Ordumuzun bu gün şəhid olan əsgəri sabah Saatlıda dəfn ediləcək

 

Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.

Saatlı Rayon İcra Hakimiyyətindən "Report”a verilən məlumata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.

Qeyd olunub ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.

Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}