G7 İranı hədələdi:
Rusiyaya silah vermə...
Bakı milyonçusunun evi bu qiymətə satılır -
VİDEO
Delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ
Dollar ucuzlaşdı
İran konsulluğuna hücum edən saxlanıldı
Bakı və İrəvan sərhəd xidmətləri barədə razılığa gəldi
"Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir" -
İran rəsmisi
Lalə Azərtaşın verilişi bağlanır
Tərəflər razılığa gəldi:
Qazaxın bu kəndləri qaytarılır - Adlar
İlham Əliyev Moskvaya gedir
Bankların kredit fırıldağı -
Müştərini belə aldadırlar
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
Dünən, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
MƏŞHUR İŞ ADAMINA ŞOK İTTİHAMLAR! – “Bu cür görməmiş, savadsız, həris birinin…”
"Görməmişlik, hərislik onu çox qorxulu yollara saldı. Etibar Əliyev iqtidar olmağın yolunu öz aləmində tapmışdı"
"Etibar Əliyev o qədər varlanmışdı, o qədər güclənmişdi ki, gözü ayağının altını seçməz olmuşdu. Artıq adam siyasətə könül vermişdi…Etibar Əliyev iqtidar olmaq (!) istəyirdi. Bəli, bəli. Məhz iqtidar olmaq. Artıq bankirlik onu sıxırdı”. Bu fikirlər Rauf Arifoğlunun sahibi olduğu "Yeni Müsavat” Media Qrupuna daxil olan "minval.info” saytında dərc edilmiş "Qalmaqallı bankirin iqtidarın düşməni ilə gizli əlaqələri üzə çıxdı” başlıqlı yazıdan götürülüb.
Yazıda "Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri, Eldar Mahmudovun rəhbərlik etdiyi dövrdə MTN tərəfindən həbs olunan, bir neçə illik həbsdən sonra azadlığa buraxılan və yenidən "Texnikabank”ın rəhbərliyinə gətirilən məşhur və qalmaqallı iş adamı Etibar Əliyevə qarşı sensasiyalı ittihamlar irəli sürülür. Son vaxtlar kölgəyə çəkilən Etibar Əliyevin adının yenidən gündəmə gətirilməsinin səbəbləri qaranlıqdır…
Sayt yazır:
"Adam pula pul demirdi. Nəzarətində yüz milyonlarla dollar-manat vardı. Şans bu balacaboylu, hikkəli, ədabaz adamın üzünə gülmüşdü. Bazarlarda parça satan Etibar bank sahibi olmuşdu. Mühafizəylə gəzməyə başlamışdı. Dünyaya AA seriyalı bahalı maşınların pəncərələrindən baxmağa başlamışdı. Qəbul otağında "mini yubkalı” sarışın katibələr otururdu, qorumalara arxayın olub sözün əsl mənasında lotuluq edirdi, villalarda, saraylarda yaşamağa başlamışdı. Bir sözlə, adam özü də gözləmədən yağ-bal içinə düşmüşdü. Bu cür görməmiş, savadsız, həris birinin üzünə-gözünə bulaşdırmayacağı mümkün deyildi. Etibar Əliyev o qədər varlanmışdı, o qədər güclənmişdi ki, gözü ayağının altını seçməz olmuşdu. Artıq adam siyasətə könül vermişdi. Birdən elə zənn edərsiz o, deputatlıq sevdasına düşüb? Yox. Nə danışırsız? Etibar hara, deputatlıq hara. O, deputatları qəbul otağında gözlədəcək qədər güclü bir fiqura çevrilmişdi. Bəlkə nazir olmaq keçirmiş ürəyindən? Əsla! Əksər nazirlər onunla "çerez katibə” danışmaq şərəfinə nail olanda, özlərini xoşbəxt sayırdılar. Etibar Əliyev çox az adamla birbaşa, mobil telefondan əlaqə qurardı. Onunla danışmaq istəyən əksəriyyət qəbul otağına zəng edirdi”.
Yazıda daha sonra Etibar Əliyevin əldə etdiyi imkanlardan yararlanaraq hakimiyəti ələ keçirmək fikrinə düşdüyü belə iddia edilir. Sitat: "Etibar Əliyev iqtidar olmaq (!) istəyirdi. Bəli, bəli. Məhz iqtidar olmaq. Artıq bankirlik onu sıxırdı. Nə qədər obyekt almaq, torpaq sahibi olmaq, xaricdə otel, restoran tikdirmək olardı?! Bunlar daha ona "kayf” vermirdi. O, daha böyük hədəflər müəyyən etmişdi özü üçün. Arxasında kifayət qədər gücü, dəstəyi, sərəncamında yüz milyonlarla vəsaiti olan adam niyə bu cür riskli fikrə düşsün? Bu sualın cavabı türmələrdə çürüyən sabiq nazirlərin talelərinin timsalında dəfələrlə verilib. Amma nə yazıq ki, kimsə başına öz ağılsızlığı və gerizəkalılığı ucbatından müsibətlər gələn qardaşının taleyindən ibrət götürməyib. Bizim bu bədbəxt ölkədə həmişə belə olub. Cibinə beş manat para girən adam siyasət virusuna yoluxur. İş adamı deputatlıq eşqinə düşüb. Deputat nazir olmaq istəyib. İcra başçısı komitə sədrliyi uğrunda vuruşub. Nazirlər baş nazir olmaq həvəslənib. Bəzən də prezident olmaq üçün alt-altdan iş görüblər. Sonları da qismətləri ya mühacirət olub, ya türmə. Bizim qəhrəmanımız da belələrindəndir. Görməmişlik, hərislik onu çox qorxulu yollara saldı. Etibar Əliyev iqtidar olmağın yolunu öz aləmində tapmışdı. Hazırkı hökumətdə öz yerini görə bilmədiyi üçün və mövcud iqtidardan narazı qaldığına görə (guya bu, daha böyük postlara layiq imiş, baş nazir ola biləcək qabiliyyəti varmış, lakin nəzərə alınmayıb filan) acığını, siyasi hərisliyini soyutmaq üçün həyatının ən böyük yanlışının əsasını qoyur”.
Saytın yazdığına görə, E.Əliyev hakimiyyəti ələ keçirmək arzusunu reallaşdırmaq üçün illər öncə gizli şəkildə siyasi müxalifətlə əlaqələr qurmağa başlayıb. Onun hakimiyyətin "bir nömrəli düşməni” olan AXCP sədri Əli Kərimli ilə münasibət yaratdığı, AXCP-yə maliyyə dəstəyi verdiyi iddia edilir. E.Əliyevin Əli Kərimlinin qaynını öz bankında yüksək vəzifəyə işə götürməsi də bununla izah edilir: "Təsəvvür edin, hakimiyyətin əsas rəqibi, iqtidarın bir nömrəli düşməni olan bir siyasi liderin qaynını Etibar öz bankına filial müdiri vəzifəsinə təyin etmişdi. ”
Yazıda AXCP rəhbərliyinin bütün maliyyə əməliyyatlarının "Texnikabank” üzərindən reallaşdırması da Etibar Əliyevin birbaşa göstərişi ilə izah olunur. Bu barədə virtualaz.org saytında yazıların dərc edildiyi xatırladılaraq, Etibar Əliyevin həbsi iqtidara xəyanətinin ifşa olunması ilə bağlanılır: "Etibar Əliyevin biabırçı formada həbs edilməsi, bankının əlindən alınması da onun iqtidara xəyanətinə görə idi. Hansı ki, o, məhz bu iqtidarın hesabına milyarderə çevrilmişdi”.
E.Əliyevin hakimiyyətə arxadan süngü soxaraq, müxalifətlə işbirliyi qurduğu üçün əvvəlcə azadlığını, sonra bankını, ən əsası da etibarını, etimadını itirdiyi bildirilir. Sonradan ona ikinci şans verildiyi, ancaq onun bundan da yararlana bilmədiyi, Əli Kərimliyə məxsus hesabı qaytarmaq istəyərkən (?!-red.) suç üstə yaxalandığı iddia edilir: "E.Əliyev 2015-ci ilin dekabrında yenidən "Texnikabank”a qaytarıldı. Ona verilmiş ikinci şansdan da yararlana bilmədi. O, Əli Kərimlinin bankdakı 500 min dollarlıq hesabını bu basa-basda qaytarmaq istəyərkən suç üstə yaxalandı. Bəli, Etibar Əliyev öz ayağısürüşkənliyini növbəti dəfə sübuta yetirdi. Onu Allah bilir neçənci kəs həyatın dibindən çəkib çıxaranlara xəyanət etdi”.
Göründüyü kimi, ölkənin tanınmış media qruplarından birinə aid saytda tanınmış iş adamı barədə çox ciddi ittihamlar irəli sürülüb. Bu ittihamların konkret məlumatlara əsaslandığını, yoxsa hansısa maraqlar naminə səsləndirildiyini söyləmək çətindir. Buna yalnız E.Əliyevin özü aydınlıq gətirə bilər. E.Əliyevlə əlaqə yarada bilməsək də, istənilən vaxt mövqeyini işıqlandırmağa hazırıq.
Oxşar Xəbərlər
Prezident seçkilərinə start verilib?
Eldar Mahmudovun möhtəşəm sarayı
Pirverdiyev maaş vermir - İşçilər şikayətçidir
Əli Həsənova qarşı ikinci hücum
Xəbər lenti
G7 İranı hədələdi:
Rusiyaya silah vermə...
Bakı milyonçusunun evi bu qiymətə satılır -
VİDEO
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ
Dollar ucuzlaşdı
İran konsulluğuna hücum edən saxlanıldı
Bakı və İrəvan sərhəd xidmətləri barədə razılığa gəldi
"Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir" -
İran rəsmisi
Lalə Azərtaşın verilişi bağlanır
Tərəflər razılığa gəldi:
Qazaxın bu kəndləri qaytarılır - Adlar
İranın Parisdəki konsulluğuna hücum edildi –
Təcili
İlham Əliyev Moskvaya gedir
Bankların kredit fırıldağı -
Müştərini belə aldadırlar
Məşhurlar televiziyaların paxırını açdılar:
“Yatağa girib irəli gedirlər”
22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırdı
Abel Məhərrəmov məhkəməyə verildi
Bu qadınlar pensiyaya tez çıxacaq -
Təsdiqləndi
MM təsdiqlədi:
bu vəzifəli şəxslərin maaşı artırıldı
Azərbaycanda ŞOK FIRILDAQ -
750 manata Rusiyadan alınan “prava” ASAN Xidmətdə DEŞİFRƏ OLDU
Azərbaycanda sayt rəhbəri saxlanıldı
Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib
Makron inkar etdi:
Rusiyadan daha az qaz alırıq
Daha bir ölkədə güclü zəlzələ BAŞ VERDİ
Gecələr AC qalmağın inanılmaz faydaları
Canına qəsd edən qazinin atası:
“Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar
31 min müəllim üçün vacib xəbər -
İyunun 24-də...
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Pensiyaların ödənişi ilə bağlı rəsmi -
Açıqlama
SON DƏQİQƏ!
Türkiyədə GÜCLÜ zələzələ oldu
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
Ağaclar qanunsuz kəsildi: 13 minlik ziyan...
Prezident İlham Əliyevin uzaqgörənliyi ölkəmizi su itkisindən azad edəcək
Şirvan su kanalının açılışı gələcəkdə təsərrüfatımıza müsbət təsir göstərəcək
İrandan İsrailə nüvə təhdidi
Ölkəmizdə baş tutan böyük layihələr bizim inkişaf yolumuzdur
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
"HƏR KƏS RUSLARIN BİR ÖMÜR QALACAĞINI DEYİRDİ..."
– Türk general sülhməramlıların gedişini şərh etdi
Ağaclar qanunsuz kəsildi: 13 minlik ziyan...
Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib
Prezident İlham Əliyevin Hacıqabul rayonunda çıxışı
Torpağı əkib becərmədinsə onu qorumağa dəyməz
Şirvan kanalı bərəkət rəmzidir
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Prezidentin köməkçisindən sülhməramlılarla bağlı
AÇIQLAMA
Nazirlikdən qan duruldan dərmanlarla bağlı
XƏBƏRDARLIQ
Prezidentdən Şuşa ilə bağlı
SƏRƏNCAM
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri:
Cinayət işi açıldı
PRİZMA
Prezident İlham Əliyevin uzaqgörənliyi ölkəmizi su itkisindən azad edəcək
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Bu qadınlar pensiyaya tez çıxacaq -
Təsdiqləndi
MM təsdiqlədi:
bu vəzifəli şəxslərin maaşı artırıldı
Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib
Gecələr AC qalmağın inanılmaz faydaları
{sape_links}{sape_article}