“RUSİYA HÜCUMA KEÇƏ BİLƏR!”

“RUSİYA HÜCUMA KEÇƏ BİLƏR!”

 

Polşanın baş naziri kapitalizmdən danışarkən Lenindən sitat gətirdi

"Kapitalistlər onları asmaq üçün lazım olan ipi bizə satacaq qədər acgözdürlər”

 Polşanın baş naziri Mateuş Moravetski "Şimal Axını 2” təbii qaz boru xəttinin işə düşməsindən sonra Rusiyanın Ukraynaya qarşı hücuma keçə biləcəyini irəli sürüb.

Polşanın PAP dövlət informasiya agentliyinin yazdığına görə, baş nazir Moravetski Ukraynanın qaz nəqli sisteminin Moskva üçün "bu qədər mühüm” olan rolunun sona çatdığı zaman Kiyeva qarşı "aqressivliyinin artacağını” bildirib.

Moravetski deyib: "Almaniya hökumətinin bunun bir iş layihəsi olduğu ilə bağlı mövqeyindən xəbərdaram. Lakin Odra çatının şərqində buna heç kim inanmır”.

Moravetski "Rusiyanın Kiyevə qarşı hərəkətə keçməsinin qarşısını heç nə ala bilməz” deyib, Rusiya tərəfinin Avropada təbii qaz satışlarından əldə elədiyi gəliri ordunun modernləşdirilməsinə xərclədiyini vurğulayıb.

Polşanın baş naziri deyib: "İndi kimdən sitat gətirəcəyimi eşidəndə heyrətlənəcəksiniz. Lakin bir dəfə Lenin belə demişdi: "Kapitalistlər onları asacağımız ipi bizə satacaq qədər acgözdürlər”.

Şimal Axını 2 təbii qaz boru xətti layihəsi Rusiyadan Almaniyaya qədər Baltik dənizi boyunca ümumilikdə 55 milyard kubmetr həcmə malik iki qollu bir boru xəttinin çəkilməsini nəzərdə tutur. Yeni boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarkanın regional və ya xüsusi iqtisadi zonaları üzərindən Almaniyaya keçəcəkdir.

Bu yaxınlarda ABŞ ilə Ukraynanın Şimal Axını 2 təbii qaz boru xəttinin tikilməsi üçün birlikdə çalışmaq məsələsində razılaşdıqları bəyan edilmişdi.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}