“Kreml Ermənistan cəmiyyətini hirsləndirmək istəmir, buna görə də…” –Rusiyalı politoloq

“Kreml Ermənistan cəmiyyətini hirsləndirmək istəmir, buna görə də…” –Rusiyalı politoloq

 

"Ermənistanda vəziyyət təsadüfən kəskinləşmədi. Serj Sarqsyanın baş nazir təyin edilməsi yürüdülən siyasətdən, iqtisadi durğunluqdan yorulan əhalini özündən çıxartdı”.

Bunu rusiyalı politoloq Nikita Qolobokov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Yerevanda baş verən "elektromaydan” və 2016-cı ildə "Sasna Tsrer” silahlı qruplaşmasının qiyamı bütün Qarabağ klanı üçün olmasa da, Sarqsyan üçün artıq yenidən hakimiyyətə can atmağın problemli olacağını düşünməyə əsas verirdi.

Ekspert əlavə edib ki, "Qarabağ klanı”nın mövqeləri hələ də çox güclüdür və onlar çətin ki hakimiyyətdən uzaqlaşmaq istəyələr: "Karen Karapetyan (baş nazirin müavini – red.) da eyni klandandır. Sarqsyanın gedişinin maskarad olub-olmadığı çətin sualdır. Çünki müxalifətin fikri qətidir və onlar belə dəyişikliklə razılaşmayacaqlar”.

O həmçinin NATO yönümlü ermənistanlı sülhməramlılarla Rusiyameyilli ordu arasında açıq qarşıdurmanın olacağını da istisna etməyib: "Əsgərlər də insandır, onlar da siyasətlə maraqlanır və təbliğatın təsiri altına düşür. Burada Ermənistandakı ABŞ QHT-lərinin fəaliyyəti və erməni diasporunun təsiri böyük rol oynayır. Digər tərəfdən, ölkədə Rusiyanın "yumşaq güc” mexanizmləri, demək olar ki, heç yoxdur, amma Rusiyanın güclü hərbi bazası var”.

N.Qolobokov qeyd edib ki, Krımdakı hadisələr Rusiya üçün MDB ərazisindəki hərbi bazalarını qorumağın nə dərəcədə vacib olduğunu göstərib.

"Digər tərəfdən, Kreml Ermənistan cəmiyyətini hirsləndirmək istəmir, buna görə də indi tərəflərdən heç birinin tərəfini tutmadan gözləməyi və artıq sonra qalib gələnlərlə razılığa gəlməyi üstün tutur”, – ekspert hesab edir/Report.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}