Rusiya Siriyadakı bütün qoşun növünü hazırlıq vəziyyətinə gətirdi - ABŞ və İsrailə "vuracağıq" mesajı verildi

 

Suriyanın Şərqi Quta bölgəsində baş verən kimyəvi hücumdan sonra ABŞ-ın Əsəd rejimini "Bunun əvəzini çox ağır ödəyəcəksiz" deyə hədələməsindən və İsrailin gecəykən avibazanı bombalamasından sonra Rusiya Suriya ərazisindəki hərbi birləşmələrini böyük savaşa hazır vəziyyətə gətirib.
Türkiyə mətbuatı xəbər verir ki, Rusiya Suriya ərazisində olan aviabaza, dəniz donanması və qurudakı hərbi birləşmələrini həyacan siqnalı ilə səfərbər edib. Bununla yanaşı, Suriyanın bütün hava məkanının da Rusiyanın S-400-ləri tərəfindən qorunması gücləndirilib.

Yerli mənbələrin məlumatına görə, Rusiya Suriyaya endiriləcək bütün raketləri zərərsizləşdirmək və buna qarşılıq vermək üçün birləşmələrə təlimat verib.

Xatırladaq ki, dünən gecə İsrail Suriyada hərbi aviabazanı vurub. Nəticədə Suriya ordusunun hərbçilərindən ölən və yaralananlar olub.

Rusiya Müdafiə Nazirliyi bu faktı təsdiq edib. 

Bəzi iddialara görə, məhz İsrailin gecə hücumundan sonra Rusiya öz qoşunlarının hazırlıq vəziyyətinə gətirməklə, istənilən hücuma qarşlıq verəcəyi haqda bəyanatında çox ciddi olduğunu göstərmək istəyib: "Görünür, Moskvanın bu təhdidi Əsədi təhqir etməklə hədələyən ABŞ-ı da ehtiyatlandırb".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}