31 mart - Azərbaycanlıların Soyqırımı

31 mart - Azərbaycanlıların Soyqırımı

 


Daşnaklar dünyaya səpələnən ermənilərin qarşısına bir məqsəd qoyub - cəsur Türkləri məhv etmək

Səmyuel A.UİMS

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən bəzi tarixi məqamlara rakurs edirik...

Kərbalayi Abbas Bayramov

 

Bu gün Azərbaycanın milli-mənəvi BAYRAMI günü - NOVRUZ BAYRAMIDIR. 100 il əvvəl elə bu mübarək gündən əvvəl və sonra Naxçıvanda, Cəhridə, Culfada, xüsusilə Yaycıda erməni daşnakları tərəfindən qətlə yetirilənlərin qərib ruhları önündə dualar oxuyuram...

...Əksi gözlərimin yaşında qalan əslən Cəhridən olan Kərbalayi Abbas Kişini xatırlayıram. Onu təkcə gözlərimin (gözlərimizin) yaşında deyil, yumruq boyda ürəyimin başında - 1918-ci ilin odu-alovunun içində, LA İLAHƏ İLLƏLLAH sədasında, səmadan enən mələklərin qanadında, mətin addımlarıyla torpağı titrədən OĞUL NƏVƏSİ NAZİM YUSİF oğlu BAYRAMOVUN Hərbi Təmayüllü təhsil ocağının müqəddəs məsləkində xatırlayıram...

Mənəvi zəngin "Zəfər qalası”nın VƏTƏN KURSUNU davam edən gülşənində 1918-ci il mart ayında (mart-aprel) Azərbaycan türklərinin kütləvi qırğını, repressiyalara məruz qalmaları, doğma yurdlarından sürgün edilmələri, didərgin salınmaları boy verir.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Dünyada sülh uğrunda

mübarizənin etiqadlı əsgəri

 

Ömrünün axırınadək dünyada ədalət mizanının qüssəsini çəkmiş "Ermənistan-terrorçu "xristian” ölkənin gizlinləri” kitabının müəllifi Səmyuel A.Uimz (Samuel A.Weems) haqqında yəqin məlumatlısınız. Onun yuxarıda adı çəkilən kitabının I cildi işıq üzü (2003-cü ilin aprelində ABŞ-da) görməsindən az sonra müəmmalı şəkildə vəfat etmişdir.

Yaddaş üçün xatırladıram ki, Səmyuel A.Uimz Arkanzas ştatının Hazen ərazisi üzrə hüquqşünas-vəkil və hakimi olmuşdur. O, Arkanzas Universitetinin Qanunçuluq fakültəsində hüquq elmləri doktoru alimlik dərəcəsi almış, şəhər şurasında fəaliyyət göstərmiş bilavasitə ştatın Konstitusiyasının yenidən işlənilməsində xidmət göstərən yüz nəfərlik müəlliflər heyətindən seçilənlərdən olub. Gündəlik qəzetin köçə yazarı S.Uimz əsl səyyah sayılıb. Dəqiq məlumatlara əsaslanan kitab üzərində işləyərkən o, London, Paris, Roma, Moskva, İstanbul və Vaşinqton şəhərlərində tədqiqat işləri aparmışdır.

Həqiqətə can atmaq - həyatın özündən daha yüksək qayədir. Dünyamızın Qələm adamları sırasında bir qisminin alçaq, rəzil hisslərə qapılması, alverçilik azarına, yaltaqlıq bəlasına düçar olunduğu bir əsrdə Səmyuel A.Uimz həqiqətin, ədalətin yanında oldu.

"ERMƏNİSTAN terrorçu "xristian” ölkənin gizlinləri” kitabı ilə fikir azadlığını, əqlin, idrakın qüdrətini yüksək tutdu. Bəşəriyyətin sülhsevər insanlarına ÖRNƏK oldu.

Səmyuel A.Uimz yazır:

(Bax səhifə 11)

- ...Amerikanların çoxu bilmir ki, Bibliyadakı Kiçik Asiya müasir Türkiyədir. Xristianların çoxu bilmir ki, tarixi xristianlıq baxımından Türkiyə yer üzünün ikinci ən vacib ölkəsidir. (Yeddi Etiraf Kilsəsi - filmindən) Əhalisinin az qala 97 faizinin müsəlman olması ilə Türkiyə unikaldır. Türkiyə həm də yer üzündə yeganə demokratik müsəlman ölkəsidir.

Yaxın Şərqin bu müasir demokratik ölkəsi 1923-cü ildə bir nəfər adamın dühası nəticəsində qurulmuşdur: Mustafa Kamal Atatürk (1881-1938)! O, nəhəng islahatlar aparmış və haqlı olaraq XX əsrdə dünya dövlətçiliyinin ən parlaq simalarından biri olmuşdur. O, sultanları ölkədən qovmuş, hökumətdə yüksək vəzifələr tutmuş müsəlman din xadimlərini vəzifədən kənarlaşdırmışdı. Qəbul edilmiş yeni konstitusiya dini dövlətdən ayırmışdı. Təhsil hamı üçün icbari hesab edilmişdi. Qadınlara seçkidə iştirak və istənilən sahədə işləmək hüququ verilmişdi.

- ...Birləşmiş Ştatların içərisində azsaylı erməni-amerikalıların Türkiyəyə nifrət kompaniyası aparması faciədir. Bu balaca qrupun adamları təxminən 30 ştatın qanunvericilik orqanlarından Türkiyəyə hücum kimi belə bir mənasız qərar keçirə bilmişlər ki, guya 1915-ci ildə - Türkiyənin respublika elan edilməsindən səkkiz il qabaq onlara qarşı genosid törədilmişdir.

Amerikalı ermənilərin düzüb-qoşaraq soyqırım və genosid haqqında yaydıqları uzun nağılların heç bir əsası olmaması haqqında məndə rüsvayedici faktlar vardır.

Ermənilərin həm türklərdən, həm də xristian amerikalılardan kalan dollar qopararaq onu cəmi 150 yaşı olan "qədim” vətənlərinin rifahına yönəltmək istəyirlər. Mənim amerikalı soydaşlarımdan cavab almaq istədiyim sual sadəcə belədir: Siz kimə inanırsınız - Osmanlı İmperiyasını sağ-salamat tərk edən erməniləri görmüş amerikalılara? Və ya 1,5 mil1on ermənini öldürməkdə Osmanlı dövlətini günahlandıran ermənilərə?

- ...1992-ci ildə Ermənistan heç bir əsası olmadan hücuma keçərək... Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Ermənilər heç bir kompensasiya ödəmədən bir milyondan çox müsəlmanı (azərbaycanlını) ev-eşiyindən qovdular və onları zığlı-palçıqlı qaçqın düşərgələrindəki çadırlarda yaşamağa vadar etdilər. Ruslar Ermənistana bir milyard dollarlıq hərbi silah-sursat və avadanlıqlar bağışladılar. Birləşmiş Ştatlar Konqresinin hesabına əsasən son on il ərzində ABŞ Ermənistana 1,4 milyard dollar yardım göstərmiş, eyni zamanda müsəlman Azərbaycanının xarici yardımını kəsməklə ayrı-seçkiliyə yol vermişdir.

- ...1992-ci ildə Konqres Azadlığı Müdafiə Aktını qəbul edərək onun 907-ci maddəsi ilə Ermənistan "qeyri-qanuni” blokadya almasını aradan qaldırana qədər Azərbaycan xarici yardımın müəyyən növlərindən məhrum edildi.

Bir xalqın özünü başqasından necə müdafiə etməsini aydınlaşdırmaq üçün Birləşmiş Ştatların hüququ varmı? Əgər Yaponiyanın 1941-ci il dekabrın 7-də bizə (ABŞ-a - N.A). hücumundan sonra başqa bir ölkə Birləşmiş Ştatların əleyhinə belə bir qanunvericilik aktı qəbul edərdisə, ona necə baxardıq? Onda nə üçün Birləşmiş Ştatlar Azərbaycanı cəzalandırır? Onda nə üçün bir ölkənin öz torpağını və əhalisini müdafiə etmək kimi müqəddəs hüququnu tanımır? Nə üçün Birləşmiş Ştatlar işğalçının və etnik təmizləmə aparanın tərəfini saxlayır? Biz İraqı bombalamaqla diktator Səddam Hüseyni cəzalandırmadıqmı? Biz Yuqoslaviyanı bombalamaqla etnik təmizləmə aparan Slobodan Miloşeviçi cəzalandırmadıqmı? Yaxşı, bəs onda indi nə üçün həm işğalçı, həm də etnik təmizləmə aparan başqa birisini mükafatlandırırıq?

(Bax səhifə 15)

- ...Ermənistan kimi terrorçu ölkəni müdafiə etməyə dəyməz!

- ...Erməni faktlarını yoxlamağın vaxtı çoxdan çatmışdır. 1918-ci ildən başlayaraq bu cubbulu ölkənin əsas məxarici terrorrizm, əsas mədaxili isə bütün dünyanın xristianlarından edilən xarici yardım olmuşdur.

- ...Heç kim özünə zəhmət verib aydınlaşdırmamışdır ki, Ermənistan özünün bəyan etdiyi kimi əsl xristian ölkəsidir, ya yox?

- ...1890-cı ildə Osmanlı imperiyasının daxilində kiçik bir erməni terrorçu bandası müsəlmanlara aid olan torpaqları və mülkiyyəti zorakılıqla ələ keçirmək üçün inqilabi hərəkata başladı. Həmin ermənilər bəyan edirdilər ki, təxminən üç min il əvvəl bu torpaqlar onların əcdadlarına məxsus olmuşdur. Buna baxmayaraq, erməni xristianlar 1890-cı ildə öz terrorçu kompaniyalarını başlayana qədər beş yüz ildən artıq idi ki, Osmanlı müsəlmanları ilə səlh və əmin-amanlıq şəraitində yaşayırdılar. Güman ki, ondan təxminən min il qabaq onlar Roma qanunları altında yaşamışdı.

Ta 1914-1915-ci illərə qədər Osmanlı imperiyasındakı bu narahatlıq doğuran banda o qədər kiçik idi ki, türklər onlara heç məhəl də qoymurdu. Sonra Rusiyanın Osmanlı imperiyasına qarşı işğalçı müharibəsi başladı və rus çarının ermənilərin həsrətində olduğu torpaqları onlara verəcəyinə inanan bu ermənilər elliklə ruslara meylləndilər. Rus çarının isə belə bir niyyəti yox idi.

Gündüzlər Türkiyə erməniləri özlərini Osmanlı qoşunlarla dost kimi aparır, gecələr isə Osmanlı hərbi qüvvələri arxasında dağıdıcı terrorçu hücumlar edirdilər. türklərə qarşı aparılan bu terrorçu hücumlar ruslarla döyüşlərdə nəyə qadir olduğunu nümayiş etdirən türk ordusunu zəiflədirdi. Nəticədə Osmanlı hökuməti döyüş zonasının arxasındakı bütün erməniləri köçürməyə məcbur oldu. Çünki türklər hansı erməninin terrorçu olmasını, hansınınsa olmaması aydınlaşdıra bilmirdilər. Min illər birlikdə yaşayandan sonra özlərini satqın və xain kimi aparanlara qarşı özünü müdafiə edən millətin yeganə çıxış yolu bu idi.

1941-ci il dekabrın 7-də yaponların Birləşmiş Ştatlara hücumundan sonra ABŞ hökuməinin Qərb sahillərində yaşayan yapon-amerikalıları ölkə daxilindəki müvəqqəti yerdəyişmə düşərgələrinə köçürməsi də yuxarıda deyilənə ən son nümunə ola bilər.

 

Prezident Franklin Ruzvelt 19 fevral 1942-ci ildə imzaladığı 9006 nömrəli Xüsusi Fərmanla yapon-amerikalıların hərbi ərazilərdən köçürülməsinə göstəriş verdi... Bu əməliyyat həm də düşmən üçün məlumat toplaya biləcək mümkün casusluğun da qarşısını aldı.

- ...Əsl həqiqət isə budur ki, amerikan şahidləri Osmanlı torpaqlarındakı döyüş ərazisindən çıxarılmış ermənilərin hesabını aparmışdır. Bugünkü erməni saxtakarları (güya) soyqırıma məruz qalmış bir neçə yüz min erməninin sayını artıraraq 1,5 milyon nəfərə çatdırmışdır.

- ...(Səhifə 180, ermənilər belə bir inam nümayiq etdirirlər ki, Müttəfiqlər onları öz qoşunları və pulu ilə müdafiə etməyə və dənizdən dənizə qədər olan müsəlman torpaqlarının işğalına kömək göstərməyə borcludurlar.

I Dünya Müharibəsi qurtarandan sonra diktatorların balaca bir bandası Rusiyanın münbit torpaqlar arasındakı dağlıq hissəsində kiçik bir ərazini nəzarətə götürərək özünü Ermənistan Respublikası elan etdi. Ermənistan adlı yeni ölkənin həyata keçirdiyi ilk tədbirlərdən biri qonşuluqdakı xristian Gürcüstanına xaincəsinə hücum edərək torpaq ələ keçirmək cəhdlərin araya qoymaq oldu. Onda erməni diktatorları məğlub oldular.

Bundan sonra erməni liderləri bu dəfə müsəlman Azərbaycana digər təəccüb doğuran hücuma cəhd göstərdilər. Erməni terrorçu diktatorları bu dəfə də uduzdular.

- ...Bu müddət ərzində ermənilərin muzdlu agentləri Müttəfiq ölkələrin hər birindən qoşun göndərməyi və qamarlamaq istədikləri müsəlman torpaqlarını onların əli ilə rahatca ələ keçirməyi xahiş edirdilər.

Erməni daşnak gizlinləri

"TÜRKİYƏ KARVANI”NDA

 

Qərb ölkələrinin 1920-ci ilə qədər olan liderlərinin və bilavasitə daşnakların gizlinlərindən xəbərdar olan Georgi Vasilyeviç Çiçerin və V.İ.Lenin Türkiyədə sülhün bərqərar olunması məqsədilə Ukrayna Komandanı Mixail Vasilyeviç Frunzeni Ankaraya yola salırlar. (3 noyabr 1921-ci il) Frunzenin "Səfər yolu - elm ürfan yolu deməkdir” - fikri həqiqəti şərh edir: "İnsanı gəzmək qədər zənginləşdirən ayrı heç nə yoxdur”.

Leninqradın məşhur istedadlı yazıçısı Yakov İliçovun "Türkiyə karvanı” kitabında Qərb dünyasının gizlinlərinə ayna tutulur.

(Bax Y.İliçov "Türkiyə

karvanı”, səhifə 93)

"Kapital dünyasının əsas meyarı budur! Mən yaşayım deyə, sən ölməlisən. Əmək aləmininsə məğzi - dostluq, qarşılıqlı yardımdır.

Tarixi bir dram kimi açıb göstərmək. Dənizlər hökmranı Böyük Britaniya təkcə bizi yox (yəni Rusiyanı), öz coğrafi mövqeyinə görə qibtə olunacaq Türkiyəni də fəth etməyə cəhd göstərir. Türkiyə də, əlbəttə, öz ilıq dənizlərini, körfəz və boğazlarını əldən vermək fikrində deyil, əksinə - qazanc üçün ordular yeridir qabağa...

Böyük Britaniya həlledici zərbə endirmək üçün çoxdan bəri hazırlıq görməkdədir... Onların dövlət xadimləri, rahibləri hətta alimləri belə deyib-durublar ki: deməzsənmi, guya türklər vəhşidirlər, onları Avropadan qovub didərgin etmək lazımdır! Qoy körfəzlərdən o tərəfə əkilsinlər!”

"Türkiyə karvanı” əsərində Lloyd Corcun türklərin əleyhinə nümayişkaranə gileyləndiyi və söylədikləri də 1921-ci il noyabrın 3-də Ankaraya yola düşən fövqəladə heyətin (diplomatik müşavir) siyasi işlər üzrə rəhbər Aleksey Arturoviç Dejnovun dili ilə verilir. DİPLOMATİK HEYƏTLƏ hərbi müşavir Andres qorxu aşılayan "təsadüfi yolçuları” bir baxışdan tanımaq fitrətinə qadirdir.

(Bax: Yakov İliçov

"Türkiyə karvanı”, səh.93)

"Qərb dünyası Türkiyənin yıxılmış ağac kimi qol-qanadını doğrayıb. Türkiyənin taleyi tükdən asılı idi. Antantanın coğrafiyaçıları Türkiyənin xəritəsini rəngləmişdilər ki - hansı vilayət kimin payına düşəcək: göy rəng - Fransaya, zərif-yaşıl - İtaliyaya, sarı - Yunanıstana, çəhrayı rəng isə - daşnakların Ermənistanına”.

Əsərdə göstərir ki, "əlində qılınc Şərqə yeriyən Böyük Britaniya, neft sormaq, yun daşımaq, pambıq gətirmək üçün Zaqafqaziyada yerləşən Azərbaycanı da daşnak Ermənistana "hədiyyə” edibmiş.

(Bax: yenə orada, səh.93)

..."Sultan Türkiyəsi axır ki, ağ bayraq qaldırası oldu, Lemnos adasının Mudros buxtasında bir gəmidə sülh müahidəsinə qol çəkib, Türkiyənin taleyini həll etdilər: tərksilah və təslim”.

Frunzenin bu barədə Çiçerinlə söhbətlərini yada salaraq "Türkiyə karvanı” romanını bir daha oxuyuruq. Bir daha V.İ.Leninin Georgi Vasilyeviç Çiçerinin Türkiyə məsələsində şübhələrinə bəraət verir. "Gözlənilməz hadisələr” gözlənilə bilər. Ayıq olmaq lazımdır. Şərait kəskin dəyişib.

Bəli! Elə bu baxımdan hadisələrin içində olmaq baxımından V.İ.Leninin müdrik siyasəti nəticəsində ƏFSANƏVİ KOMANDAN FRUNZE (o vaxt Ukraynanın komandanı idi) başda olmaqla, Dejnov kimi diplomat, Andres kimi hərbi müşavir və onları müşayiət edən dəstə üzü Türkiyəyə sarı kurs götürür.

(Bax səhifə 55).

"...İngiltərə, Birləşmiş Ştatlar, Fransa (və digərləri) Məşvərət keçirirlər, yer kürəsini bölüşdürürlər, Rusiyanı da bölüblər, pulunu, qoşunlarının sayını hesablayırlar.

...Bir çox illər keçəndən sonra alimlər müttəfiq orduların komandanlığının Rusiyaya hərbi müdaxilə barəsindəki belə bir sənədini aşkar etmişlər:

"Əgər Antanta öh qələbəsinin bəhrələrini qoruyub saxlamaq istəyirsə... o özü Rusiyanın yenidən doğulmasını bolşevizmi devirmək yolu ilə əldə etməlidir... Antanta dövlətlərinin yaşamaq zərurəti üçün bolşevizm nə qədər tez məhv edilsə yaxşıdı: bu məqsədlə öz səylərini birləşdirmək - onların həmrəylik borcudur... Onlardan hər birinin üzərinə düşən vəzifə, görünür bu tərzdə bölünməlidir.

İngiltərə: Şimali Rusiya və Pribaltika hərəkətləri. Polşaya müdaxilədə iştirak etmək. Sibirin silahlı qüvvələrini Denikin və Krasnov orduları ilə birləşdirmək məqsədi ilə Cənub-Şərq Rusiyasında hərəkətlər. Bu orduları təşkil etmək.

(Bax: səhifə 56)

ABŞ: Polşada hərəkətlər (müttəfiqlərin hərəkətlərinə rəhbərlik)

Fransa: Sibirdə və Ukraynada hərəkətlər. Polşa ordusunun təşkili.

İtaliya: Ukrayna hərəkətlərində iştirak etmək”.

Kitabda göstərilir ki, o vaxt bu sənəd aşkar olunmadığından V.İ.Lenin və Çiçerin, hətta Frunze də ümumi təhlillə Rusiyanı təhlükə gözlədiyini, dünyanın Qərb ölkələri tərəfindən öz xeyirlərini bölüşdürüləcəyi təhlükəsinin yaxınlaşdığını ehtimal edirdilər. Bu baxımdan Türkiyə xilas olunmalı, Azərbaycan daşnakların caynağından azad olunmalıdır. Çünki, Lloyd Corcun rəhbərliyi ilə keçirilən məxfi müşavirədə Anadolu (Türkiyə) və Azərbaycan daşnak Ermənistana verilmişdi. Məhz 1915-dən də əvvəl, 1905-ci illərdə daşnakların törətdikləri vəhşilik, 1918-ci ildə Andronikin (keçmiş türk paşası) başçılığı ilə Azərbaycandakı soyqırım həmin o bədnam məxfi müşavirənin məntiqi nəticəsidir.

Moskvanın qızıldan qiymətli baş gəzdirən diplomatik korpusu sözün böyük mənasında gecə və gündüz baş sındırırlar. Gözlə görünməyən ən kiçik fakt və dəlillərə, məktub və sənədlərə zərrəbinlə diqqət edirlər. Moskvada öyrəndiklərini Frunze ilə bölüşən Dejnov: "Franklin Buyon Ankaraya əvvəl iyunda sonra da iyulda gəlibmiş. Sentyabrda yenə gəlib, danışıqlar bir ay davam edib. Türklərlə nəsə (?!) bir sazişi olub...” (Bax səh. 57)

Əlbəttə, 100 il əvvəl baş vermiş hadisələrə qanı təmiz azərbaycanlı Qələm adamı laqeyd qala bilməz. Çünki, Qərbin Baş Mövzusu bütün zaman və dövrlərdə Türkiyə və Rusiyanı işğal etmək üçün hansısa loyal ölkə başçısının əli ilə onlar arasında münaqişə yaratmaq, müharibə saldırmaqdır. Elə ki, Türkiyə-Rusiya müharibəsi başlandı. Vəssalam! Yenidən dünyanı bölüşdürmək məsələsi qabaracaq. Daşnaklar da ki, düz bağırsağa yeridilən süni mayalanan ilandır.

Burda Ulu öndər Heydər Əliyevin müdrik kəlamını xatırlayıram: "Hərbçi heç vaxt arxayınlaşmamalıdır!”

Bu baxımdan nəinki hərbçi, heç bir mətbuat adamı, heç bir sadə vətəndaş arxayınlaşmamalıdır!

Vaxtilə Mustafa Kamalın ən yaxın silahdaşı olmuş Hüseyn Rauf Paşanın xəyanətlərinin görünməyən tərəfləri də açılır. Ona "başa salırlar” ki, əşi, sənə nə Türkiyənin taleyi?! Varın-dövlətin, filən-filən yerlərdə mülklərin. Get yaşa. Sənə toxunulmazlıq təminatı veririk”.

Elə bu baxımdan varlılar, var-dövlət hərisləri, nəfsinə sahib çıxmayan zümrələr VƏTƏNİN bölünməzliyi problemi qabaranda çaş-baş qalırlar.

Ümumiləşdirmədə, ətrafındakı paşaların fikirlərini təhliletmədə M.Kamal böyük iradə və enerji sahibidir. İstedadlı siyasət xadimi və hərbi təşkilatçıdır. Frunzenin təbirincə desək: "Mustafa - məmləkətin (Türkiyənin) istiqlaliyyəti uğrunda mətin dayanan döyüşçüdür, deyərdim, bəlkə də daha çox... Mənim aləmimdə - nəhəng tarixi simadır...”

(Bax: səhifə 517)

Yakov İliçov "Türkiyə karvanı” romanında 1918-ci illərdə Türkiyə və Qafqaz regionunda baş verənləri, 1921-ci ildə (3 noyabr) şəxsən Leninin tapşırığı ilə Ukraynanın Baş Komandanı M.V.Frunzenin başçılığı altında sovet nümayəndə heyətinin Ankaraya getməsi, silah, sursat, qızıl yardımı, yanacaq... aparması, Mustafa Kamalla görüşlər, Antanta təhlükəsinin qəzetlərdə (o vaxtkı) təhrif olunması, haçalı fikirlər yaranmasına səbəb olan diplomatların səhvləri və s. reallıqlar rəsmi sənədlərlə əks olunub.

(Y.İliçov "Türkiyə karvanı”, səh. 498)

- ...Ədhəm - hazırda Raufla Refetin (Rauf Paşa və Refet Paşa - hər ikisi vaxtilə M.Kamalın ən yaxınları, inandıqları olub) törədə biləcəyindən daha böyük təhlükəymiş... (Çərkəz Ədhəm barəsində, səhifə 419-dan verilib - N.A.)

- "Yoldaş Natsarenus mürəkkəb şəraiti kifayət qədər obyektiv qiymətləndirmir, bəzi hallarda hətta səhvlərə yol verir” (teleqramdan). Moskva Natsarenusu geri çağırdı, onun yerinə Aralov müvəkkil təyin olundu, bəs Frunzenin verdiyi qiymətlər necə dəqiqdirmi?”

Bax, burda Lenin ağır xəstəliyinə baxmadan dərinləri fikirləşir. Yəni, Natsarenus haqqında Frunzedən (Trapezundan) teleqram aldı və onu geri çağırdı. Bu baxımdan Frunze səhv eləmir ki..?!

Kitabdakı hadisələr zəncirvari cərəyan etdiyindən oxucu anlayır ki, xeyr!

(Bax: səhifə 402)

"...Lloyd Corc çalışırdı ki, Moskvada gedən Sovet-Türkiyə danışıqlarını pozsun”. Burada hadisələri (ekstremal vəziyyətdə) tez qiymətləndirməyi bacaran, cəsarətli qərarlar qəbul edən, zaman-zaman bərkdən-boşdan çıxan, həyatı, tarixi gözəl bilən diplomatların xidmətləri xatırlanır. O vaxtkı Vətənsevər qəzetçilərdən olan Əli İnsana "Yeni gün” qəzetində "Türkiyəni bölüşdürmək barədə məxfi çar müqavilələrini” çap etdiyini xatırladan Frunze deyir: "İmperialistlərin paxırları açıldı... onlardan sonra gələn hökmdarlar isə - Türkiyəni ingilislərin, fransızların, yunanların və italyanların dabanları altına atdılar”.

Burda Çiçerinin kəlamları oxucunu ruhlandırır: (Bax səh 403, sonuncu abzas) "O, Türkiyə ilə Rusiyanın qüvvələrini birləşdirməyi təklif etdi”.

Tarix təkrarlanıb...

Tarix təkrarlanır...

Və tarixin təkrarlanacağı gözlənilir...

 

Tarixi qaynaqlara rakurs edəndə görürsən ki, daşnak ermənilərə nə Qərb, nə Rusiya, nə də ABŞ lazımdır. Onlara məhz "dənizdən-dənizə” xülyalarını reallaşdırmaq lazımdır. Məsələn, "Türkiyə karvanı” sənədli romanda Y.İliçov yanğı ilə yazır: (Bax: səh. 102-103)

"Daşnaklar Ermənistanı Rusiyadan ayırdılar. Sovet hakimiyyəti əleyhinə çıxdılar, Antantayla dilbir oldular... Antanta daşnaklara belə bir vəd vermişdi. Türkiyənin şərq vilayətləri sizin olacaq, "Böyük Ermənistan” yaradacağıq - bolşeviklərə qarşı istehkam. İngiltərə silah göndərmişdi. Amerika prezidenti pul boyun olmuşdu ki, Yunanıstan qərbdən hücuma keçəndə daşnaklar da Şərq tərəfdən yerisinlər. Daşnaklar hücuma keçmək məqamında, sən demə, Qarabəkir paşa onları qabaqlayıbmış...”

Kitabda o da göstərilir ki, Qars dostluq müqaviləsinin altında Qarabəkir paşanın imzası var. (Bax: səhifə 136 - aşağıdan 2-ci abzas)

 

"GEO STRATEGİYA” aylıq ictimai-siyasi, elmi-populyar jurnal (Bax: № 1 (43) yanvar-fevral 2018-ci il sayından, səhifə 20).

"Qars konfransı isə 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalandı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Ermənistan Respublikası 1920-ci il dekabrın 28-də Naxçıvanın müstəqilliyini tanımış, Qars müqaviləsi ilə ona Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə imza atmışdır.

Qars müqaviləsi haqqında

"Türkiyə karvanı”nda...

Yakov İliçovun təqdimatında...

 

(Bax "Türkiyə karvanı”, səhifə 133)

"...Türklər oktyabrın on üçündə Qarsda sovet Ermənistanı, Azərbaycanı və Gürcüstanı ilə Moskva Müqaviləsinə rəğmən, eyni cür müqavilə imzalamışdılar. Fəqət, üstündən bircə həftə keçmiş, Franklin-Buyon sazişi bomba kimi partladı...”

Frunze "Franklin-Buyon” sazişindən xəbər alanda çalışırdı ki, onun məzmunundan hali olsun. Mövcud təlaş və əsəbilik münasibətləri korlamasın.

(Bax: səhifə 462)

Zəkalara həkk olunan Frunze-Kamal (üçüncü) görüşündə İbrahim Əbilovun və Yusifin iştirak etdiyi konfransda səslənir: "Moskva və Qars müqavilələri - taleyimizdə işıqdır. Belə bir parlaq Türkiyə-Ukrayna (Frunzeyə işarə olunur.) qələbəsi də gəlişməkdədir. Biz üç gövdəli əzəmətli ağac görəcəyik. Bizim əməyimiz onun kölgəsi altında ümumi qələbəmiz naminə qol-qanad açıb pərvazlanacaqdır...”

M.Kamalın bəsirəti Frunzenin qəlbindən keçirdiyi şübhələri qeybə çəkir. Axı Frunze Ukraynanın Baş Komandanı olsa da, Leninin və Çiçerinin bilavasitə fikir, ideya sözçüsü qismində Ankaraya göndərilmişdi.

(Bax: səhifə 464)

"Kamal qalxdı, siqaret çəkdi, var-gəl etdi:

- Belə... Belə... Franklen-Buyonla mən, Fransız qoşunlarını mən Kilikiyadan rədd etmək, düşmən koalisiyasını parçalamaq məqsədi güdmüşəm. Onunla saziş sülh demək deyil. bu, koalisiya üzvünün çıxıb getmək istəyən biriylə yalnız və yalnız barışıqdır. Müqavilə bağlananda, Fransa və İtaliya əlbəttə İngiltərəylə olacaqdar”.

M.Kamal Fransız nümayəndəsinə Milli əhdin nə demək olduğun öyrədincə - oxucu da ondan öyrənir. Millətin qəbul etdiyi əhd, and. Bu da Sakariya türk qələbəsindən sonra baş verib. (AZƏRBAYCANIN APREL DÖYÜŞLƏRİ TARİXİ QƏLƏBƏSİ kimi) İlk dəfə Qərb Türkiyəni tanımağa məhkum olub. M.Kamal Frunzenin baxışlarından gözlərinə sancılan suallara cavab verir: "Gizli danışıqların” məzmununu əziz Vladimir İliç Leninin inanılmış müvəkkilinə hərbi sirri açır:

Mustafa Kamal DOST ÖLKƏNİN nümayəndə heyətinin başçısı M.V.Frunzeni "cəbhəyə gedib baxmaq” arzusunu reallaşdırır. Yollar bağlı olduğundan qərargaha qədər gedib-qayıtmağın kifayət olduğunu qətiləşdirirlər.

Qətiyyət, əhatəlilik!

 

Türkiyə-Rusiya dostluğunu məhəbbətlə tərənnüm edən (XX əsrdə Y.İliçov) qələm adamlarının mənəvi varisləri İradə Tuncay, Natella Asena, Rəşad Məcid, Aqil Abbas az qala onların sevdikləri tərəfindən daş-qalaq ediləcəkdi. Vallah, Ramiz Rövşən yaxşı deyib: "Səni sevdiklərin daş-qalaq eylər...”

Türkiyə-Rusiya dostluğunun yanından qara buludlar keçəndə - məsələ qabardı. Bəzi "nadan” yazılı və elektron "KİV”-çilər hay-küy saldılar. Ancaq onlar öz sözlərini dedilər, geri çəkilmədilər. İnsanlığa sonsuz məhəbbətlə heç bir məkrə, fitvaya uymadılar. Qəlbi ümmandan dərin Natella Asena çəkinmədən "Əfsanəvi Baş Komandan” şeiri ilə əziz Prezidentimiz İlham Əliyevi salamladı.

AZƏRBAYCAN-

TÜRKİYƏ

 

Türk adlanan səngərimizin köksündə Ankara, İstanbul döyünür. Türk toplumları deyəndə - göz önündə yumruq kimi birləşən Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdstan, Altay, Sibir, Uyğur, Bolqar, Kərkük, İraq, Şələb, Bağdad türkləri dayanır. Dünyanın əməli düz türklüyündə ümid şamı boy verir. Türk adına, Türk sözünə öyünürük.

Everestdən uca ləyaqətli - TÜRK. Dünyaya bəzək, ulduz-ulduz TÜRK toplumları...

Ağrılı "Qanlı soyqırım faciəsinin...” AĞRISINI ruhunda, soyunda daşıyan Nazim müəllimlə polemikamızın axarıncı - baxarıncı anında Babası Kərbalayı Abbas Bayramov haqqında məlumat verdi:

- Kərbalayı Abbas Hacıkərim oğlu Bayramov 1850-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olub. 1928-ci ildə 65 yaşında vəfat edib.

Ruhun Günəşi...

 

1918-ci il martın 2-də axşam saat 5 radələrində araba dolu silahla, Naxçıvanın cənub-qərb hissəsindən, şəhər stadionunun yanından bir dəstə erməni daşnak yaraqlısı qarşısına kim keçdisə atəşə tutdu...

(Bax. Mirzə Bağır Əliyev

"Qanlı günlərimiz”, səhifə 11).

Budur! Naxçıvanın olum-ölüm dlemması qarşısında qaldığı o ağır, faciəvi günlərdə, aylarında qarı düşmənə qarşı döyüşən Kərbalayı Abbas Bayramovun (oğlu Yusifin oğul övladı) nəvəsi Nazim Bayramovla ağrılı anımlar yaşayırıq. Qəflətən soruşuram:

- Babanızın, nənənizin şəkli varmı?

- Əlbəttə.

O, mobil telefonun qalereyasında sıralanan foto-şəkilləri göstərir...

Esse: Babasının 1918-ci il mart hadisələri, ondan sonrakı aylarda və illərdə Vətən-Torpaq qarşısında xidmətləri ucalan DÖYÜŞ RUHUNUN önündə ayağa qalxıb, baş əyirəm. Tarixin müqəddəs məqamlarına ucalan insaniyyətin yüksək dərəcəsinin fövqündə düşünürəm. Vətən naminə böyük müsibətlərə dözmək - İlahi AD qazanmaq - deməkdir.

100 il əvvəl baş verən daşnak soyqırımına məruz qalan naxçıvanlıların ağrısını, acısını duyan Kərbalayı Abbasın barəsində (1924-cü ildə) Sovet NKVD-sinin KƏRBALA MÜSİBƏTİNİN yaşantıları girdabındayam... Onun yüz il əvvəl çəkdiyi əzablar, işgəncələr, yüz il sonra İBADƏTƏ çevrilib. Dünyadan köçüsü - QƏDƏRİ İlahidən yönləndirilən Haqq kimi xatırlanır... Qohum-əqrabası, ixtiyar qocalar Kərbalayı Abbası Naxçıvanın dar günündə göstərdiyi qəhrəmanlıqlara görə ƏZİZLİK TİMSALI kimi dilə gətirirlər...

Ruhuna SALAM olsun, Kərbalayı Abbas! Gözəl Qadın, qayğıkeş ana, mehriban nənə, sədaqətli həyat yoldaşı SARA XANIMLA əhdi-peymanınızı ərz edərək, axirətdə Ulu Tanrı sevənlərin dadına yetir!

Layiq olduğunuz Torpaqda məzarlarınız birgə təzahür edir.

Sara Ana! Kərbalayı Abbasın Sizdən ayrı düşən məzarından, əbədi EVİNİZƏ yaxın gətirilən sümükləri Ali-İmran hikmətinə ucaldı. Bu axirət EVİNDƏ ALLAHDAN yetər - sirdir.

Qoşa-Sirriniz mübarək!!!

Kərbalayı Abbasın da, Sara Ana Sizin də məkanınız - üz tutduğunuz müqəddəs hədəfdir. İbadətdə müsəlmanların üz çevirdiyi istiqamət yeridir.

Əziz xatirəniz Kəbədə yeddi dəfə dövr alır. Göylərdəki işığınız kimi. Rəngləri də yeddidir.

 

 

Yeddi bölümlü, yeddi qapılı 1918-ci ilin cəhənnəmi kimi. fevraldan başlayan, martda Lənətulla "andraniklərin” vəhşi xislətinin xaraba qoyduqları Cəhənnəmin yeddi qapısının, yeddi fərqli əzabları tək. Soydaşlarımızın əzabla öldürülməsi, başlarının kəsilməsi, tövlələrdə yandırılması, insan əzabının - ucalan naləsinin duydurduğu VAY!!!

İmandan, dindən azanların qəddarlığı Kainat Kitabında etiraflanır.

İnsanlığın etibar duyğusuna o gün ölümcül zərbə vuruldu. İnama güllə atıldı. Tanrının üç lənəti haqq edildi - daşnaklara, dinsiz kafirlərə.

1918-ci ilin martında. Baharın ilk müjdəsini gətirən Qaranquşların yuvaları dağıdıldı, ana bətnindəki buğum-buğum fidanların ömürləri baltalandı. Mələk üzlü gəlinlərin xiffəti, şərəfi doğrandı.

Aman Allah! Tanrı hətta dəryada da öz qulunu sınayar.

Yer üzünə səpələnən qarı düşmənlərimiz lənətləndiklərinin fövqündə deyillər.

Özgələrin evində, kişisində, ərində gözü olan əxlaqsız axçilərin zina tutduğu - Allahsızlar, Cəhənnəmi elə bu dünyada görürsüz...

Himayə axtarışınız imansızlığınızdandır, amansızlığınızdandır.

Dünya terrora, terrorçu, oğru, fahişə erməniyə tüpürür.

Allah da günahlarınıza, cinayətinizə rəhm etmir. Rəhm etməz!

Əməllərin pakı etirafdır. O idrak, o ağıl ermənidə yoxdur ki, etiraf edə.

Əziz Anamız Sara Xanım! Əziz babamız Kərbalayı Abbas Kişi! Yeni feyzlərimiz təzələnib. Yüz ilin baxarında ruhunuzla ünsiyyət qururuq. Mənəvi Səltənətdən seyriniz nurlanır. Sizinlə yaradılan ruhani təmas - Sizin nisbətinizdə daş ürəklər yumşalır... Ey mənim, ey Bizim mənəvi dözüm varislərimiz! Səssiz nitqimizlə daim Sizi, daim erməni daşnaklarının soyqırımına düçar olan VƏTƏN ÖVLADLARI fikirləşirik.

XX əsrin ən mürəkkəb günlərində, aylarında - yüz il əvvəl AZƏRBAYCAN qədər qan gölünə büründü.

Ey mənim qan gölündə üzdürülən fani cahanlarım! Ey mənim hüzn hallılarım!

Qoy mənim bu qəmxarə halım Sizinlə, Sizlərlə ruhani təmasın səbəbi İlahidən cəmi Xalqımızın SOYQIRIM AĞRISINA məlhəm olsun!

Mübhəm-mübhəm Sizi oxşayıram. Kömək diləyən - o yüz ilin arxasından kürrəyən Nalənizə SƏS verirəm (veririk).

Fani Cahana boylanan azad ruhunuz önündə alışıram, Sizin kimi məni də quyulara itələyib, daşlayırlar. Səsim quyudan gəlir. Sızım-sızım sızlayıram...

Baxın! Sizin kimi məni də tövlələrdə yandırırlar. Atəşdən qıvrılıram, çağırışıma gələn YOX...

İblis ilə Haqq savaşında TÜRK soyumuzun Qan Yaddaşı dikəlir.

Gümüş kəməri belində yanan xanım Zeynəb bacımızın sümükləri basdırılan Torpaq çat verir. Siz Allah bir az SU atın!

Səsində (səsimdə) doğma kədər ucalır.

ƏDALƏT! - SOYQIRIMA ƏDALƏT.

Naxçıvan, Culfa, Yaycı, Əylis, Qaraçuq, Qaraxanbəyli, Şərur, Dərələyəz, Şahtaxtı, Cəhri, Tumbul, Əbrəqunus, Nehrəm, Ordubad.., Bakı, Kürdəmir, Şamaxı, Quba, Lənkəran...

Ruhunuz nura bürünsün!

Yeriniz behişt olsun.

***

Kərbalayi, Məşhədi Abbasın nəvəsi Nazim Yusif oğlu Bayramov:

- Zəroş Həmzəyevanın atası Mirzə Bağır Əliyevin 1918-1920-ci illərdə Naxçıvanda baş verən qırğından bəhs edən "QANLI GÜNLƏRİMİZ” kitabında verilən hadisələr daha dəqiqdir. Belə ki, kitabın "ÖN SÖZ”ündə göstərildiyi kimi TARİX TƏKRAR OLUNUR. Məsələn, 1905-1907-ci illərdən əvvəllər və sonralar başımıza gətirilən faciələr QANLI TARİXİMİZDİR.

1918-1920-ci illərdə erməni daşnaklarının təcavüzünə məruz qalan bölgələrimizdən biri də qədim Naxçıvan torpağı və dinc Naxçıvan əhalisi olub.

Soyqırıma məruz qalan nəsillərdən biri də babam Kərbalayı Abbasın; bacısı Zeynəb xanım, yaxın qohumlarımız və bütövlükdə Cəhri kəndinin dinc sakinləri olublar. 1918-ci ilin mart ayında üzü Culfadan, Yaycıdan Naxçıvana, Nehrəmə, Cəhriyə sarı qıra-qıra, dağıda-dağıda gələn erməni yaraqlıları qadın, uşaq, qoca demədən, imdad diləyənlərə aman vermədən xüsusi qəddarlıqla öldürüblər. Amansız qətliamlarda yüzlərlə adamın başları kəsilib, şişlərə sancılıb, divarlardan asılıb. Anaların qarnına şiş soxub, hamilə qadınların qarnını yarıb çağanı ayaqlar altında tapdalayırmışlar. Kişilərin bağırtılarından həzz alaraq kürəklərinə qaynaq simovar bağlayıb, qaçırtmağa vadar edirmişlər.

Axşam babama xəbər çatıb ki, ermənilər qarşılarına keçən arvad-uşaq, qız-gəlin, qoca-cavan deməyib zorla tövləyə qatıb, qapısını bağlayıb, ətrafına saman yığıb od vurublar. Babam eşidən kimi nənəm Sara xanımı da götürüb atlanıb. Kəsə Düzdağ yolu ilə Cəhriyə çatanda uzaqdan yanıq iyi duyur və tüstü burulan tərəfə götürülüb. Görüblər ki, tövlə çöküb, qapısından çırthaçırtla qaynaq bulaq kimi yanan adamların yağı axır. Babamın hənirtisindən orda-burda, kolluqda, saman altında gizlənənlər, daldalananlar üzə çıxıb gəliblər. Közü dağıdıb, altındakı meyitləri bir-bir çıxarıblar. Meyitlər tanınmaz vəziyyətə düşdüyündən camaat öz əzizlərini tanıya bilmir.

Babam bacısı Zeynəb xanımı ona bağışladığı gümüş kəmərindən tanıyıb. Aparıb dəfn ediblər. Babam meyitlərin dəfnindən sonra üzünü tutub camaata deyib: "Biz qəddar, amansız düşmənlə üzbəüz qalmışıq. Müdafiə Komitəsi yaradaraq özümüzü müdafiə eləməyi bacarmalıyıq”. Əli silah tuta bilən kişilərə, cavanlara silah paylayıb. Silah tutmağı, silahla davranmağı bacarmayanlara təlim keçib. Ancaq açıq-aşkar görüb ki, çoxlarının əli silaha öyrəşmir. Sərrast atəş aça bilməyənlər naşılığın qorxusunu çəkirmişlər.

ÇIXIŞ YOLU

QÜVVƏLƏR NİSBƏTİNDƏKİ QEYRİ BƏRABƏRLİK...

 

Babam baş verən qətliam haqqında Türkiyə dövlətinin başçısına və müvafiq tanıdığı Türk Ordu Komandanlığına məktub yazıb və kiçik qardaşı Yunislə (Arazdan keçirib) Türkiyəyə göndərib.

Türkiyədən üç nəfər türk nümayəndəsi gəlir. Bizim evdə babamla danışıq aparırlar. O vaxt Türkiyədəki məlum böhrana görə gətiriləcək silah-sursatın bütün xərcini və canlı döyüşçü qüvvəsinin ərzaq problemini babam öz üzərinə götürür. Düşmənlə üzbəüz döyüşlərdə qeyri-bərabər olduqlarını onlara bildirir.

Bir həftə sonra

 

Danışıqlardan bir həftə keçəndən sonra Türk Ordusunun Naxçıvanı Andronikin azğın qoşunlarından müdafiə edəcək hissələri şəhərə daxil olur. Naxçıvanın mərkəzində - indiki Naxçıvan MR DİN-nin yanında, N.Nərimanovun büstü ucalan ərazinin yerində taxtadan tribuna düzəldirlər. Türk bayrağını gətirirlər. Camaat yığışır, Andronikin törətdiyi qətliama etiraz mitinqi keçirirlər. Babam tribunaya qalxanda, sən demə, qolundan və çənəsindən güllə yarası alıbmış... TÜRK BAYRAĞINI qaldıranda meydandan alqışlar qopur. Orada Cavid paşa babama orden təqdim edir.

- Babanızı təsvir edə bilərsinizmi?

- Babam Kərbalayi Abbas mütənasib bədənli, boylu-buxunlu, xüsusilə görkəmli kişi olub.

Kazım Qara Bəkir Paşa

Naxçıvan ellərində

 

Babamın erməni daşnak gədəsi, Andronikin qoşunlarının qabağından qaçmadığının, xüsusilə mərdanəliyinin sədasını alan Kazım Qara Bəkir Paşa Naxçıvana gəlir. təntənəli formada babamı XATİRƏ MEDALI ilə təltif edir. Adı dillərdə dastan olan bu böyük Türk Paşası babamın dostuna çevrilir. Andronik və onun qaniçən hərbi birləşmələri döyüşlər görmüş, müharibələrdə bərkimiş Türk qoşunlarının zəhmindən, gücündən hürküb qaçırlar.

 

1922-ci ildə Naxçıvanda nisbətən sakitlik yaranır. Güllə səsi eşidilmir. Hücumlar dayanır. O vaxtkı rəhbərlərdən Türk qoşunlarının Naxçıvanı qorumasına ehtiyac qalmadığını ifadə edən siqnallar gəlir. Kazım Qara Bəkir Paşa bəyan edir ki, Naxçıvanın müdafiəsi və Naxçıvan camaatının təhlükəsizliyinin tam təminatının şahidi olmasam, bu gözəl diyarı tərk etmərəm. Elə də olur. 1924-cü ildə Naxçıvanda zühr edən ingilis, fransızlar çıxınca Kazım Qara Bəkir Paşa dostu Kərbalayı Abbası və qədirbilən, qonaqpərvər Naxçıvan ellərini tərk edir.

 

"Babam həbs olunur”

Müsahibimin ardıcıl, rəvan danışığını həm yaddaşıma, həm də diktofonun lentinə köçürürəm.

...Onun baxışları məchul nöqtəyə sancılıb.

...O, barmaqlarını bir-birinə daraqlamış vəziyyətdədir. 1918-ci illərdə və ondan sonrakı məlum və məşum illərdə baş verən hadisələrin, faciələrin, repressiyaların miqyasını bilavasitə məchulluğunu (?!) nəql etməyə çalışır.

...Bütün varlığımla onu dinləyirəm. Təkcə dinləmirəm, həm də qələmlə ağ vərəqə köçürməyə cəhd edirəm.

...Onun bəbəklərindən 1918-ci il VƏHŞƏTİNƏ, SOYQIRIMINA ƏDA-LƏT nidası qopur. Onun kipriklərindən nizə-nizə oxlar qələmimin ucuna tuşlanır.

QƏLƏMİM QANAYIR,

Qələmim ağlayır!!!

 

Bu müsibətə - Kərbala müsibəti deyərlər. Hələ bu azmış kimi, Sovetin NKVD adlanan dəyirmanı işə düşür. Bir-bir VƏTƏNSEVƏRLƏR çağırılır, dindirilir və sürgünlərə gömülürlər.

Nazim Bayramov:

- Əvvəl babamı çağırıb qızıl tələb ediblər. Sonra da deyiblər ki, sən TÜRK BAYRAĞI qaldırmısan. Sorğu-sualsız, istintaqsız-məhkəməsiz babam Qazaxıstana sürgün olunur.

Babamı sürgünə göndərənlər nənəm Sara xanıma guya, üç azyaşlı uşaqlarına görə rəhm edib repressiya siyahısından xaric edirlər. Lakin belə olmur. Az sonra nənəmi həbs edib 40 gün zindanda saxlayırlar. Nənəm deyərdi ki, 40 gündən sonra balalarımla görüşəndə gördüm ki, uşaqlar acından ağlaşırlar. Vaxtilə babanın bağışladığı qızıl-gümüşləri aparıb verdim, əl çəkdilər.

Nənəm o müdhiş repressiya illərini xatırlayanda örpəyinin ucu ilə gözlərindən sellənən yaşları silərək, deyərdi: "1928-ci ildə babanız Kərbalayi Abbas Kişi sürgündən qayıdan günün səhərisi, yenidən "NKVD”nin əməkdaşları evə doluşdu: "Qızılların yerini de. Sən türklərə qızıl sayıb vermisən! Sən türk bayrağı qaldırmısan!”

"NKVD”çilər babamı TÜRK BAYRAĞI qaldırdığı meydana sürüyürlər.

Nənəm deyərdi ki, babanı o bayraq qaldırdığı meydana aparanda, 50 nəfər ölümdən xilas etdiyi adamların keyləşmiş gözləri məlul-məlul ona dikilmişdi. Onlar Kərbalayi Abbasın dikəldiyini görüb ona sarı hüdülədilər: "Ermənilərə qarşı bu adam çıxıb!!! Türk bayrağını bu adam qaldırıb!!! Bu adam silah-surat üçün Türklərə qızıl pullar sayıb! Bu adam Türk paşasını Naxçıvana dəvət edib! Bu adam Naxçıvana döyüşən Türk əsgəri çağırıb!!!”

Babanın əzəmətli baxışları elə həmin an öləzidi: "Sizə görə... Sizin ana, bacı, qız-gəlinlərinizin namusunu qorumaq üçün!!! Sizin ayaq altında tapdanan qeyrətinizi yerdən qaldırmaq üçün... bu fədakarlıqları etmişəm. Bəli! Mən TÜRK SANCAĞINI qaldırmışam!” - deyib yıxıldı. Baban dibindən kəsilən SƏRV kimi yerə sərildi. İki gün sonra... bu fani dünya ilə vidalaşdı. Əbədi gözlərini yumdu”.

Müstəqil Azərbaycanın ayrılmaz Naxçıvanı

 

Müsahibim yüz il əvvəl və ondan sonra baş verən faciənin miqyasının psixoloji, mənəvi, fiziki maddi sarsıntılarının gərginliklərini - rəvan Azərbaycan türkcəsində mənə ötürür (nəql edir). Səsin ahənginin kədəri, fonetikasının transkripsiyasındakı qəm vurğusu, qalxan-enən tonun muğamat harayı qəlbimin gözündən keçir. Ah... Köksümə 1918-ci il SOYQIRIM XƏNCƏRİ sancıldı. Ah... ikinci xəncər sapı özümüzdən olanların əli ilə saplandı. Naləm Göyə yüksəldi. Üçüncü xəncər: SÖZ XƏNCƏRİYDİ. Bax, bu sözün dadı-duzu, tamı-qoxusu 1924-cü ildə bir qrup manqurtun dilindən qopacaqdı. Nənəsi də medalı elə həmin an su quyusuna tullayacaqdı... Azərbaycanın ayrılmaz Naxçıvanının başına nələr gətiriləcəkdi...

Allahım, məni - məndən qoru

 

Kölə psixologiyasının daşıyıcıları olan o lal baxışlı, kar qulaqlı məlunların söz gülləsi "5-45”in patondaşı kimi atəş saçır. Bədənə girib, bütöv ətrafları, orqanları deşik-deşik edir, dağıdır. Allahım, məni - məndən qoru!

Nazim Bayramov:

- O vaxt təbabətin inkişaf etmədiyi zaman olub. Sonralar təxmin ediblərmiş ki, babamın ürəyi onun sevdiklərinin SÖZÜNdən çat verib, dözməyib yıxılıb.

İllər sonralar, mən üçrəngli bayrağımızın al şəfəqləri fonunda, başım üstə məhəbbətlə çərçivəyə salınan Ulu öndərin əzəmətli portretinin HƏRB fonunda yeni dərs ilinə hesabat hazırlayırdım. Qəflətən qapı açıldı, (Müdafiə Nazirliyindən) Abdulla Qurbani içəri daxil oldu. Naxçıvanlı Kərbalayi Abbas Bayramov haqqında məlumat istədi və onun qohumları barəsində bilgim olub-olmamasını soruşdu.

Əvvəl heyrətləndim. Sonra qürurla ayağa qalxıb dedim: "Həmin Kərbalayi Abbasın nəvəsiyəm!”

Məlum oldu ki, 1918-ci ildə Türkiyə Cümhuriyyətinin doqquzuncu ordusunun komandanı olmuş Kazım Qara Bəkir Paşanın qızı Timsal xanım atasının dostunun qohumlarını axtarır. Paşa sonralar Türkiyə Böyük Millət Məclisinə başqanlıq edib.

***

Yazıçı-publisist S.Sərvi və 27 kitab müəllifi, tanınmış şair Əbülfəz Ülvinin həmmüəllif olduqları "Şərəfli ömür yolu” kitabından: "Onun vəfatından sonra ev-muzeyinə rəhbərlik edən qızı Timsal xanım 2000-ci ilin fevral ayında Naxçıvan MR-nın rəhbəri, çox hörmətli Vasif Talıbov tərəfindən Naxçıvana dəvət olundu. Timsal xanım (o vaxt) atasının təbirincə desək, arkadaşı olmuş Kərbalayi Abbas Bayramovun tayfasından kimlərin həyatda qaldığını soruşanda biz ona təqdim olunduq. O, bizimlə çox yaxın, isti münasibətdə oldu. Biz Türk Konsulluğunda və Zabitlər Evinin böyük zalında onunla görüş keçirdik. Yeri gəlmişkən, onu da oxucunun diqqətinə çatdırım ki, 1918-ci ildə Kazım Qara Bəkir Paşa tərəfindən babama verilən medal, hansı ki, 1924-cü ildə nənəm tərəfindən su quyusuna atılmışdı, Timsal xanım tərəfindən atasının arxivindən sənədləri tapılaraq, yeni, eyni medal mənim atama (atamın adına) 24 fevral 2000-ci ildə Türkiyənin Naxçıvandakı Konsulluğunda təqdim olundu.

Əlavə olaraq Türkiyənin Naxçıvandakı Baş Konsulu Aydın Nurhan tərəfindən mənə babamın Türk ordusuna etdiyi yardımlar haqqında rəsmi məktub da verildi. Xatırladırıq ki, Kərbalayı Abbas Bayramovun qəhrəmanlıq epopeyasını əxz edən "TÜRK SANCAĞI” pyesi, həm yazılıb, həm də tamaşaya qoyulub. Düşünürəm ki, cəsurluq, hünər, cəsarət, mərdlik, mərdanəlik, ən ümdəsi Vətənpərvərlik ehtiva edən Kərbalayi Abbas Bayramovun daim döyüşlərdə, mübarizələrdə təqiblərdə, represiyalarda keçən, xəyanətlərin fövqündə bir SƏRV kimi ucalan və ... yenidən dikələn, əbədiyyətə qovuşması ilə könlümüzə köçən ÖRNƏK ömrü dərsliklərə salınmalıdır.

Natella Asena,

AYB və AJB-nin üzvü, Müdafiə

Nazirliyinin elan etdiyi "Hərbi

Vətənpərvərlik və əsgər mənəviyyatı” nominasiyasının BİRİNCİ mükafatının sahibi, "Qızıl Qələm” mükafatı laureatı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}