RUSİYADAN ABŞ-I HİDDƏTLƏNDİRƏCƏK AÇIQLAMA: "ŞİFRƏNİ TAPDIQ"

RUSİYADAN ABŞ-I HİDDƏTLƏNDİRƏCƏK AÇIQLAMA: "ŞİFRƏNİ TAPDIQ"

 

"Ağıllı” Tomahavkın şifrəsini tapıblar

Sozcu.info xəbər verir ki, Rusiya hərbi sənayesinin əməkdaşlarından olan Vladimir Mixeyev ABŞ, İngiltərə və Fransanın aprelin 14-də Suriyaya qarşı əməliyyat zamanı istifadə elədikləri Tomahavk raketlərinin şifrələrini tapdıqlarını və onlara qarşı elektron müharibə vasitələrini inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Rusiyanın "Radio-elektronik texnologiyalar” hərbi fabrikində müşavir vəzidəsində işləyən Mixeyev deyib: "Suriyada ABŞ-n istifadə elədiyi və parçalanmadan ələ keçirilən Tomahavk raketi bəlli olduğu kimi, bir müddət bundan əvvəl Moskvaya gətirilmişdi. Biz bu raketin şifrələrini açdıq. Hansı tezliklərdən istifadə edildiyini, hədəfi necə vurduğunu və necə idarə edildiyini ən incə detallarına qədər öyrəndik. Bunun sayəsində bir-iki il içərisində bu raketləri hədəflərinə çatmadan havada zərərsizləşdirəcək, elektrik müharibə silahının hazırlanmasının yolu açılmış oldu”.

Aprelin 14-də Suriya əməliyyatı keçirən ABŞ, İngiltərə və Fransa dövlətləri Suriyada kimyəvi silah olduğu iddia edilən 6hədəfə 105 raket atmışdılar. Əməliyyat ərəfəsində açıqlama verən Donald Tramp demişdi: "Rusiya, hazır ol. Ağıllı (smart – red.) raketlərimiz gəlir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}