Türk ordusunun Əsəd qüvvələrindən qisas əməliyyatı : ONLARLA ÖLÜ VAR - F-16-LAR HÜCUM EDİR

Türk ordusunun Əsəd qüvvələrindən qisas əməliyyatı

 

Sozcu.info  xəbər verir ki, prezident R.T.Ərdoğan İdlib hücumu ilə bağlı ilk açıqlamasında Türkiyənin F-16 təyyarələrinin bölgəni vurduğunu bildirib.

Türkiyə prezidenti Ukraynaya yola düşməzdən əvvəl mətbuat konfransı keçirib. O, İdlibdə dörd türk hərbçisinin həlak olduğu hücumla bağlı belə deyib: "Hücumun cavabını artıqlaması ilə verdik və verməyə davam edəcəyik. Hazırda F-16-lar bölgəni vururlar”. Ərdoğan cavab atəşi ilə Bəşər Əsəd hökumətininin ordusundan 30-35 nəfər əsgərin vurulduğunu söyləyib.  Ərdoğan deyib: "40-a yaxın hədəfə qarşı əməliyyatımız davam edir. Qarşı tərəfdən 30-35 nəfər suriyalı zərərsizləşdirilib. Hücumdan sonra milli müdafiə nazirimizə Ankarada qalması göstərişini verdim. Rusiyalılara "qarşımızı kəsməyin” mesajı verilib”.

Ərdoğan daha sonra Yaxın Şərqdəki ümumi vəziyyətdən bəhs edərək deyib: "ABŞ-ın işğal planı 80 səhifəlik bir plandır. Planda islam dünyasının İsraili dövlət olaraq tanıması vardır... Bu nə cəfəngiyyatdır? Ərəb ölkələri ilə İsrail arasındakı münasibətin düzəlməsi üçün çalışılması... Ərəb Liqası buna gözəl bir cavab verdi. Bu cür davam eləmələrini diləyirik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}