“Kapitan İsmayılov həmin vaxt yatırdı” - Qəzadan sağ çıxan dənizçilər danışır

“Kapitan İsmayılov həmin vaxt yatırdı” - Qəzadan sağ çıxan dənizçilər danışır

 

Yanvarın 7-də Qara dənizdə, Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya düşən "Volqabalt 214” gəmisinin sağ qalan ekipaj üzvləri prokurorluqda ifadə veriblər. 


Sozcu.infoxəbər verir ki, xilas edilən dənizçilər hadisənin necə baş verməsindən, həmin an nələrin yaşanmasından danışıblar.
Herasçenko Oleq həmin vaxt güclü səsin gəldiyini və gəminin titrədiyini bildirib: "Yerimdən durdum, nə olduğunu öyrənmək üçün yuxarı qalxdım. Milniçenko Pavlo gəminin batdığını deyib, qışqırırdı. Termal paltarlarımı və xilasedici jiletimi geyinib təcili toplanma yerinə gəldim. Məncə, kapitan Turbat İsmayılov hadisə baş verən anda yatırmış. Çünki biz toplananda o, yenicə yuxudan durana oxşayırdı” 

İlçenko Yevgeni isə gəminin batdığı anda hər kəsin suya tullandığını söyləyib: "Hamı termal paltar geyindiyi üçün kimin harada olduğunu görmədim. Daha sonra xilasedici qayığa yaxınlaşdım. Qayıq yarıya qədər su idi. Kapitan Turbat İsmayılov nə xilasedici jilet, nə də termal paltar geyinmişdi, bədəninin yarısı suyun içində idi. Ondan sahilə nə qədər qaldığını soruşdum, çox danışa bilmədi, bədəni donmaq üzərə idi”. 

Digər dənizçi Milniçenko Pavlo hər şeyin bir anda baş verdiyini vurğulayıb. "Qışqırmağa başladım. Siqnala basmağa vaxt yox idi. Kapitan İsmayılov həmin vaxt yatırdı. Onu mən oyandırdım. Nə baş vediyini soruşanda, gəminin batdığını bildirdim. Hər kəs termal paltarlarını geyinib toplantı yerinə gəlmişdi. Bir xilasedici jiletdən 4 nəfər tutmuşdu. Daha sonra nə olduğunu xatırlamıram”. 

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri - Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları hələ də davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}