Merkellə Binəli Yıldırım jurnalistlərin qarşısına çıxdı: "Ərdoğanla sıx münasibətləri qorumaq məcburiyyətindəyik"

Merkellə Binəli Yıldırım jurnalistlərin qarşısına çıxdı: "Ərdoğanla sıx münasibətləri qorumaq məcburiyyətindəyik"

 

lmaniyaya səfər edən Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyalı həmkarı Angela Merkelə görüşüb.

Baş nazirlər qapalı görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında da Merkel Türkiyədə terrora dəstək ittihamı ilə həbs edilən Almaniya vətəndaşı Dəniz Yücelin azad edilmə məsələsini qaldırıb:

"Dəniz Yücel söhbəti bizim üçün çox böyük önəm daşıyır. O, iddianamə hazırlanmadan bir ildir həbsdə saxlanılır. Bu gün bu davanın Almaniya üçün əhəmiyyətini həmkarımın diqqətinə yenə çatdırdım. Digər yandan, hüquq dövlətinin təməl prinsiplərini müzakirə etdik.  Almaniya olaraq, Türkiyədə baş verən çevriliş cəhdini qınadığımızı təkrar bəyan edirəm. Cənab Baş nazir və Ərdoğanla sıx münasibətləri qorumaq məcburiyyətindəyik".

Binəli Yıldırım isə deyib ki, Almaniyada 3 milyondan çox türk yaşayır: "Bu, soydaşlarımız aramızda körpü rolunu oynayır. Onların varlığı əlaqələrimizin təməlidir. Qaldı Dəniz Yücel ve digər həbs edilənlərə, onlar məlum ittihamlarla tutulublar. Bizə isə düşən məhkəmənin işini asanlaşdırmaqdır".

Binəli Yıldırım əlavə edib ki, Türkiyə bölgədə terrorla mübarizə aparır: "Biz bu mübarizədə təkcə öz vətəndaşlarımızı deyil,  eyni zamanda  NATO-nu da qoruyuruq".

Baş nazir deyib ki, Almaniya ilə münasibətlərin sağlam formada davam edəcəyinə inanır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}