Putin 20 min tankı hazır vəziyyətə gətirdi – Avropa Müharibəsi

Putin 20 min tankı hazır vəziyyətə gətirdi – Avropa Müharibəsi

 

"Rusiya böyük müharibəyə hazırlaşır."

Bunu Belsat TV-yə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

"Bu, strateji qərardır. Belə bir qərar yekun olaraq 2013-cü ilin əvvəlində verilib. Hökumətin fikrincə, 2030-cu ilə qədər, özəlliklə 2020-ci illərdə müharibə təhdidi artacaq və Rusiyaya hər tərəfdən hücumlar olacaq. Buna görə də Rusiya strateji müdafiə perimetri hazırlayır. Bu hazırlıq təkcə şimal-şərqi Avropada yox, həm də Arktikada, Kurildə, Yaxın və Orta Şərqdə, Qara dənizdə aparılır. Rusiya ilə qonşu ölkələrə böyük dünya şahmat taxtasında vacib strateji fiqur kimi baxılır. Vacib olan bu fiqurlara sahib olub, onun düşmənin yanına keçməsinə, özünə qarşı hücum plasdarmı kimi istifadə edilməsinə imkan verməməkdir”, - analitik qeyd edib.

Felgenhauerin fikrincə, Rusiyanın apardığı müharibə müdafiə xarakterli olacaq:

"Rusiya hər zaman müdafiə müharibəsinə hazırlaşıb. O, artıq 500 ildir müdafiə olunur və bütün bu dövrlər ərzində ərazisini 2 dəfə artırıb. Müdafiə aktiv olmalıdır. Avropaya soyuq müharibə dövründəki kimi böyük hücumlar planlaşdırılmır, amma istənilən halda hücum fəaliyyətləri olacaq. Rusiyanın artıq indidən 20.000 tankını döyüş vəziyyətinə gətirdiyi haqda məlumat yayılıb. Bu, bütün NATO ölkələrindəki saydan 2 dəfə çoxdur. Beləliklə, böyük müharibəyə hazırlıq gedir. Hazırda Baltikyanıda baş verənlər sadəcə xaricdə ümumi müdafiənin qurulmasına hesablanıb, amma həm də hücum xarakteri daşıyır”.

Onun sözlərinə görə, hazırda Moskva üçün Ukrayna məsələsinin həlli vacibdir:

"Konfliktin dondurulması indiki zamanda heç kimə sərf etmir. Rusiya hərbçilərinin fikrincə, Ukraynanı özbaşına buraxsalar, o, Qərbə meyillənəcək və 2022-2025-ci illərdə ola biləcək Ümumavropa Müharibəsində Qərbin, daha dəqiq desək, Amerikanın bazaları artıq Xarkov, Poltavada olacaq. Ona görə də Ukrayna Rusiyanın təsir sferasında olmalı, ölkəyə Yanukoviç və ya Kuçma kimi rəhbərlər gətirilməlidir. Bu səbəbdən Moskva Ukraynanı Moskva buraxmayacaq.

"İsgəndər”lər bir zamanlar Kalininqradda şantaj kimi istifadə edilirdi, lakin indi onların bu ərazidə yerləşdirilməsi taktiki xarakter daşıyır. Qərbin nə etməyindən asılı olmayaraq, onlar buraya gətiriləcəkdi. Buradakı 152-ci briqadanın raketləri çoxdan dəyişdirilməli idi. "İsgəndər”lərin Kalininqrada gətirilməsi şantajdan daha çox, böyük müharibəyə hazırlıqdır. "İsgəndər”lər rəsmi rəqəmlərə görə, 500 kilometr uça bilir, amma müəyyən dəyişikliklərlə onun uçuş məsafəsini 800 kilometrə çatdırmaq olar. Üstəlik, qanadlı raketlə buraxıldıqda onun məsafəsi 3000 kilometrə çatır. Bu da bütün Avropanı əhatə etməyə kifayət edir”(Axar.az)


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}