Ərdoğandan ABŞ-a sərt ittiham:“Alçaq bir hucumla üz-üzəyik”

Ərdoğandan ABŞ-a sərt ittiham:“Alçaq bir hucumla üz-üzəyik”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü etdiyi çıxışında ABŞ tərəfindən verilən bəyanatların Türkiyə iqtisadiyyatına ağır zərbələr vurduğunu bildirib.

Ankarada Ədalət və İnkişaf (AKP) partiyasının rəsmiləri qarşısında çıxış edən Ərdoğan ölkə iqtisadiyyatını hədəf almaq üçün ABŞ-ın Türkiyə haqda mənfi bəyanatlarından bəhanə kimi istifadə edildiyini söyləyib.

”ABŞ hökümətinin ölkəmizlə bağlı mənfi qərarları bəhanə edilərək Türkiyə iqtisadiyyatını hədəf alan alçaq bir hücumla qarşı-qarşıyayıq.” – deyə, Ərdoğan bildirib.

Avqust ayında inflyasiyanın təxminən 18 faizə yüksəlməsi və bir ay öncə dollarla müqayisədə lirənin rekord səviyyədə dəyər itirməsi fonunda hazırda Türkiyə cüt rəqəmli inflyasiya ilə mübarizə aparır.

Mərkəzi Bankın cümə günü faiz dərəcəsini 17,75-dən 24-ə qaldırılması nəticəsində lirə dollara qarşı 3 faiz möhkəmlənib. Müstəqil Mərkəzi Bankı təsir dairəsinə almağa çalışan Ərdoğan faiz dərəcəsinin hətta müəyyən qədər artımına, yaxud hökumət xərclərinin azaldılmasına qarşı çıxır. ”Mərkəzi Bank tez-tez adı hallanan faiz artımını olduqca yüksək dərəcə ilə həyata keçirdi. Onlar ”müstəqillik” deyirlər. Bax, budur sizin müstəqilliyiniz. İndi biz bu müstəqilliyin nəticələrini görürük.”

İlin əvvəlindən dollara qarşı 40 faizədək ucuzlaşan lirənin iflasını Birləşmiş Ştatlarda diplomatik və ticarət mübahisələri daha da dərinləşdirib. (Azadlıq Radiosu)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}