AŞPA-da Azərbaycan üzrə iki hesabat təqdim olundu

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib.

APA-nın xəbərinə görə, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: "Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”.

Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib.

***11:06

AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq.

"Trend”in məlumatına görə, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində plenar iclaslarda "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

"Azərbaycanda demokratik təsisatların fəaliyyəti” üzrə məruzənin müəllifləri Sezar Florin Predan və Stefan Şennak, ikinci məruzənin müəllifi isə Alen Desteksdir.

Azərbaycan Milli Məclisinin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}