QARŞIDURMA KƏSKİNLƏŞİR: Ukrayna Rusiya ilə müqaviləni LƏĞV ETDİ

QARŞIDURMA KƏSKİNLƏŞİR: Ukrayna Rusiya ilə müqaviləni LƏĞV ETDİ

 

Sozcu.info


 

xəbər verir ki, Ukrayna parlamenti Rusiya ilə Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsini ləğv edib.

Ukrayna prezidenti Pyotr Poroşenkonun Ukrayna ilə Rusiya arasındakı Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsini ləğv eləməklə bağlı təqdim elədiyi qanun layihəsi Ali Radada 331 deputatdan 277-nin lehinə səs verməsi ilə qəbul edilib.

Qanuna görə Ukrayna ilə Rusiya arasındakı Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsi 2019-cu il aprelin 1-də ləğv edilib.

Prezident Poroşenko bu müqaviləsinin ləğv edilməsi qərarını sentyabrın 17-də imzalamışdı.

Rusiya ilə Ukrayna arasında Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsi 1997-ci il mayın 31-də imzalanmışdı. İki ölkə arasındakı münasibətlərin əsas sənədi olan müaviləyə görə, Ukrayna ilə Rusiya "strateji tərəfdaş” hesab edilirdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}