ABŞ-ın şəhərlərində Trampa qarşı etiraz aksiyaları davam edir

ABŞ-ın şəhərlərində Trampa qarşı etiraz aksiyaları davam edir

 

Birləşmiş Ştatların bir sıra şəhərlərində etiraz aksiyaları geniş miqyas alıb.
Nyu-York, Çikaqo, Boston, Sietl və Vaşinqtonun mərkəzi rayonlarında minlərlə insan etirazını bildirir
.

Kaliforniya, Massaçusets və Pensilvaniya universitetlərinin kampuslarında minlərlə tələbə etiraz edir. Nyu-Yorkda tələbələr noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsinə etirazlarını bildirmək üçün onun seçki kampaniyasının qərargahı yerləşən Tramp Tauer binasının qarşısında toplaşıblar. Fəallar Trampı qadınlara, Afrika mənşəli amerikalılara, müsəlmanlara mənfi münasibət bəsləməkdə və irqçilikdə təqsirləndirirlər. Tramp öz seçki kampaniyası dövründə bəyan etmişdi ki, o, müsəlmanların ABŞ-a gəlməsini qadağan etmək niyyətindədir.

Xatırladaq ki, prezident seçkilərində Donald Trampın qalib gəlməsi noyabrın 9-da səhər məlum olub. Seçkiçilərdən 279 nəfəri Trampa, 228 nəfəri isə Hillari Klintona səs verib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}