NATO-RUSİYA GƏRGİNLİYİ ARTIR - İlk dəfə İsrail də hərbi təlimlərə qoşuldu

NATO-RUSİYA GƏRGİNLİYİ ARTIR - İlk dəfə İsrail də hərbi təlimlərə qoşuldu

 

Sozcu.info xəbər verir ki, İsrail ilk dəfə NATO-nun Şərqi Avropa təlimlərinə qoşulub. "Qılınc zərbəsi -18” adlanan təlimlərdə 19 ölkədən 18 000 nəfər hərbçi iştirak edir. Təlimlər Polaş və 3 Pribaltika ölkəsində - Latviya, Litva və Estoniyada keçirilir. Bu il ilk dəfədir ki, NATO üzvü olamyan İsrail təlimlərə qoşulur.

"Qılınc zərbəsi -18” bölgədə bu qədər böyük ölçüdə keçirilən ilk hərbi təlim olacaq. Təlimdə İsrail ilə yanaşı, ABŞ, İngiltərə, Fransa, İtaliya, Kanada, Lita, Latviya, Hollandiya, Makedonya, Polşa, İspaniya, Rumıniya, Norveç, Çexiya və Norveç də iştirak edir.

"Rusiyaya qarşı təxribat deyil”

ABŞ Avropa Ordusundan verilən açıqlamada, ittifaqın şərq qanadını qorumaq məqsədi daşıyan təlimin "ittifaq üzvləri arasındakı birlik və tərəfdaşlığı göstərmək məqsədini daşıdığı” qeyd edilib. Açıqlamada "Rusiyaya qarşı təhrikçilik niyyətinin olmadığı” vurğulanıb.

NATO Baltıkyanı ölkələrdə və Polşada 6 000 nəfərə qədər hərbçi yerləşdirib. Almaniyada dərc edilən "Die Welt” qəzeti bu yaxınlarda Brüsseldəki diplomatik mənbələrə istinadən, NATO-nun xəyal edilən Rusiya hücumuna qarşı Avropada sürətlə hərəkət edən yüzlərlə təyyarə və gəmi ilə yanaşı, 30.000 nəfərlik əlavə qüvvə yerləşdirməyi planlaşdırdığını yazmışdı.

Moskva isə hər hansı bir NATO üzvünə hücum eləməyi planlaşdırmadığını bildirərək, "rus təhdidi” iddialarının Rusya sərhədində böhran yaratmaq və Avropanı daha çox hərbiləşdirmək üçün bir maska olduğunu vurğulaşmışdı.

"Qılınc zərbəsi” təlimləri 2010-cu ildən bəri ABŞ Avropa Ordusu komandanlığı tərəfindən icra edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}