Azərbaycan nüfuzuna görə dünyada 45-ci yerdədir

Azərbaycan nüfuzuna görə dünyada 45-ci yerdədir

 

Artıq üçüncü ildir ki, Azərbaycan dünyanın ən nüfuzlu ölkələrinin reytinqində 45-ci yeri tutur.


Media.Az-ın məlumatına görə, bu, ABŞ-ın "US News” nəşri, "BAV Group” və "Wharton” biznes məktəbi tərəfindən hazırlanan "dünyanın ən yaxşı 80 ölkəsi” reytinqindən məlum olur.

Qeyd edək ki, Azərbaycan bu il "Best Countries-2020” hesabatında siyahıda 70-ci yerdən 61-ci yerə yüksəlib. Lakin yuxarıda da vurğulandığı kimi, nüfuzuna görə ölkəmiz 45-ci yerdə sabit qalıb.


Tədqiqat müəlliflərinin fikrincə, dünyanın ən nüfuzlu ölkələri xəbər başlıqlarında tez-tez xatırlanan və müzakirə edilən dövlətlərdir. Xarici siyasət və hərbi büdcələr ayrıca qeyd olunur.

Analitiklər vurğulayırlar ki, ümumilikdə ölkənin gücü ilə əlaqəli beş xüsusiyyət təhlil olunur: lider, iqtisadi təsir, siyasi təsir, beynəlxalq ittifaqlar və ordunun gücü.

İlk yerdə yenə ABŞ qərarlaşıb, Rusiya Federasiyası ikinci olub, Çin Xalq Respublikası isə üçüncüdür.

Bundan sonra Almaniya, Böyük Britaniya, Fransa və Yaponiya gəlir. Səkkizinci yerdə İsraildir. İlk onluğu Cənubi Koreya və Səudiyyə Ərəbistanı bağlayır.

Daha az nüfuzlu sayılan, lakin yenə də reytinq cədvəlinə daxil olan ölkələr Sloveniya, Estoniya, Latviya, Litva və Slovakiyadır.

Ermənistan və Gürcüstan, ümumiyyətlə, siyahıya daxil edilməyib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}