Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya XAOS SSENARİSİ... » YeniSözçü qəzeti
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya XAOS SSENARİSİ...

 

Türk futbolçularına həqarətdən start götürən qorxunc proses; Qərbin "ixrac etdiyi demokratiya” qısa zaman içərisində bombaya çevrilib partlayır; nəticə: demokratiyaya, azad nəfəs almağa möhtac olan günahsız insanlar - uşaqlar, qadınlar və qocalar həyatlarını itirirlər...

Yeni beynəlxalq qalmaqal yaşanır. Almaniya yığmasının iki türk futbolçusu - Mesut Özil və İlkay Gündoğan vətəndaşı olduqları ölkədə ağlasığmaz təzyiqlərə məruz qalmaqdadırlar. Almaniya yığmasının fanatları bu iki dünyaca ünlü türk futbolçunun ünvanına çeşidli və ağlasığmaz təhqirlər yönləndirməkdədirlər.

Məsələnin maraqlı tərəfi yalnız alman fanatların davranışları ilə məhdudlaşmır. Belə ki, işin içində Almaniya dövlətini təmsil edən rəsmi şəxslər də var. Almaniyanın prezidenti, Bundestaqın deputatlarından və hökumətin üzvü olan nazirlərdən bəziləri, eləcə də ölkə yığmasının türk oyunçularını bu təzyiq və qaralama kampaniyasından qorumağa, onlara dəstək olmağa borclu olan Almaniya Futbol Federasiyasının rəhbərliyi də bu rəzalətin içərisində yer almaqdadırlar.

Əslində təəccüblü deyil. Çünki Almaniya rəsmiləri və federasiya təmsilçiləri türk futbolçulara qarşı rəzalətin əsas müəllifləridir. Bu rəzil kampaniyanın əsasını da elə onlar qoyublar, təhqir və təzyiqlər ilk olaraq onların açıqlamaları ilə başlayıb.

Mesut Özil və İlkay Gündoğan ile ilgili görsel sonucu

Təbii ki, sual ortaya çıxır: Nədir, bu iki ünlü türk futbolçunun günahı..?

Rəzalət kampaniyasının müəlliflərinin son açıqlamalarına diqqət yetirdikdə bu sualla bağlı bəzi məqamlar aydınlaşır. Sən demə, rəzalətin müəllifləri bu iki türk futbolçunun bir müddət öncə Londona səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmələrini unutmayıblar. Və bu görüşü futbolçulara bağışlamaq niyyətləri yoxdur. Yəni bir belə hay-küyün, təhqirlərin, təzyiqlərin və qaralama kampaniyasının səbəbləri, sadəcə, prezidentlə bir görüşə bağlıymış...

Ancaq bütün bunların məntiqini anlamaq mümkün deyil. Çünki türk futbolçuların görüşdüyü şəxs Türk xalqının mütləq səs çoxluğu ilə özünə prezident seçdiyi dünyada sayğın bir siyasi liderdir. Yəni milliyyətcə türk olan futbolçular, öz valideynlərinin ölkəsinin milliyyətcə türk olan prezidenti ilə görüşə bilməzlərmi? Bunun harası qəbahətdir ki...

Türkiyə prezidenti ilə bu gün digər dünya ölkələrinin prezidentləri, hökumət rəhbərləri, rəsmi şəxsləri də görüşürlər. Elə Almaniya kansleri Angela Merkel də Türkiyə prezidenti ilə görüşür, tez-tez telefonla danışır. Deməli, onunla görüşülməsində bir qəbahətin axtarılması tamamilə yersizdir.

Bəs onda problem nədir? Bu hay-küy haradan qaynaqlanır? Burada məkrli niyyətdən şübhələnməyə ehtiyac varmı?

Deyəsən, var. Çünki türk futbolçuları ittiham edən Almaniya rəsmiləri bu hay-küyün içərisinə "demokratiya ağlaşması” da qatırlar. Halbuki prezident Ərdoğanın lideri olduğu Türkiyənin Almaniyadan daha az demokratik dövlət olduğunu hansı arqumentlərlə əsaslandırmağa çalışdıqları da qaranlıqdır.

Türkiyə PKK ile ilgili görsel sonucu

Ola bilsin ki, Türkiyənin PKK terror təşkilatı ilə qətiyyətlə mübarizə aparması Almaniyanın rəsmi dairələrinin xoşuna gəlmir. Çünki Türkiyədə on minlərlə günahsız insanı qətlə yetirmiş, dinc sakinlərin - uşaqların, qadınların, qocaların daha çox toplaşdığı məkanları bomba qoyub, partladan PKK-nın simvollarının Bundestaqa gətirilib, terrorçuların dəstəklənməsi Almaniyada demokratiya sayılır.

Ola bilsin ki, Türkiyədə ölkə vətəndaşlarına qarşı ayrı-seçkiliyin olmaması, hər kəsin konstitusiya qarşısında bərabər olması kimi önəmli hüquqi dəyərlərə riayət edilməsi də Almaniya rəsmilərinin xoşuna gəlmir. Çünki deyəsən, Almaniyada türklərin və digər müsəlman xalqların təmsilçilərinin evlərinə yandırıcı maddələr atılaraq, yandırılması ənənəsi daha normal "dəyər” sayılır.

Ola bilsin ki, Türkiyədə kütləvi etiraz aksiyaları zamanı polis zorakılığı əvəzinə nümayişçilərin üzərinə Tomalarla su fışqırdılması da Almaniya rəsmilərini məmnun etmir. Çünki Almaniyada kütləvi etiraz aksiyaları zamanı nümayişçilərin üzərinə atlı polislərin şığıyaraq, insanları əzməsi, aksiyaçıların üzərinə xüsusi təlim görmüş köpəklərin qısqırdılması daha demokratik yöntəm sayılır.

Bax, bütün bunlara görə, sən demə, Almaniya örnək bir demokratik ölkəymiş... Türkiyə isə antidemokratikmiş və onun prezidenti ilə hətta Almaniya vətəndaşı olan türklər belə görüşə bilməzlərmiş...

Germany Turkey ile ilgili görsel sonucu

Ümumiyyətlə, bu qərblilərin demokratiya anlayışları bəzən çox çaşdırıcı olur. Çünki bu demokratiya anlayışı millətlərə və xalqlara görə ciddi şəkildə dəyişir.

Məsələn, Avropa ölkələrində demokratik dəyərlər fransızlar, almanlar, ingilislər, belçikalılar, hollandlar və s. yerli xalqların nümayəndələri üçün tam keyfiyyətlə tətbiq olunur. Ancaq Avropa ölkələrinə pənah aparmış mühacirlər - türklər, ərəblər, afrikalılar və s. üçün demokratik dəyərlərdən faydalanma imkanları məhdudlaşdırılır.

Halbuki Qərb dövlətləri bütün dünyaya bol-bol demokratiya ixracı vəd edirlər. Düzdür, bu dövlətlər öz vədlərinə "sadiq” qalırlar və Şərq ölkələrinə demokratiya "ixrac” edirlər.

Amma Qərb dövlətləri "demokratiyanı ixrac edəndə”, deyəsən, dozasını düzgün ayarlamırlar. Belə ki, onların "ixrac etdikləri demokratiya” qısa zaman içərisində bombaya çevrilib, partlayır. Nəticədə də demokratiyaya, azad nəfəs almağa möhtac olan günahsız insanlar - uşaqlar, qadınlar və qocalar həyatlarını itirirlər. Qərbin "demokratiya ixrac etdiyi” Yaxın Şərq ölkələrində, xüsusilə də İraqda və Suriyada hökm sürən xaosun timsalında buna əmin olmaq mümkündür.

Ä°lgili resim

Ümumiyyətlə, Qərb demokratiyasının hansı materialdan hazırlandığı da müəmmalı məsələdir. Onların "ixrac” etdikləri demokratiyanın niyə sonradan partlayıcı maddəyə çevrildiyi qətiyyən anlaşılmır. Bəlkə "ixrac demokratiyası” barıtdan istehsal olunur? Bəs özlərindəki demokratiya niyə ixrac etdikləri qədər təhlükəli deyil və yalnız insanların rifahına xidmət edir?

Ola bilsin ki, özlərindəki "demokratiyanın barıtı”na su da əlavə edirlər. Ona görə də partlayıcı effekti vermir. Ancaq "ixrac” etdikləri "demokratiyanın barıtı” isti Şərq ölkələrində tez quruyur və partlayıb, onminlərlə insanın həyatını yarımçıq qoyur.

Belə anlaşılır ki, Qərbin "barıt qoxuyan demokratiya”sından - xaos ssenarisindən ehtiyat etmək lazımdır. Əslində, ümumiyyətlə, artıq onların "ixrac demokratiyası”nın "idxal”ından imtina edilməsi zərurətə çevrilib və razılıqsız "ixrac”dan qorunmağın bir yolunun tapılmasına da ehtiyac yaranıb./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti