Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyandakı dəhşətli qətl haqda

 

Salyanda Mehparə Əliyeva və qızlarının qətli ilə əlaqədar Baş Prokurorluğun Ağır cinayətlər üzrə Baş istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7 maddəsi (iki və daha çox şəxsin qəsdən öldürməsi) ilə cinayət işi qaldırılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən virtualaz.org-a daxil olan məlumatda belə deyilir.

Məlumatda həmçinin bildirilir ki, hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarından ibarət operativ-istintaq qrupu yaradılıb.

Operativ-istintaq qrupu artıq hadisə yerindədir və zəruri istintaq tədbirləri həyata keçirir. Hazırda məhkəmə-tibb ekspertinin iştirakı ilə müstəntiqlər, prokuror-kriminalistlər və polis əməkdaşları qətlə yetirilənlərin meyitlərinin qalıqlarının çıxarılması ilə məşğuldurlar. Bu iş başa çatan kimi meyitlərin qalıqları ekspertizaya göndəriləcək.

*   *   *10:13

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Evin zirzəmisində basdırılan meyitlərin qalıqları çıxarılır...

Xatırladaq ki, ata-bala bu gün səhər saat 4 radələrində Salyan Rayon Polis Şöbəsinə gedərək törətdikləri cinayəti etiraf ediblər. Onlar həmin vaxt da sərxoş vəziyyətdə olublar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}