SEPAH Ukrayna təyyarəsini 7 dəqiqəyə necə vurub - detallar

 

Avropa Birliyi 180 nəfərin öldürülməsinə görə Tehrana sanksiya tətbiq etməyə tələsmir; Elxan Şahinoğlu: "İran ABŞ-dan nəinki qisas ala bilmədi, əksinə...”

"Nyu York Tayms” qəzeti Ukraynanın sərnişin təyyarəsinin İranda qəzaya düşməsinin tam xronologiyasını dərc edib.

Sozcu.info  xəbər verir ki, xronologiyada təyyarənin Tehrandan İranın ABŞ-ın İraqdakı obyektlərini vurmasından 4 saat sonra havaya qalxdığı bildirilib.

ABŞ bazasına zərbənin endirilməsindən sonra İran hava hücumundan müdafiə sistemlərini tam döyüş hazırlığına gətirib.

Həddən artıq yüklənməsi ucbatından təyyarənin havaya qalxmasında gecikmə müşahidə edilib, bununla belə, Ukraynaya məxsus sərnişin təyyarəsi ənənəvi kursundan yayınmayıb.

Hərəkətə keçməsindən sonrakı 3 dəqiqə ərzində təyyarə 2400 metr yüksəkliyə qalxıb və bu müddətdə radarlarda olub.

ukraine airlines iran ile ilgili görsel sonucu

Bir neçə dəqiqə sonra elektron sistemlər işləməyib, təyyarə isə siqnal verilişini dayandırıb. Daha bir neçə saniyə sonra təyyarəyə İran hava hücumundan müdafiə sisteminin raketi dəyib.

Təyyarə yanmağa başlayıb və bu zaman ölkənin məxfi hərbi bazalarından birindən buraxılan daha bir raket "Boinq”ə çırpılıb.

Ukrayna təyyarəsinin yerə dəyməsi bir neçə dəqiqə çəkib. Təyyarə yerə dəyən zaman daha bir partlayış baş verib.

Hava gəmisinin qalıqları düşdüyü yerdən 500 metr diametrində dağılıb. Ümumilikdə uçuş cəmi 7 dəqiqə davam edib.

Bu arada isə Avropa Birliyi "Boinq” təyyarəsinin vurulmasına görə İrana sanksiya tətbiq etməyi hələlik planlaşdırmır. Məlumatı TASS agentliyi yayıb. AB-nin aparılacaq tədqiqatın nəticələrini gözlədiyi bildirilib.

Artıq ölənlərdən 50 nəfərin şəxsiyyəti müəyyən olunub. Bu barədə İranın Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani mətbuat konfransında bildirib.

ukraine airlines iran ile ilgili görsel sonucu

O qeyd edib ki, işçi qruplar tərəfindən təyyarə qəzasında həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Politoloq Elxan Şahinoğlunun "Yeni Müsavat”a dediyinə görə, İranda baş verənlər Tehranın xarici və daxili siyasəti ilə bağlıdır.

Onun fikrincə, Tehranın xarici siyasəti ABŞ-la qarşıdurma ilə nəticələnir və İran iqtisadiyyatı zəiflədilir:

"Əvəzində, nəinki generalın öldürülməsinə görə qisas da ala bilmədilər, əksinə, Süleymaninin dəfnində 60 adam öldü, ardınca, səhvən mülki təyyarəni vurdular, 180 adam tələf oldu.

ukraine airlines iran ile ilgili görsel sonucu

Bu da İranın imicinə ziyan vurdu və daxildə etirazlar başladı. Ancaq bunun nə qədər çəkəcəyini söyləmək çətindir".

Ekspert hesab edir ki, İrandakı etirazların genişlənməsində Amerikanın marağı var: "Donald Tramp da İran xalqının nümayişlərini dəstəklədi və bununla ölkənin daxilində vəziyyətin mürəkkəbləşməsində Vaşinqtonun maraqlı olduğunu ortaya qoydu”.

Xatırladaq ki, yanvarın 8-də Tehranın Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən "Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub.

Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub. Bu faciə etiraz aksiyalarına yol açıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}