ABŞ-ın müdafiə naziri ilə dövlət katibi Konqresə hesabat verəcək –Jurnalistin qətli ilə bağlı

ABŞ-ın müdafiə naziri ilə dövlət katibi Konqresə hesabat verəcək –Jurnalistin qətli ilə bağlı

 

ABŞ-ın müdafiə naziri general Cim Mattis və Dövlət katibi Mayk Pompoe Konqresdə Camal Xaçuqci cinayəti haqqında brifinq verəcək.

Teleqraf.com xəbər verir ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilən Camal Xaşuqci cinayəti ilə bağlı ABŞ-da yeni hərəkətlənmə müşahidə olunur.

Respublikaçılar Partiyasından olan senator Con Korni deyib ki, ölkənin müdafiə və xarici işlər nazirləri Konqresə gələrək Camal Xaşuqci cinayəti haqqında Amerika qanunvericilərinə məlumat verəcək, habelə onlara veriləcək sualları cavablandıracaq.

Nazirlərin Konqresə bu gün, saat 17:00-da gələcəkləri gözlənilir.

Xatırladaq ki, Xaşuqci cinayətindən dərhal sonra ABŞ prezidenti Tramp elan edib ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı dəstəkləyir və onun bu cinayətlə əlaqəsi yoxdur. Bu bəyanat isə ABŞ Konqresində ciddi narahatlıqla qarşılanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}