNƏ BARMAQ SİLKƏLƏDİ : "Vuracağıq"

İRAN ABŞ-ı YENƏ RAKETLƏRLƏ TƏHDİD ETDİ, BÖLGƏ DÖVLƏTLƏRİNƏ BARMAQ SİLKƏLƏDİ

 

İran ordusunun Baş Qərargahının sözçüsü, general Əbülfəz Şikarçı ABŞ-ın hərbi bazalarına endirdikləri hava zərbələrinin davamının olacağını bəyan edib.

 

Sozcu.info xəbər verir ki, Fars agentliyinə danışan general Şikarçı ABŞ ordusunun bölgədən çəkilənə qədər hücumlarının davam edəcəyini deyib: "Axşamkı raket zərbələrimiz təsdiq etdi ki, ABŞ-ın, əslində, təriflədiyi müdafiə sistemləri belə yoxdur. Vurduğumuz hərbi baza ən böyük və ən müasir təhcizatlı olsa da, raketlərimizi durdura bilmədilər. Bu, bölgədə ABŞ-la birgə hərəkət edən dövlətlər üçün də bir dərs olmalıdır".

 

General daha sonra deyib ki, ötən gün endirdikləri raket zərbələrini intiqamlarının  bitməsi kimi görmürlər: "Əsl intiqam elə bir səviyyədə olacaq ki, amerikalılar hər şeylərini bölgədən toplayıb, getmək məcburiyyətində qalacaq".



Oxşar Xəbərlər

Xəbər lenti