Dünən, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfərinin tarixi açıqlanıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, qardaş ölkənin dövlət başçısı sentyabrın 23-27-də BMT Baş Assambleyasının sessiyasında çıxış etmək, habelə miqrasiyaya dair yüksək səviyyəli iclasda iştirak etmək üçün Nyu-Yorka gedəcək.
R.T.Ərdoğan səfər çərçivəsində BMT baş katibi, bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar keçirməklə yanaşı, ABŞ-ın işgüzar dairələri, türk və müsəlman icmalarının təmsilçiləri ilə də görüşəcək.
Onun ABŞ prezidenti Donald Trampla görüşünün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.