AXC 9 may Qələbə gününü niyə bayram kimi ləğv etmişdi? –Sabiq baş nazir aydınlıq gətirdi

AXC 9 may Qələbə gününü niyə bayram kimi ləğv etmişdi? –Sabiq baş nazir aydınlıq gətirdi

 

9 may İkinci Dünya müharibəsinin başa çatması və faşizm üzərində qələbə günü Azərbaycanda qeyri-iş günü olan dövlət bayramları sırasında yer alır. 
Azərbaycan 9 may Qələbə gününü yüksək səviyyədə qeyd edir.

Bir neçə gündür ki, həm telekanallarda, həm sosial şəbəkələrdə müzakirə mövzularında biri də Xalq Cəbhəsi hakimiyyəti dövründə 9 mayın dövlət bayramı kimi qeyd edilməsinə qadağa qoyulmasıdır. İddia olunur  ki, Əbülfəz Elçibəy hakimiyyəti 9 mayı qeyri-iş günü olan dövlət bayramları siyahısından çıxarmışdı.

Bəs əslində belə bir addım atılmışdımı?

Xalq Cəbhəsi hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 9 may faşizm üzərində dünya xalqlarının böyük bir hissəsinin qələbəsi kimi qeyd edilir. Anti-Hitler koalisiyasının əksər ölkələrində faşizm üzərində qələbə günü kimi 8 may qeyd olunur. Çünki 8 mayda Almaniya hərbi komandanlığı təslim aktı imzalamışdı. 9 mayda isə koalisiyanın əsas üzvlərindən olan SSRİ rəhbərliyinin təkidi ilə ikinci bir təslim aktı imzalanmışdı. Ona görə də qələbə günü keçmiş sovet bloku ölkələrində 9 mayda qeyd olunurdu: "Onu da deyim ki, SSRİ-də 9 may qələbə günü 1965-ci ildən rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlayıb. SSRİ bunu Böyük Vətən müharibəsinin qələbə ilə başa çatması günü kimi qeyd edirdi. Yəni bu məsələ xeyli dərəcədə ideoloji yükə malik olan bayram idi. SSRİ dağılandan sonra keçmiş sovet respublikalarında 9 may faşizm üzərində qələbə günü olaraq qeyd olunub. İndi isə bir qədər məlumatsızlıqdan irəli gələn təhrifə yol verilir. Bu bayramın qeyri-iş günü olan bayram kimi qeyd olunub-olunmaması xeyli dərəcədə ideoloji bir məsələ idi.

1993-cü ilin əvvəlində Azərbaycan Respublikasının dövlət bayramları, o cümlədən iş olmayan bayramların siyahısında 9 may yox idi. Bunun da bir sıra səbəbləri var idi və əsassız deyildi. Yeni müstəqillik qazanmış və SSRİ-dən ayrılmış ölkələrdə bir sıra addımlar atılırdı ki, bu, yenidən keçmiş sovetlər  birliyinin bərpası, əldə olunmuş müstəqilliyin aradan qaldırılmasına səbəb ola bilərdi. Ona görə də SSRİ-nin geri qaytarılmasına xidmət eləməsi ehtimal olunan bir sıra ideoloji yüklərdən xilas olmaq məqsədəuyğun sayılırdı. Bunların içərisində 9 may günü də var idi. Çünki bu gün SSRİ-nin qorunub saxlanmasına xidmət eləyən bir məna kəsb etmiş günə çevrilmişdi. SSRİ 9 mayı nə qədər öz siyasi məqsədləri üçün ideolojiləşdirmişdisə də, şübhəsiz ki, 8-9 may tarixi gündür”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}