Fələstin İsraili tanımaqdan imtina etdi - Yaxın Şərqdə yeni müharibənın anonsu verildi

Fələstin İsraili tanımaqdan imtina etdi - Yaxın Şərqdə yeni müharibənın anonsu verildi

 

Fələstin İsraili tanımaqdan imtina edir və onunla təhlükəsizlik sahəsində əldə olunmuş bütün əməkdaşlıqları dayandırır.

Fələstinin "Maan" informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar bazar ertəsi Fələstin Azadlıq Təşkilatı (FAT) Mərkəzi Şurasının Rəmallahda keçirilən iclasında qəbul olunub.

"FAT-ın Mərkəzi Şurası Fələstin paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri çərçivəsində tanınmayınca, İsrail dövlətinin tanınmasını dondurmaq barədə qərar qəbul edib. Bundan əlavə, təhlükəsizlik sahəsində əlaqələndirmə, həmçinin iqtisadi əməkdaşlıq dayandırılır", - deyə Mərkəzi Şuranın yekun qərarında bildirilir.

Bunlarla yanaşı FAT beynəlxalq hüquq normalarına uyğun olaraq hər bir vasitə ilə işğala qarşı müqavimət göstərmək hüququnun olduğunu bəyan edib.

Eyni zamanda təşkilat əvvəllər Misirin vasitəçiliyi ilə bağlanmış İsrail-Fələstin barışığı üzrə bütün razılaşmaların pozulmasına görə məsuliyyəti HƏMAS-ın üzərinə atıb.

Bundan əvvəl İsrail bölgədə gərginliyin azaldığını səbəb gətirərək, Qəzza zolağı ilə sərhəd buraxılış məntəqəsinin işini bərpa edəcəyini bəyan edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}