Rusiyada qəzaya uğramış təyyarə vertolyotla toqquşub

 

"İnterfaks”ın verdiyi məlumata görə, qəzaya səbəb təyyarənin havada "Rusiya Poçtu”na məxsus vertolyotla toqquşması olub.

*   *   *16:49

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "Ан-148" tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan 7 dəqiqə sonra  qəzaya uğrayıb.

"Reuters" xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}