DAĞLIQ QARABAĞI İCMA HÖKUMƏTLƏRİ İDARƏ EDƏ BİLƏRMİ?! – “Brüssel nümunəsi Qarabağda tətbiq oluna bilər”

 

Üzeyir Şəfiyev,
konfliktoloq

İllərdir Dağlıq Qarabağ Rusiya girovluğundadır. Rusiya nə qədər çalışırsa da münasib bir formul tapa bilmir ki, Dağlıq Qarabağı girovluqdan "azad” edərək onu həqiqi sahibinə – Azərbaycana "qaytarsın”.

Dağlıq Qarabağın taleyi bir safari filmində gördüyüm ahu balasının taleyi ilə necə oxşar və həmahəngdir. Aslan yenicə doğulmuş ahu balasını yaxalayır. Ancaq bu şikar onun üçün o qədər kiçikdir ki, aslan ona heç ağzını bulamaq istəmir. O, körpə ahu balasından ahunu ələ keçirmək üçün girov kimi istifadə edir. Ahu balası hər dəfə qaçmaq istədikdə aslan iti pəncəsilə ona badalaq vurur, saxlayır. Beləcə aslan ahunun körpə balasının arxasınca qayıtmasını səbrlə gözləyir. Eynilə Rusiyanın Azərbaycanın əlverişli siyasi bazarlaşmaya hazır olacağı günü gözlədiyi kimi. Ona görə də siyasi bazarlaşmada KTMT, Avrasiya İttifaqı və.s formatlarda təklifləri hələ çox eşitməli olacağıq. MDB, KTMT, Avrasiya İttifaqı və.s kimi kəndir təşkilatlar "bəlkə də qaytardılar” sevdası ilə yaşayan Rusiyanın "velikorus” mərəzinin aqoniya sindromlarından başqa bir şey deyildir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay BordyujanınAzərbaycanla hədə ritorikası ilə danışmasını hamımız yaxşı xatırlayırıq. Belə ki, o, açıq şəkildə bildirirdi ki, "erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə tab gətirə bilməsələr, onlar Ermənistana kömək edəcəklər” (Necə ki, məlum aprel döyüşləri zamanı Azərbaycan öz qarşısında Rusiyanı gördü.Ü.Ş). Açığı Nikolay Bordyujanın bu mövqeyi heç təccüblü deyil. Təccüblü olan bizim bir para "siyasətşünas” və "praktik siyasətçilər”in Rusiyaya bu problemin həlində nicat qapısı kimi baxmasıdır. Onlar unudur ki, hələ sovetlər birliyi dövründə "sövet xalqı”, sosializm kimi cazibədar bir ideoloji çətir şəraitində belə azərbaycanlıların assimilyasiyası siyasəti aparılır, Azərbaycan coğrafiyasında ermənilərin xeyrinə demoqrafik xəritə dəyişdirilmişdi. Heç kəsdə şübhə yoxdur ki, Azərbaycana erməni problemini yaradan əsas qüvvə məhz Rusiyadır.

Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin əgər etiraf edirsə ki, "Rusiya Azərbaycana qarşı daha Ermənistanın aləti olmayacaq” bundan açıq hansı fakt göstərmək lazımdır ki, bu bəlanın ssenari müəllifinin kimliyi bilinsin? Hər şeyi öz adı ilə çağırmayanda problemin həllindən perik düşürük. Gəlin tarixə nəzər salaq, görək bu gün də daxil, Azərbaycana erməni epidemiyasını kim salıb. Azərbaycan coğrafiyasında ermənilər aborigen olmayıblar axı. Bunu Azərbaycan tarixçiləri yazmır ki, deyilsin subyektiv mövqedir. Ermənilərin bu coğrafiyada qeyri-aftoxtonluğunu erməni tarixçilərinin özləri, ermənilərə qəyyumluq edən Rusiya dövlətinin alimləri, diplomatları dəfələrlə bəyan etmiş və isbatlamışlar. Gəlin onların bir neçəsi ilə tanış olaq və görək ki, bu erməni icması nə icmadı?! Necə formalaşdı?! Onu kim formalaşdırdı?! Hansı ki, bu gün onlar Dağlıq Qarabağın "erməni icması” adı ilə çağırılmasından belə imtina edir və belə sayıqlamalar edirlər ki, biz erməni icması deyil, Dağlıq Qarabağ xalqıyıq. Və aşağıda tanış olacağınız gerçəklik fonunda münaqişənin həllinin təklif etdiyimiz tənzimlənmə variantı vasitəsilə nə dərəcədə mümkünlüyünü sizinlə müzakirə etmək istərdik.

Rus müəllifi N.Şavrov yazır: "Biz Zaqafqaziyada imperiya siyasətinin həyata keçirilməsinə buraya rus əhalisinin deyil, başqa xalqların yerləşdirilməsi ilə başladıq… 1828-1830-cu illərdə biz İrandan 40 min, Türkiyədən isə 84 min erməni köçürdük və onları Yelizavetpol və İrəvan quberniyalarında, erməni əhalisinin azlıqda olduğu yerlərdə, ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşmaları üçün 200 min desyatin torpaq ayrıldı, həmçinin, müsəlman-torpaq sahiblərindən 2 milyon manatdan artıq məbləğə torpaq əraziləri alındı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göycə gölünün sahili erməni köçkünləri ilə məskunlaşdırıldı… Köçürülənlərin və qeyri-rəsmi köçürülənlərin sayı 200 min nəfərdən artıq idi. 20-ci əsrin bаşlаnğıcındа Zaqafqaziyаdа yаşаyаn 1,3 milyоn еrmənidən bir milyоndаn аrtığı burаyа bizim tərəfimizdən köçürülmüşdür”. (Н.Шавров. Новая угроза русскому делу в Закавказье. СПб, 1911, с.59-61).

"Paskeviç İrana, polkovnik Lazarevin yanına ona görə göndərilmişdi ki, 40 min ermənini Zaqafqaziyaya dəvət etsin. Eçmiədzin patriarxı da bu məsələdə iştirak edirdi. Belə ki, o, İrandakı erməni keşişlərinə köçürülmə haqqında göstəriş vermişdi. Andrianopolsk Sazişinə görə, 100 mindən artıq erməni Türkiyədən köçürülmüşdü. Ərzurumdan olan arxiyepiskop Qarapet təqribən 70 min erməni gətirmişdi. Bundan sonra ermənilərin müsəlman ölkələrindən Rusiyaya köçürülməsi fasiləsiz və kütləvi xarakter daşıdı. Еrməni məhəllə məktəblərində şаgirdlər «Böyük Еrmənistаn» xəritəsini öyrənirlər ki, оnun dа ərаzisi, dеmək оlаr ki, Vоrоnеjə qədər çаtır və pаytаxtı dа Tiflisdir. Əgər еrməni tаrixinin üzqаbığı üçün «Uydurmа» sözündən bаşqа оnun məzmununu dаhа dоlğun ifаdə еdən söz аxtаrsаydıq, «Xəyаnət» sözünün üstündə dаyаnmаlı оlаrdıq»В.Л.Величко, "Кавказ: Русское дело и междуплеменные вопросы, 1954, с.80).

"Еrməni xаlqının əsli nədir, nеcə, nə vаxt, hаrаdаn və hаnsı yоllаrlа о, burаyа gəlib, еrməni оlmаzdаn əvvəl və sоnrа hаnsı tаyfаlаrlа əlаqədə оlub, оnun dilinə, еtnik tərkibinə kim nеcə təsir göstərib, bizim əlimizdə bunlаrı sübutа yеtirən аydın və dəqiq dəlillər yоxdur”. (Mаnuk Аvаkyаn, «Еrməni ədəbiyyаtı tаrixi», İrəvаn, 1975, səh. 11).

Erməni müəllifi B.İşxanyan 1916-cı ildə Petroqradda çap olunmuş "Qafqaz xalqları” kitabında yazırdı: "Dağlıq Qarabağda yaşayan ermənilərin böyük bir hissəsi Türkiyə və İrandan olan qaçqınlardır. Azərbaycan torpağı onları təqiblərdən və zülmdən qoruyan sığınacağa çevrilib”.

"Müəyyən ərаziyə mаlik оlmаq, ərаzi təşkilаtı оlmаqlа, dövlət millətlərin fоrmаlаşmаsı prоsеsinə fəаl təsir göstərir . Dеməli, dövlətin 1-ci növbədə ərаzisi оlmаlıdır. İlk еrməni sülаləsinin bаşçısı tаrixdə оlmаyıb. (Hаykаzyаn «Еrməni tаrixi»., Frаnsа. 1919-cu il )

Digər rus alimi S.Qlinka ermənilərin köçürülməsi ilə bağlı yazırdı: "9 mart 1828-ci ildə sonuncu rus ordusu Təbrizi tərk etdi… Türkmənçay müqaviləsinə görə, ermənilər müxtəlif kəndlərdən Qarabağa doğru hərəkət etdilər… Knyaz Arqutinski-Dolqorukini Təbrizdə saxlayan Lazarev bir neçə məmurun müşayiəti ilə onu səbirsizliklə Marağada gözləyən ermənilərin yanına yollandı.” (Глинка С. Описание переселения армян Азербайджанских в пределы России. Баку «Элм». 1990, с.81).

Ermənilərin köçürülməsi ideyasının müəllifi A.Qriboyedov yazırdı: "Müsəlmanlar arasında (azərbaycanlılar -Ü.Ş) yayılmış ermənilərin bir dəfə buraxıldıqları ərazilərin əbədi sahibləri olacaqları qorxusunu dəf etmək və onları düşdükləri ağır vəziyyətin uzunmüddətli olmamasına inandırmaq problemi bizim tərəfimizdən… dəfələrlə ölçülüb biçilmişdi”. (А. Грибоедов. Записка о переселении армян из Персии в наши области, т.2. Москва, 1971).

"Zаti-аliləri, hеç bir vəchlə еrmənilərə mərkəzi rus tоrpаğındа məskunlаşmаğа icаzə vеrməyin. Bunlаr еlə bir xаlqdır ki, оn illər kеçəndən sоnrа həmin yеrləri öz mülkiyyətlərinə çеvirəcək və bütün dünyаyа cаr çəkəcəklər ki, bunlаr qədim Еrmənistаn tоrpаqlаrıdır” (Аlеksаndr Qribоyеdоvun imperatora məktubundаn).

Hələ 1721-ci ildə Qafqaz yürüşü və Azərbaycanın, o cümlədən Bakının Xəzəryanı ərazilərinin fəthi zamanı I Pyotr yerli əhalinin sərt müqaviməti ilə qarşılaşmış və ermənilərdən istifadə etməyi qərara almış, elə bu amacla erməniləri Bakıda və Dərbənddə yerləşdirmək göstərişi vermişdi. Eyni zamanda, birinci dəfə I Pyotr еrməniləri Оsmаnlı İmpеriyаsınа qаrşı qаldırmаğа nаil оlmuşdu. Bu siyasətin davamı olaraq 1768-ci ildə II Yekaterina ermənilərin imperiyanın himayəsinə götürülməsi barədə fərman imzalamış, 1803-ci ildə imperator I Aleksandr Qafqaz canişini A.Sisiyanova konkret təlimat vermişdi: "Azərbaycan xanlıqlarını ələ keçirmək üçün nəyin bahasına olursa-olsun ermənilərdən istifadə etmək lazımdır”.

Qarabağ, 1805-ci ildə Azərbaycan xanlığı kimi, Qarabağ xanı İbrahimlə Rusiya İmperiyası qoşunlarının baş komandanı general Sisianov arasında bağlanmış Kürəkçay Sülh Müqaviləsinə görə, Rusiyanın tərkibinə daxil edilib. Kürəkçay Sülh Müqaviləsinin ikinci bəndinə görə, Qarabağ xanının dövlətinin bütövlüyünə və hakimiyyətin irsi varisliyinə imperator zəmanəti verilir. Lakin bir müddət sonra – 1822-ci ildə çar hökuməti müqavilənin bu bəndini pozaraq, Qarabağ xanlığını siyasi vahid kimi ləğv etdi və onu imperiyanın bir əyalətinə çevirdi. Bununla belə, "dövlətin bütövlüyünün qorunmasına imperator zəmanəti” verən çar hökuməti dövlətin idarə olunması baxımından istisnasız olaraq müsəlman əyaləti kimi Qarabağ xanlığını qalan müsəlman əyalətlərindən ayırmadı. Çünki 1805-ci ildə xanlıq Rusiyanın tərkibinə daxil edilərkən, ermənilər xanlıq əhalisinin yalnız 20%-ni təşkil edirdilər.

«Еrməni məsələsi» 19-cu əsrin 70-ci illərindən sоnrа rus-türk mühаribəsində (1877–1878) еrmənilərin müstəqil dövlət qurmаq istəyini üzə çıxаrdı. Bunun üçün ilk növbədə ərazidə ermənilərin çəkisini artırmaq lazım idi.

Təkcə 1826-1828-ci illər rus-İran müharibəsi zamanı İrandan Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay Müqaviləsinin imzalanmasından dərhal sonra I Nikolay 1828-ci il 21 mart tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində erməni vilayəti yaratdı. 7331 azərbaycanlının və cəmi 2369 erməninin yaşadığı İrəvan şəhəri onun tərkibinə daxil oldu. Eyni zamanda İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin kütləvi köçürülməsi başlandı. İrəvan xanlığının ərazisində yaradılmış "Erməni əyalətində əgər 1828-ci ildə Azərbaycan türklərinin xüsusi çəkisi 73,8% təşkil edirdisə, 1834-1835-ci illərdə bu rəqəm 46,2%-dək düşdü” (Грузия МДТА, Ф.2. сп.1, дело 3859, стр.314, л.20). 1832-ci ildəki kameral hesablamalara görə, Qarabağ əyalətində 32,4 min azərbaycanlı (64,8%) və 17, 4 min erməni (38,8%) qeydə alınmışdı. Beləliklə, erməni əhalisi 1823-cü ildəki 8,4%-lə müqayisədə kifayət qədər qısa vaxt ərzində dörd dəfədən də artıq çoxalmışdı. Növbəti hesablamalara görə, 80-ci illərin sonlarında Şuşada azərbaycanlıların xüsusi çəkisi 41,5%-dək azaldı, ermənilərin xüsusi çəkisi 58,2%-dək artdı. 1897-ci ildəki Ümumrusiya hesablamasına görə, həmin göstəricilər müvafiq olaraq 53% və 45% təşkil etdi. (Кавказский календарь Российской империи 1897 г., LXIII – Елизаветская губерния. СПб, 1904, с.3).

Qarabağ xanlığı Rusiyanın tərkibinə erməni əyaləti kimi deyil, məhz Azərbaycan dövləti olan xanlıq kimi daxil edilmişdi. 1840-cı il islahatından sonra "Şuşa qəzası” "Qarabağ əyaləti”nin ərazisində yaradılmışdı. Bu inzibati ərazi də Şimali Azərbaycan ərazilərini əhatə edən "Kaspi” vilayətinin tərkibinə daxil edildi. 1868-ci ildən isə Şuşa qəzası Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu quberniya Bakı quberniyası ilə yanaşı, özündə Şimali Azərbaycan ərazilərini birləşdirirdi. Şuşa qəzası 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının tərkibində Gəncə quberniyasına daxil edildi. (Azərbaycan tarixi üzrə mənbələr. Bakı, 1989, s.276)

1918-ci ildə Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. Sonralar Frаnsаnın Еlmi tədqiqаt milli mərkəzinin еlmi tədqiqаtlаr üzrə dirеktоru Jan-Pol Ru Jorj De Malevil yаzacaqdı: «1918-ci ildə Çаr İmpеriyаsının xаrаbаlıqlаrındа yаrаnmış və muxtаr qurum kimi çоx dа uzun müddət yаşаmаyаn Еrmənistаn rеspublikаsı tаrixdə qеydə аlınmış yеgаnə müstəqil еrməni dövləti idi».

1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirildikdən sonra da ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların sıxışdırılması, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi. Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (RK (b) P MK) yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verilmişdir. Bununla da Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin türk dünyası ilə quru əlaqəsi kəsildi.

Sovet Ermənistanında yaşayan azərbaycanlılara qarşı yürüdülən siyasət Daşnaksütyunun hakimiyyəti illərindəkindən fərqlənməmişdir. Sayca Azərbaycandakı ermənilərdən çox olmalarına baxmayaraq, Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara muxtariyyət verilmədi. Azərbaycanda isə ermənilər üçün muxtariyyət yaradıldı. Belə ki, RK (b) P MK Qafqaz bürosu plenumunun 1921-ci iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Azərbaycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aran Qarabağın Azərbaycan ilə iqtisadi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı.

1918-1920-ci illərdə Azərbaycanın 113 895, 97 kv.km ərazisindən sovet dövründə yalnız 86,6 min kv.km qaldı. Ermənistan hökuməti əvvəlki illərdə tarixi torpaqlarından qovulan azərbaycanlıların daimi yaşayış yerlərinə qayıtmalarına torpaq çatışmazlığı bəhanəsi ilə qəti şəkildə etiraz edirdi. Belə ki, ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Daimi Komissiyasının üzvü İsaakyan Zaqafqaziya Diyar Partiya Komitəsinin Rəyasət Heyətinə geri qayıtmaq istəyən azərbaycanlı qaçqınları yerləşdirmək üçün Ermənistanda bir qarış da torpaq olmadığını yazaraq qeyd edirdi ki, azərbaycanlı qaçqınların Zəngəzur qəzasına qaytarılması böhranlı vəziyyət yaradar, buna görə də məsələni Azərbaycanın sərbəst torpaq fondu hesabına həll etmək olar. Zəngəzurdan qovulmuş azərbaycanlı qaçqınlarınAzərbaycan SSR-in Qubadlı rayonundan geri qaytarılaraq daimi yaşayış yerlərinə yerləşdirilməsinə yerli hakimiyyət orqanlarının mane olmasına dair məsələ hətta ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Komissiyasının 1922-ci il iyunun 12-də (protokol № 17) və iyulun 9-da keçirilən iclaslarında (protokol № 18) müzakirə edildi. Qəbul edilən qərarda deyilirdi: "Ermənistan SSR-də sərbəst torpaq fondu olmadığı üçün Ermənistan SSR-dən olan və hazırda Azərbaycan SSR Naxçıvan diyarı ərazisində olan 28 min nəfər müsəlman qaçqını yerləşdirmək Azərbaycan SSR hökumətinə tövsiyə olunsun”. Bununla da Zəngəzurdan qovulmuş və tarixi torpaqlarına qayıda bilməyən azərbaycanlıları Azərbaycan hökuməti respublika ərazisində yerləşdirdi.

Ermənilərin mühacirəti üzrə komissiyanın 1923-cü il martın 23-də keçirilən Xalq Torpaq Komissarlığının iclasında 200 min nəfərdən çox olmamaq şərti ilə erməninin SSRİ ərazisinə köçürülməsi barədə qərar qəbul edildi. Onların 15 min nəfəri Cənubi Qafqazda yerləşdirilməli idi. G.Çiçerinin təklifi əsasında RK(b)P MK Siyasi bürosunun 1923-cü il noyabrın 22-də keçirilən iclasında (protokol № 47) "Türkiyədən olan qaçqın ermənilər haqqında” məsələ müzakirə edildi. Qəbul edilən məxfi qərara əsasən 10 min nəfər erməninin Türkiyədən SSRİ hüdudlarında qəbul edilməsinə etiraz olunmurdu. Türkiyədən gələn ermənilərin bir qismi Cənubi Qafqaza yerləşdirildi.

Elə həmin ildə Naxçıvanın azərbaycanlılar yaşayan 9 kəndi Ermənistana verildi. İki il sonra, 1925-ci il mayın 19-da Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Kiçik Rəyasət Heyətinin iclas qərarına uyğun olaraq (protokol № 12) ermənilər Naxçıvana yerləşdirildi. 1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil edildi. Muxtariyyətin inzibati mərkəzi Xankəndi şəhəri müəyyənləşdirildi. Həmin ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımın təşkilatçılarından biri olan Stepan Şaumyanın şərəfinə Stepanakertadlandırıldı.

Stepanakert-panorama

Sözügedən coğrafiyada erməni saldosunu artırmaq üçün proses ardıcıl və davamlı olmuşdur. Belə ki, 1936-cı ilin may ayında təkcə Parisdən Ermənistana 2 min nəfər erməni gətirildi. Xarici ölkələrdən gətirilən ermənilərin yaşayışını təmin etmək üçün azərbaycanlılar tarixi torpaqlarından sıxışdırıldılar. Köçürmə yolu ilə Ermənistanda ermənilərin sayının artırılması barədə "Daşnaksütyun Partiyasının əksinqilabi rolu”adlı arayışda yazılırdı: "Əgər 1920-ci ildə Ermənistanda 774 min nəfər əhali var idisə, 1936-cı ildə onların sayı 1 milyon 200 min nəfər oldu və ya 55% artdı”.

1946-cı ildə 40 kv. km meşə sahəsi, Tovuz rayonu ərazisindən 7,6 kv.km ərazi, Qazax rayonundan bir hissə Ermənistana verildi. 1947-ci ilin dekabrında Q.Arutunov İ.V.Stalinə məktubla müraciət edir və son illərdə Azərbaycan və Ermənistanın təsərrüfat həyatında baş verən dəyişikliklərlə əlaqədar olaraq yaranmış bəzi məsələlər barəsində Stalin qarşısında məsələ qaldırır. Bildirir ki, Mingəçevir su elektrik stansiyasının tikintisi ilə bağlı olaraq yeni suvarılan torpaqlar və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac yaranmışdır, həmçinin pambıq istehsalının çoxaldılması Azərbaycanın bu rayonlarında əhalinin artırılması məsələsini irəli sürməyi zəruri edir. Bu məsələnin real həlli Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlı əhalinin həmin rayonlara köçürülməsi ilə mümkündür. Belə ki, azərbaycanlı əhalinin köçürülməsi xarici ölkələrdən Ermənistana gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün şəraiti yaxşılaşdırar, boşalmış torpaq sahələrindən və mənzillərdən xarici ölkələrdən ermənilər köçürülən zaman istifadə edilə bilər. Beləliklə, 1948 və 1953-cü illər ərzində 100 mindən artıq azərbaycanlı zorla tarixi torpaqlarından Azərbaycan SSR-in Muğan və Mil çöllərinə köçürüldülər. Xaricdən gətirilən ermənilər isə Ermənistandan deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərinə yerləşdirildilər. Proses ardıcıl olaraq sonrakı illərdə də davam etmişdir. Xarici ölkələrdən Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi.

1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürdü. Mərkəzi hakimiyyət Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.

Ermənistan rəhbərliyi 80-ci illərin ortalarında xarici ölkələrdən ermənilərin Ermənistana köçürülməsi məsələsini yenidən qaldırdı. Sovet hökuməti bu təklifi bəyənərək 1985-ci il iyunun 20-də «1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında» qərar qəbul etdi. Bununla kifayətlənməyən Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan 1986-cı ilin noyabr ayında Sov.İKP MK-ya bir məxfi məktub yazaraq göstərdi ki, Ermənistanda sovet hakimiyyəti qurulduğu ilk illərdən Sov.İKP MK-nın qərarları ilə müxtəlif xarici ölkələrdən ermənilərin repatriasiyası həyata keçirilmiş, sovet hakimiyyəti illərində Ermənistan SSR-ə xaricdən 230 min nəfərdən çox erməni gətirilmişdir.

K.Dəmirçiyan, məlumata görə, Yaxın və Orta Şərq ölkələrində (İran, Suriya, Livan, İraq, İordaniya) yaşayan ermənilər içərisində Ermənistan SSR-yə daimi yaşamaq üçün gəlmək istəyənlərin olduğunu qeyd edirdi. Məktubun sonunda o, "repatriasiyanın mühüm siyasi əhəmiyyətini nəzərə alaraq Ermənistan KP MK və SSRİ Nazirlər Sovetinin 1985-ci il 25 iyun tarixli "1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərarının fəaliyyət müddətinin 1990-cı ilin sonunadək uzadılmasını” xahiş etdi.

Erməni məsələsində Rusiyanın qəyyumluğunu isbatlyan başqa bir fakt SSRİ rəhbəri M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyanın Parisdə "İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi və 1987-ci il noyabrın 18-də "Humanite” qəzetində dərc edilmiş çıxışı ilə öz təsdiqini tapır. Belə ki o, bu çıxışı zamanı guya Dağlıq Qarabağın Ermənistanla əlaqəsini nəzərə alaraq onun Ermənistana birləşdirilməsi barədə M.Qorbaçovun razılığını aldığını bildirdi. 1988-ci il fevralın 18-də çıxış edən M.Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə baxmağın vacibliyini söylədikdən sonra Ermənistan rəhbərləri daha da ruhlandılar. Ermənistanın bilavasitə müdaxiləsi ilə fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət edildi.

DQMV Xalq Deputatları Sovetinin ayrılma haqqında qərarına etiraz edən dinc azərbaycanlılara fevralın 22-də Ağdam-Xankəndi şose yolu ətrafında yerləşən Əsgəran qəsəbəsi yaxınlığında silahlı şəxslərin atəş açması nəticəsində iki gənc öldürüldü. Xatırladaq ki, onlar münaqişənin ilk qurbanları idilər. İyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərar qəbul etdi. Azərbaycanlılar DQMV-dən də zorla qovulmağa başlanmışdılar. Azərbaycanın hüquqlarını kobudcasına pozan SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq Arkadi Volskinin sədrliyi altında tərkibində 8 nəfər olan Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsini yaratdı. Sov.İKP MK Siyasi bürosu 13 yanvar tarixli iclasında bu qərarı bəyəndi. Komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı.

1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR-in suverenliyi haqqında konstitusiya qanununu qəbul etdi. Azərbaycanın etirazları nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Azərbaycanlılar Ermənistanda tarixi torpaqlarında yaşadıqları 172 kənddən qovuldular.

Ermənistan Azərbaycana qarşı təcavüzkarlığını ört-basdır etmək üçün DQMV-də "erməni xalqı”nın öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozulması, sosial-iqtisadi inkişafının geriliyi barədə əsassız mülahizələr irəli sürürdü. Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi.

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş dövlət müstəqilliyinin bərpasını Azərbaycan SSR hüdudlarında elan etdi. Bundan bir neçə gün sonra, sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayon Xalq Deputatları Sovetlərinin birgə iclasında Azərbaycanın DQMV və Şaumyan rayonu sərhədləri çərçivəsində qondarma "Dağlıq Qarabağ Respublikası”nın qurulduğu bəyan edildi. Qondarma "DQR”-in elan edilməsi Azərbaycan və SSRİ qanunlarına zidd olub, Ermənistanın təcavüzkarlığını ört-basdır etmək məqsədi güdürdü. Azərbaycan tərəfi 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətini ləğvi etdi.

1991-ci il dekabrın 8-də Minsk yaxınlığında Belovejskoe Puşedə Rusiya, Ukrayna və Belarus prezidentləri görüşərək 1922-ci il İttifaq müqaviləsinin fəaliyyətini dayandırdılar. Dekabrın 10-da isə Dağlıq Qarabağ regionundakı ermənilər Ermənistanın bilavasitə müdaxiləsi altında saxta "referendum” keçirərək "Dağlıq Qarabağın SSRİ tərkibində müstəqil bir respublika olması” üçün səs verdilər. Azərbaycanlılar bu "referendum”da iştirak etmədilər. Bu zaman artıq SSRİ adlı bir dövlət mövcud deyildi. Dekabrın 21-də yaradılması elan edilən MDB Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasını nəinki dayandıra bilmədi, əksinə Ermənistanda yerləşən keçmiş sovet ordusunun komandirləri silah və sursatı erməni dəstələrinə verərək Azərbaycan əleyhinə silahlandırdılar. 1992-ci il fevralın 26-27-də Ermənistan silahlı birləşmələri və Xankəndində yerləşən 366-cı keçmiş sovet alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdi. Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarqsyan sonralar Tomas de Vaalaverdiyi müsahibəsində etiraf edəcəkdi: "Xocalıya qədər azərbaycanlılar belə fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq”. Markar Melkonyan isə yazır ki, Xocalı sakinləri altı mil qət edərək demək olar ki, təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.

serj-sarkisyan

Azərbaycan Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün beynəlxalq səylər göstərdi. 1992-ci il martın 2-də Azərbaycan Respublikası keçmiş DQMV-nin inzibati ərazisi də daxil olmaqla BMT-yə üzv oldu. Bununla da onun beynəlxalq sərhədləri tanındı, beynəlxalq hüququn mühafizəsindən istifadə imkanı qazandı.
Həmin dövrlərdə eyni zamanda bir sıra Avropa dövlətləri və onların təmsil olunduğu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı narahatçılıqlarını bildirdilər. Belə ki, Böyük Britaniyanın baş naziri Con Meycor 1992-ci ilin sentyabrında Azərbaycana göndərdiyi məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında öz hökumətinin mövqeyini belə ifadə etmişdir: "Böyük Britaniya hökuməti bildirir ki, Dağlıq Qarabağın rəsmi statusu məsələsi müzakirə mövzusu ola bilməz. Bu, Azərbaycan ərazisidir. Biz həmin bölgədə və onun ətrafında baş verən məhvedici münaqişəni bölgədə sabitlik üçün təhlükə, Azərbaycanın və Ermənistanın sovet kommunist hakimiyyətindən demokratiyaya keçməsi yolunda ciddi maneə kimi qiymətləndiririk”.

Dövlət naziri Duqlas Hörd Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd etdi ki, Böyük Britaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin uzanmasından çox narahatdır. Duqlas Hörd Cənubi Qafqazda olan vəziyyəti "narahat və təhlükəli durum” kimi qiymətləndirmişdir. Dövlət naziri Duqlas Hörd Dağlıq Qarabağın taleyindən söhbət edərkən, xüsusilə, vurğulamışdı ki, Yerevanda olarkən Böyük Britaniya hökumətinin açıq mövqeyini Ermənistan rəhbərliyinə də bildirib. Ermənistan prezidenti Levon Ter-Petrosyana şəxsən deyib: "Biz Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirik!”Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 1997-ci il sentyabrın 1-də qeyri-qanuni "seçkilər” keçirildikdən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat verərək bildirdi ki, "Qondarma "Dağlıq Qarabağ Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Endryu Taker "Xalq qəzeti”nə (2001 -ci il, 26 yanvar) verdiyi müsahibədə bildirmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz və tərkib hissəsidir, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etməlidir. Səfir eyni zamanda demişdi: "Böyük Britaniyanın rəsmi dairələri dəfələrlə bəyan etmişlər ki, Dağlıq Qarabağa veriləcək muxtariyyətin hansı statusa malik olmasını yalnız Azərbaycan Respublikasının rəhbərliyi müəyyən etməlidir. Rəsmi London Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir”.

1994-cü ildə oktyabr ayının sonlarında Azərbaycana səfər edən BMT baş katibi Butros Butros Qali münaqişənin tənzimlənməsində Rusiyanın təkbaşına rolunun artırılması cəhdlərinə qarşı çıxaraq çoxtərəfli sülh səylərini müdafiə etdi. Münaqişəyə dair BMT-nin münasibətinin və qəbul etdiyi qətnamələrin aşağıdakı dörd əsas prinsip üzərində qurulduğunu söylədi: Azərbaycan Respublikasının ərazi bütövlüyü; sərhədlərinin toxunulmazlığı; ərazi zəbt etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi; işğal edilmiş bütün ərazilərdən qoşunların qeyd-şərtsiz və təcili çıxarılması.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2001-ci il aprelin 23-dən 30-dək Strasburqda keçirilən yaz sessiyasında Parlament Assambleyasının bir qrup deputatı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı tanımaq çağırışı ilə çıxış etmişdir. Bununla əlaqədar sessiyada "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tanınması haqqında” xüsusi bəyannamə yayılmışdır. Bu sənədi 20 ölkədən olan 49 deputat dəstəkləmişdir. Bu hadisəni Bakıda növbəti diplomatik qələbə kimi qiymətləndirmişlər. Təsadüfi deyil ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Nezavisimaya qazeta”nin müxbirinə bildirmişdi ki, bu cür sənədin qəbul edilməsi Azərbaycanın beynəlxalq meydanda ciddi qələbəsidir, çünki bu, azərbaycanlılara qarşı soyqırımı tanıyan, beynəlxalq təşkilatda rəsmiləşdirilmiş ilk sənəddir.

Avropa Şurasının Parlament Assambleyası 2005-ci il yanvarın 25-də "ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa) məşğul olduğu Dağlıq Qarabağ bölgəsində münaqişə” adlı 1416 nömrəli qətnamə qəbul edib. Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, Azərbaycan diplomatiyası Avropa Şurasının Parlament Assambleyasında bu mühüm sənədin qəbul edilməsinə müvəffəq olub. Sənəddə Ermənistan Avropa Birliyi tərəfindən faktiki olaraq təcavüzkar ölkə kimi tanınıb.

qarabag

İşğal olunmuş ərazilərində Ermənistanın dağıdıcı fəaliyyətin nəticələrindən ciddi narahat olan Azərbaycan Respublikasının təşəbbüsü ilə 2004-cü il noyabrın 23-də BMT Baş Məclisinin 59-cu sessiyası çərçivəsində "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı əlavə 163-cü bənd müzakirə edildi. Qeyri-qanuni məskunlaşdırma və digər fəaliyyətləri araşdırmaq üçün işğal olunmuş ərazilərə Minsk qrupunun faktaraşdırıcı missiyası Azərbaycana səfər etdi. Faktaraşdırıcı missiya 2005-ci il yanvarın 30-dan fevralın 5-dək Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Laçın rayonlarında oldu. Missiyanın hazırladığı 36 səhifəlik məruzədə işğal edilən Azərbaycan ərazilərində erməni əhalisinin məskunlaşdırılmasına dair faktlar əksini tapmışdı. Məskunlaşdırılmış əhalinin sayı 15-16 min nəfər göstərilirdi. Laçında təxminən 8-12 min, Kəlbəcərdə 1500-2000, Ağdamda 1000, Zəngilanda 1000, Qubadlıda 1500, Füzulidə 10, Cəbrayılda 100 nəfər erməni məskunlaşdırılmışdı. Missiya hazırladığı məruzəni martın 17-də təşkilatın Vyanadakı Daimi Şuranın iclasına təqdim etdi. Bunun nəticəsi kimi Minsk qrupu həmsədrlərinin Daimi Şuraya ünvanladığı məktubda regionun demoqrafik vəziyyətinin dəyişdirilməsinin qarşısının alınması üzrə tərəflərə tövsiyələr verilir, işğal altındakı ərazilərdə demoqrafik dəyişikliyin yolverilməzliyi qeyd və məskunlaşdırmanın dayandırılması tələb edilirdi. Missiyanın səfəri faktının özü əhəmiyyətli idi. Hər şeydən əvvəl, Minsk qrupu yaradıldıqdan sonrakı dövr ərzində işğal olunmuş ərazilərdə vəziyyəti araşdırmaq üçün missiya ilk dəfə göndərilirdi. BMT Baş Məclisinin 2005-ci il 20 sentyabr tarixli iclasında 40-cı nömrə altında 60-cı sessiyanın gündəliyinə "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” bəndi daxil edildi. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən məskunlaşdırılmasını təsdiqləyən faktlar barədə materiallar (A/59/720-S/2005/132), işğal edilmiş ərazilərinə ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı və Azərbaycanın işğal edilmiş ərazilərinə Minsk qrupunun faktaraşdırıcı missiyası ilə bağlı Minsk qrupu həmsədrlərinin ATƏT-in Daimi Şurasına məktubu BMT-nin rəsmi sənədləri kimi yayıldı (A/59/747-S/2005/I87).

Azərbaycan 2006-cı il iyunun 22-də ATƏT Daimi Şurasının plenar iclasında işğal edilmiş ərazilərdə ermənilərin törətdikləri yanğınlar məsələsini də qaldırdı, müvafiq beynəlxalq təşkilatların, həmçinin Ermənistan və Azərbaycan mütəxəssislərinin iştirakı ilə hərtərəfli ekoloji əməliyyatın keçirilməsi üçün ATƏT-ə müraciət etdi. Sentyabrın 7-də BMT Baş Məclisinin plenar iclasında işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları müzakirə edildi. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnamə qəbul edildi.

2008-ci il martın 14- də BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul edildi. Baş Məclis Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha təsdiq edərək, erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiqlədi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa imkan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin təmin edilməsinin zəruriliyini bildirdi.

2009-cu il martın 30-da BMT baş katibinin "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məruzəsi qəbul edildi. Həmin ildə BMT Təhlükəsizlik Şurasında "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün hüquqi nəticələri”, "Ermənistanın təftişçi iddiaları kontekstində dövlətlərin ərazi bütövlüyü fundamental norması və öz müqəddəratını təyin etmə hüququ” və "Azərbaycan ərazilərinin hərbi işğalçısı kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti” adlı məruzələr rəsmi sənədlər kimi yayıldı.Təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş torpaqlarında bu gün də müxtəlif ölkələrdən o, cümlədən Suriya və Livandan ermənilər kütləvi şəkildə köçürülərək yerləşdirilir.

Bütün bu gerçəkliklərə rəğmən, Azərbaycan yenə də sözügedən konfliktlə bağlı konstruktiv təkliflər verir, Dağlıq Qarabağda erməni icması ilə azərbaycanlıların birgəyaşayış yollarını axtarır və bunun üçün ölkəmizdə tolerant mühitə zəmanət verir. Hərçənd bir sıra hallarda istər Ermənistan tərəfi, istərsə də bəzi qərb dairələrindən "Azərbaycan kompromisə getməlidir” çağırış sədalarını da eşidirik. Qarabağ münaqişəsinin nizamlanmasında bir sıra hallarda önə çıxan xalq diplomatiyasının imkanlarını şərh edən tanınmış ekspert, ABŞ-dakı Karnegi Beynəlxalq Sülh Fondunun əməkdaşı Tomas de Vall "Azadlıq” radiosuna bildirirdi ki, hazırda ən böyük problem Azərbaycan cəmiyyətində də, erməni cəmiyyətində də Qarabağla b



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}