Azərbaycanlı gənclərdən Ermənistanın Tbilisidəki səfirliyi qarşısında aksiya:"Girovlara azadlıq!”, "İşğal son!" şüarları ilə + FOTOLAR

Azərbaycanlı gənclərdən Ermənistanın Tbilisidəki səfirliyi qarşısında aksiya:"Girovlara azadlıq!”, "İşğal son!" şüarları ilə + FOTOLAR

 

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

"Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.

Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.

Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb/APA.


 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}