Yəmən paytaxtına endirilmiş aviazərbədə şəhərin meri hılak olub

 

Yəmənin paytaxtı Sana şəhərinin meri Ədbülqədir Hilal Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin yas mərasiminə endirdiyi aviazərbə nəticəsində həlak olanların arasındadır.

 Bu xəbəri "The New York Times” verib.

Zərbə nəticəsində 82 nəfər həlak olub, daha 534 yerli sakin xəsarət alıb. Ölənlərin sayının artacağı ehtimal edilir.

Sanadakı şiə qruplaşmalarının rəsmi nümayəndəsi Məhəmməd Əbdülsəlam bəyan edib ki, yas mərasiminə endirilmiş aviazərbə koalisiya qüvvələri tərəfindən növbəti soyqırım aktıdır.

*   *   *21:31

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə aviazərbələr endirib.

"RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.

"Saba” agentliyi, öz növbəsində, ölən və yaralananların sayının 450 nəfər olduğunu bildirir.

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək verir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}