Rusiya hərbi polisi daxil oldu - Türkiyə orada əməliyyat keçirməyə hazırlaşırdı

Rusiya hərbi polisi daxil oldu - Türkiyə orada əməliyyat keçirməyə hazırlaşırdı

 

Suriyada yerləşən Rusiya hərbi polis qüvvələrinin mətbuat nümayəndəsi Yusup Mamatov Rusiya qüvvələrinin Menbiç rayonu ərazisində patrulluq eləməyə başladığını bildirib.

Rusiya mətbuatının yazdığına görə, ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq qərarından sonra YPG (PKK) yaraqlıları Dəməşq hökumətinə müraciət edərək, Menbiç də daxil olmaqla, əvvəllər öz nəzarətlərində olan rayonları nəzarətə götürməyi xahiş ediblər. Rusiya İnformasiya Agentliyi bildirir ki, dekabrın sonunda Suriya ordusu Menbiçə daxil olub. Suriyanın Müdafiə Nazirliyinin məlumatına görə isə, yanvarın əvvəlinə qədər Menbiçi 400 nəfərə qədər YPG/PKK terrorçusu tərk edərək, Fərat çayının şərq sahilinə yollanıb. Lakin Pentaqonun dekabrın sonunda verdiyi bəyanatda Suriya ordusunun Menbiçə girmədiyi bildirilmişdi.

Mamatov rus hərbi polisinin hələlik Menbiçin ətraf kəndlərində patrulluq elədiyini söyləyərək deyib: "Bununla biz ərazinin təhlükəsiz olduğunu göstərmiş oluruq”.

Qeyd edək ki, YPG/PKK terror təşkilatının şaxəsi olan SDQ-nin işğalı altındakı Menbiçdə ABŞ-ın da hərbi bazaları mövcuddur. Terror təşkilatını qorumaq və dəstəkləmək üçün ərazidə baza qurmuş ABŞ hərbçiləri Amerika prezdenti D.Trampın qərarı ilə Suriyadan çəkiləcək.

Türkiyənin "Akşam” qəzeti yazır: "Moskva iqtidarı Türkiyənin terror ünsürlərinə qarşı keçirəcəyi əməliyyatdan əvvəl əlaltı terror təşkilatını qorumaqla, ABŞ-ın bölgəni tərk eləməsindən sonra yaranacaq nüfuz boşluğundan faydalanmaq niyyətində olduğunu göstərir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}