Ərdoğandan ABŞ-a və türk müllətinə mesaj: "Ya boyun əyəcəyik, ya da savaşacağıq..."

Ərdoğandan ABŞ-a və türk müllətinə mesaj: "Ya boyun əyəcəyik, ya da savaşacağıq..."

 

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt davranışını davam etdirən Türkiyə prezidenti Ərdoğan bu gün yenidən Amerikanı hədəfə alan açıqlama verib.

Türkiyənin TRT kanalı  xəbər vevrir ki, Ərdoğan İsrailli əsgərlərin 14 yaşlı uşağın gözləri bağlı, üz-gözü qanlı fotosunu və daun sindromlu bir gəncin necə həbs edilməsinin əks olunduğu fotoları nümayiş etdirərək, ABŞ-a səslənib: 

"Ey Amerika, ey Tramp, sən bunları görmədinmi? Ondan sonra "dünyanın ən güclü dövləti mənəm" deyirsən. Sənin hər yerin güclü olsa, nə olacaq? İndi dünyaya Amerika nə deyir? Nüvə başlıqlı silahınz olmayacaq. Ancaq sənin əlində nüvə başlıqlı silahlar var. Bəs, səndəki silahlar nə olacaq? O dursun. Avropa və digər ölkələr də belədir. Yaxşı, səninkilər nə olacaq? Ədalət... budurmu adalet!?".

Ərdoğan deyib ki, Türkiyə öz gələcəyini özü müəyyənləşdirəcək: "Önümzdə iki yolumuz var: ya boyun əyəcəyik, ya da savaşacağıq, mübarizə aparacağıq".

Ərdoğan qarşıdakı ildə Qüdsdə Türkiyə səfirliyinin açılacağını da bəyan edib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}