ABŞ Türkmənistandan pambıq idxalına qadağa qoydu –Əhalisini qul kimi işlətmək baha başa gəld

ABŞ Türkmənistandan pambıq idxalına qadağa qoydu –Əhalisini qul kimi işlətmək   baha başa gəld

 

ABŞ hökuməti Türkmənistandan bütün pambıq məhsullarının idxalını qadağan edib. İnsan haqları fəalları bu ölkəni uşaq əməyinin istismarında və əməyə məcbur etmədə günahlandırırlar.

 

ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin Qanunsuz Malların Qarşısının alınması orderi mayın 18-də verilib və mayın 24-də açıqlanıb. Orderdə qadağanın konkret səbəbi göstərilmir.

Lakin ABŞ Pambıq Kampaniyası, "Alternative Turkmenistan News” və Beynəlxalq Əmək Haqları Forumu bundan əvvəl ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinə petisiya təqdim etmişdilər.

ABŞ-dakı "Crowell & Moring International Trade Group” konsaltinq firmasının saytında bildirilir ki, bu üç kampaniyaçı qrup məcburi əməklə istehsal olunmuş türkmən pambığına qadağa qoyulmasını tələb edirdilər.

ABŞ qanunları qul və ya uşaq əməyi ilə istehsal olunmuş malların idxalını qadağan edir.

Əmək Haqları Beynəlxalq Forumunun direktoru Erik Qotvald ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin qərarını alqışlayıb.

"Alternative Turkmenistan News” saytının redaktoru və qurucusu Ruslan Myatiyev deyib ki, hər il Türkmənistan hökuməti minlərlə dövlət qulluqçusunu, həkimləri, müəllimləri, tibb bacılarını məcburi pambıq yığımına cəlb edir.

Redaktorun sözlərinə görə, pambıq yığmaq istəməyənlər ya öz yerlərinə fəhlə tutur, ya da rüşvətlə yaxalarını qurtarırlar.

Bu da qeyd olunur ki, pambıq yığmaqdan imtina edənlər işlərini itirəcəkləri və maaşlarının kəsiləcəyi ilə hədələnirlər.

Bir neçə qlobal ticarət şirkəti, o cümlədən H&M və IKEA türkmən pambığından və ya ondan alınmış trikotaj məmulatlarından imtina ediblər.

2016-cı il Qlobal Quldarlıq İndeksində (The 2016 Global Slavery Index) Türkmənistan, Özbəkistan, Tacikistan, Çin, Eriteriya, Şimali Koreya, Rusiya və Vyetnam məcburi əməkdən istifadə edən ölkələr siyahısına salınıblar.

Həmin hesabatda bildirilirdi ki, Türkmənistanda 15 min 800 nəfərin "müasir quldarlıq şəratində” yaşadığına inanılır.

Azadlıq Radiosu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}